Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Biz xoşbəxt günləri yaşayırıq

2023-08-30 14:32:33 192 baxış
Xəbər şəkil

Biz dövlət və xalq olaraq 44 günlük İkinci Qarabağ savaşından sonra yeni reallıqlar yaratmağa və tarix yazmağa davam edirik. 30 il sürən erməni işğalının bitməsindən sonra ən yeni tariximizdə ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizin şəhər günlərini qeyd etməyə başlamağımız da yeni reallıqlar yaratmağımızın bir tərkib hissəsidir. Bəli, 26 avqust tarixində Laçın şəhərində, Həkəri çayının sahilində yaradılmış bulvarda “Laçın Şəhəri Günü” bayram tədbirinin keçirilməsi azərbaycanlıların tarixi haqqıdır.Prezident İlham Əliyevin sözügedən bayram tədbirində çıxışı zamanı qeyd etdiyi kimi laçınlılar 31 ildən sonra öz doğma yurdlarına qayıdıblar və artıq burada yaşayırlar. Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Bu, doğrudan da hər bir azərbaycanlının qürur duyduğu anlardır.
Dövlətimizin başçısı çıxışında bir sıra önəmli tarixi və strateji məqamları vurğuladı. İşğalçı ermənilərdən fərqli olaraq Azərbaycan xalqının qurub-yaradan xalq olduğunu məxsusi olaraq vurğulayan Cənab Prezident 30 il davam edən işğal dönəmində dağıntılara məruz qalan Laçın şəhərini cəmi 8 ay ərzində yenidən qurub bərpa etməyimizi, abadlaşdırmağımızı diqqətə çatdırdı. Bu, həqiqətən də həm xalqımızın istedadını, həm də dövlətimizin iradəsini və gücünü göstərir. Eyni zamanda, onu da göstərir ki, bu torpaqların əsl sahibləri məhz bizik. Prezident Əliyevin bu müqayisəsini ermənilər diqqətlə nəzərdən keçirməli, dərindən təhlil etməli və düzgün nəticələr çıxarıb ibrət götürməlidirlər. Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb və həmin müddət ərzində ermənilərin bizim torpaqlarımızda yeganə məşğuliyyəti dağıdıcılıq, vandallıq, barbarlıq olub. Bu acı həqiqəti azad edilmiş ərazilərimizə gələn hər bir əcnəbi qonaq da, jurnalist də, diplomat da öz gözləri ilə görür. Çünki erməni vəhşiliyinin, erməni vandalizminin rüsvayçı təzahürləri göz qabağındadır. Onlar Ağdamdan tutmuş Laçına qədər böyük bir ərazidə daşı daş üstə qoymayıblar, qarşılarına çıxan hər şeyi vəhşi qəbilə kimi dağıdıblar, tarixi abidələri məhv ediblər, təbii sərvətlərimizitalayıblar. 
Bütün bunlarla yanaşı, Ermənistan dövləti Laçında və işğal olunmuş digər ərazilərimizdə hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, o cümlədən Yaxın Şərqdən (Suriyadan, Livandan və s.) erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirirdi. Dünya birliyi isə rəsmi İrəvanın bu hərbi cinayətlərinə göz yumurdu. Ona görə də tarixi ədaləti bərpa etmək və BMT qətnamələrinin yerinə yetirilməsinə nail olmaq üçün bizim müharibə etməkdən, öz haqqımızı savaş yoluyla geri almaqdan başqa bir yolumuz yox idi. Prezident İlham Əliyevin də çıxışında qeyd etdiyi kimi bu müharibə ədalətli müharibə idi. Bəli, biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı da biz heç kimə verən deyilik. Bundan sonra biz öz doğma torpaqlarımızda daim qürurla yaşayacayıq.
Bu ilin 23 aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması da həm hərbi gücümüzün və siyasi iradəmizin göstəricisidir, həm də bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Cənab Prezident bu məqamı vurğulamaqla “Laçın” sərhəd-buraxılış məntəqəsinin önündə “TIR şousu” təşkil edən Ermənistana da, Qarabağa “humanitar yük” karvanı göndərmək adı altında təxribatla məşğul olan Fransaya da ismarıc göndərdi. Onların nəzərinə çatdırıldı ki, bu gün Azərbaycanla razılaşdırılmadan “Laçın” postundan “humanitar yük”lərinkeçirilməsinə cəhd göstərmək beynəlxalq hüquqa qarşı müharibə elan etmək deməkdir.Bəli, bu gün Ermənistan Fransa ilə birləşərək beynəlxalq hüquqa qarşı açıq müharibə aparır. Bu isə cavabsız qalmamalıdır. Birləşmiş Millətlər Təşkilatları və bölgədə sülhün bərqərar olmasında maraqlı olan digər beynəlxalq təsisatlar, aktorlar Ermənistan və Fransaya öz yerini göstərməli və onları çirkin siyasi manipulyasiyalara son qoymağa, beynəlxalq hüquqa hörmətlə yanaşmağa məcbur etməlidir.
Ata vəsiyyətini layiqincə yerinə yetirən Prezidentimiz İlham Əliyev də bu deyimi deviz tutaraq ilkin olaraq işğaldan azad olunmuş torpaqlarımıza yol çəkilməsi üçün sərəncam imzaladı. "Zəfər" yolu adlanan bu yol həqiqətən də Zəfərə gedən bir yoldur. Biz o yolu böyük qürur hissi ilə gedir və qüdrərli ordumuzun hansı keşməkeşli yollarla bizi zəfərə çatdırdığının şahidi oluruq. Prezident İlham Əliyevin sərəncamına əsasən Kəlbəcər-Laçın yolunun tikintisinə başlanılmış və təhvil verilmişdir. Hətta Laçın Beynəlxalq Hava limanının tikintisi üçün də sərəncam imzalanmışdır. Bu sərəncama əsasən 2025-ci ildə fəaliyyətə tam hazır olacaq hava limanının sayəsində Laçın öz statusunu bir daha sübuta yetirəcək. Bütün bu yenidənqurma işləri köçürülən ailələrin həm indi, həm də gələcəkdə rahat yaşaması üçün əlverişli şərait yaradır.

Rövşən Məmmədov,
Salyan Suvarma sistemləri idarəsinin rəisi

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03