İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur
Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir.Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur.
Ölkə Prezidenti cənab İlham Əliyevin 14 sentyabr 2023-cü il tarixində Tacikistan Respublikasına səfəri bir daha təsdiqlədi ki, ölkəmiz Mərkəzi Asiya ölkələri ilə münasibətlərində artıq yeni mərhələyə qədəm qoyub.Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir.Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də digər Asiya dövlətləri ilə münasibətimiz kimi xüsusi əhəmiyyətə malikdir.Bu iki ölkə arasındakı münasibətlərdə əsas rola malik olan məsələlərdən biri də şübhəsiz ki, elm və təhsil sahəsi ilə bağlıdır. Hər iki ölkəyə də nəzər yetirsək görərik ki, həm Azərbaycanda, həm də Tacikistanda elm və təhsil yolunda bir çox önəmli qərarlar qəbul edilir, təhsilin inkişafı üçün bir sıra addımla atılır. Bu və ya bu kimi məsələlərdə hər iki dövlət arasında olan elm və təhsil münasibətləri özünəməxsus əhəmiyyətə malikdir.Elmin, təhsilin və mədəniyyətin, beynəlxalq əməkdaşlığın Tacikistan və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsinə, inkişafına verdiyi mühüm töhfələrə görə, Tacikistan Milli Universitetinin Elmi Şurası 2014-cü il oktyabrın 14-də Prezident İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru adı verilməsini qərara alıb.Ölkələr arasında təhsil sahəsində əməkdaşlığa ADA-nın da töhfələri var. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib. ADA Universiteti ilə Tacikistanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb və Tacikistanın ilk tələbəsi universitetin magistr proqramında təhsil üçün təqaüd alıb.Azərbaycan Dövlət Aqrar Universiteti ilə Tacikistan Dövlət Aqrar Universitetinin əməkdaşlığı çərçivəsində müəllim və tələbələrin mübadiləsi həyata keçirilir.Cari tədris ilində Azərbaycanda 36 Tacikistan vətəndaşı, o cümlədən iki nəfər “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılmasına dair Protokol”a əsasən təhsil alır.
Vətən müharibəsindəki tarixi Qələbəmiz ölkəmizin həm Mərkəzi Asiyada, həm Türk-İslam dünyasında, eləcə də dünya birliyində mövqeyini daha da möhkəmləndirib. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya, həmçinin Türkdilli ölkələrə mütəmadi səfərləri, eyni zamanda, həmin dövlətlərin başçılarının və hökümət nümayəndələrinin Azərbaycana səfərləri Türk dünyası ilə əlaqələrimizin daha da möhkəmləndirilməsindən xəbər verir.Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin əsas istiqamətlərindən biri də xalqların rifahı naminə dövlətlərarası münasibətlərin hərtərəfli inkişaf etməsi, möhkəmlənməsidir. Elə bu səfərlər də çoxşaxəli tərəfdaşlığın daha yüksək artım mərhələsinə keçməsinə təkan verəcək və münasibətlər yeni inkişaf mərhələsinə yüksələcək.
Ceyhun Rəhimov,
Salyan rayon Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə