Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Fəzail Ağamalı: “Bu əməliyyat bir-iki günə başa çatdırıla bilər”

2023-08-24 10:57:44 227 baxış
Xəbər şəkil

 

 “Rusiyanın Qarabağda Azərbaycana qarşı “ikinci cəbhə” açmaq imkanı yoxdur”

 

Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”ın suallarını cavablandırıb. Partiya sədri Qarabağdakı separatçılar arasında qarşıdurma vəziyyəti, Rusiya pasportu daşıyanların bir qisminin ərazilərimizdən çıxarılması, Kremlin bölgədəki planları, Ermənistanın BMT-dəki fiaskoru və digər məsələlərlə bağlı maraqlı fikirlər səsləndirib. 

- Fəzail bəy, Qarabağdakı rus hərbçiləri Rusiya pasportu olan separatçıları Qarabağdan çıxarır. İstisna deyil ki, onların arasında cinayətkarlar da ola bilər. Rusiya pasportu gəzdirən separatçıların Qarabağdan çıxarılması hansısa prosesin başlanğıcıdırmı?

- BMT Təhlükəsizlik Şurasında Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsi ilə bağlı qaldırdığı avantüra xarakterli dinləmələrin nəticəsi olduqca ciddi əhəmiyyət kəsb edir. Ermənistan, həmçinin onu himayə edənlər əslində BMT Təhlükəsizlik Şurası tərəfindən çox ciddi və ağır zərbə aldılar. Dinləmələrdə söylənən fikirlərin mütləq əksəriyyətinin Azərbaycanın haqlı mövqeyinə uyğunluğu Ermənistan, separatçılar və onları himayə edən qüvvələr üçün çox ciddi zərbə oldu. Etiraf etmək lazımdır ki, bu, Azərbaycanın, ölkə Prezidentinin ən ciddi əhəmiyyət kəsb edən növbəti diplomatik uğurlarından biri kimi tarixə düşdü. Bu, şübhəsizdir. Bildiyimiz qədər ermənilər indiyədək ən müxtəlif səviyyələrdə Laçınla bağlı təkliflər irəli sürür, şantaj etməyə çalışır, avantürist addımlar atır, çoxsaylı TIR-ları Azərbaycanın sərhəddindən keçirməyə səy göstərir, mətbuat, özünün lobbistləri, həmçinin erməni diasporu vasitəsilə Azərbaycana qarşı təzyiqləri artırırdı ki, Laçın buraxılış məntəqəsi onlar üçün açılsın, əvvəlki dövrlərdə olduğu kimi, istədikləri hərəkətləri etsinlər, silah-sursat daşısınlar, Qarabağa hərbi qüvvə yeritsinlər.
Bu, Ermənistanın bir daha Azərbaycana qarşı ərazi iddialarının ifadəsi kimi qiymətləndirilməli idi və ölkə rəhbərliyi, cənab Prezident bunun fərqindəydi. Ona görə də Təhlükəsizlik Şurasındakı müzakirə çox ciddi əhəmiyyət kəsb edirdi, bu, sıradan hadisə deyildi. Biz bu proseslərdən qalib çıxdıq və qalib çıxmağımızla yeni situasiya yarandı. Ermənilərin, onları himayə edənlərin bütün ümidləri puça çıxdı və onlar Azərbaycanın iradəsi qarşısında təslim olmaq məcburiyyətində qaldılar.

- Deməli, siz də prosesin davamının gələcəyini istisna etmirsiniz, eləmi?

- Əlbəttə, yaranmış yeni situasiyada Azərbaycan mətbuatında, siyasi dəhlizlərdəki müzakirələrdə də, nəhayət, antiterror əməliyyatının aparılması, separatizmə tamamilə son qoyulması ilə bağlı ciddi çağırışlar var, cəmiyyətimizin əhval-ruhiyyəsi tamamilə buna köklənib. Mən tamamilə əminəm ki, cəmiyyətin bu sosial sifarişi, heç şübhəsiz, həm də ölkə rəhbərliyi, cənab Ali Baş Komandan tərəfindən nəzərə alınmaya bilməz. Müdafiə və Xarici İşlər nazirliklərinin son dərəcə ciddi, dəqiq mahiyyət kəsb edən bəyanatları da göstərir ki, artıq Azərbaycan son addımlarını atmaq üzrədir. Bir müddət əvvəl mən sosial şəbəkədə fikirlərimi söylədim ki, BMT Təhlükəsizlik Şurasında ermənilər rəzil günə düşdükdən sonra yeni bir mərhələ başladı və artıq separatizmə qarşı son döyüş an məsələsidir. Həm də belə bir ifadə işlətmişdim ki, mən artıq cənab Ali Baş Komandanın çəkmələrinin tappıltısını Xankəndidə eşitməkdəyəm.

“Paşinyan da bu yaradan, bu çibandan, bu problemdən, erməni separatizmindən xilas olmaq istəyir”

Bu, həqiqətən belədir. Vəziyyətin bu dərəcədə ciddi xarakter daşıdığını anlayan və bunun qarşısınıın alınmasının zəruriliyini dərk edən ermənilər, həmçinin Rusiyanın hərbi-siyasi rəhbərliyi Qarabağda yerləşən Rusiya hərbi kontingentinə lazımi təlimatlar verib. Qarabağdan çıxarılan 60 nəfər Rusiya vətəndaşı olsa da, onlar erməni olaraq separatizmdə yer alıblar. Amma inanmıram ki, onlar əllərinə silah alıb cinayət törədiblər. Çünki Azərbaycanda bu baxımdan cinayət törədənlərin hamısının adı, ata adı, soyadı Laçın sərhəd-buraxılış məntəqəsində, dəyərli zabitlərimizin önündədir. Necə ki, Vaqif Xaçaturyan dərhal üzə çıxarıldı və həbs olundu. Ola bilsin ki, çıxarılan ermənilərin sırasında bu cür cinayətkarlar yoxdur. Əks halda, təbii ki, onlar aşkarlanardı. Heç şübhəsiz ki, Qarabağda yerləşən 10 minlik tör-töküntülər, separatçıları müdafiə edən, onlara ruh verən, separatizmi daha çox stimullaşdıran qüvvələr Azərbaycanın nöqtə və kontaktsız zərbələri vasitəsilə məhv edilməlidir. Bu əməliyyat bir-iki gün ərzində başa çatdırıla bilər. Bundan sonra separatçılar “ağ bayraq” qaldıra bilərlər və beləliklə, bizim Daxili Qoşunlarımız Xankəndiyə daxil olaraq orada separatçıları qandallaya, istintaqa cəlb edə bilər. Belə bir gözlənti olduğu üçün, yəqin ki, Rusiya sülhməramlıları özlərinə bağlı olan, onlarla birgə işləyən insanları bölgədən çıxarmağı məqbul hesab ediblər. Ola bilsin ki, bununla bağlı Azərbaycanın hərbi-siyasi rəhbərliyini də məlumatlandırıblar. Artıq proses başlayıb.

- Necə bilirsiniz, bu məsələlərlə bağlı Moskva və Bakı arasında hər hansı anlaşma varmı?

- Mən bunu istisna etmirəm. Çünki artıq Moskva da ermənilərin əlindən, sözün həqiqi mənasında, doyub. Əgər onların mətbuatını, sosial şəbəkələrdəki ayrı-ayrı şərhləri izləsəniz, görərsiniz ki, həqiqətən də onlar artıq erməni məsələsindən bezikmiş vəziyyətdədirlər, hətta bu məsələyə çox ikrahla yanaşırlar. Eyni zamanda görünür ki, Moskvanın hərbi-siyasi rəhbərliyi Azərbaycan dövlətinin iradəsini və qəti mövqeyini başa düşərək, anlayaraq, indiki ağır durumda bununla razılaşmaq zorunda qalıb. Çünki Rusiyanın Qarabağda Azərbaycana qarşı müqavimət göstərmək və ya orda “ikinci cəbhə” açmaq imkanı yoxdur, bunu heç arzulamaz da. Ona görə ki bu, Rusiya üçün əlavə problemlərə, böyük faciələrə səbəb ola bilər. O halda, heç şübhəsiz, dərhal orda Türkiyənin mehmetçikləri, Türkiyə ordusu olacaq, bu da Rusiyaya bəllidir. Ona görə də, yəqin ki, Rusiya bu məsələlərdə loyal mövqe nümayiş etdirəcək.

- Bəzi siyasi şərhçilərə görə, ilin sonunadək bu proses bitməlidir. Yəni Qarabağda yalnız vətəndaşlığımızı qəbul edən ermənilər qalmalıdır. Başqa sözlə, vardanyanlar, arutunyanlar, babayanlar da qərarını verməlidir. Bu ehtimalları bölüşürsünüzmü, 2023-cü ilin sonunadək Qarabağda təmizlənmə əməliyyatını başa çatdırmaq mümkün olacaqmı?   

- Mən bu fikirləri bölüşürəm. Mənə elə gəlir ki, daha tez mümkündür. Belə görürəm ki, sentyabrda bu məsələlərin həllində çox ciddi və ardıcıl addımlar atılacaq. İlin sonlarınadək Ermənistanla sülh sazişinin imzalanması da gözlənilir. Çünki əsas problem, bu işə əsas maneə Qarabağdakı separatçıların müqavimətidir və orada yerləşən qeyri-qanuni hərbçilərin tərk-silah edilməsi ilə bağlı problemdir. Bunu edəndən sonra artıq problem teziklə həll olunacaq.  

- Bu proseslərin fonunda Ruben Vardanyanla Araik Arutyunyan arasında didişmə-boğuşma şiddətlənib. Onların hər ikisi Moskvanın adamıdır. Bəs bu qarşıdurma nəyin əlamətidir? Nəticə nə ola bilər?

- Burada əsas məqsəd reinteqrasiya məsələsinə mane olmaqdır. Eyni zamanda sona qədər erməni icmasında Rusiyanın təsirini saxlamaq üçün bu addımlar atılır. Düşünürəm ki, bunun perspektivi yoxdur. Arutyunyan “ikili” agentdir, həm Moskva üçün, həm Paşinyan üçün işləyir. Vardanyan isə birmənalı şəkildə Moskvanın agentura şəbəkəsində oturan, onun xüsusi nümayəndəsidir, bir az fərqli cəhətləri var. Ola bilsin ki, məsələnin bu şəkildə, qarşıdurma səviyyəsində olması həm də Rusiya-Ermənistan qarşıdurmasının Qarabağda məntiqi nəticəsi, görüntüsüdür və getdikcə qabarıq şəkil alır. Nəticə etibarilə orada həm Vardanyan, həm də Arutyunyan qarşıdurmada məğlub olacaqlar. Bunlardan kiminsə qalib gəlmək imkanı yoxdur.

Məncə, Paşinyan da bu yaradan, bu çibandan, bu problemdən, erməni separatizmindən xilas olmaq istəyir. Bu da bizim maraqlarımıza uyğundur. Odur ki, Azərbaycanla Ermənistanın bu baxımdan mövqelərinin uzlaşması, mövqelərindəki yaxınlıq problemin tezliklə həllinə imkan verir. Orada Arutyunyan, Vardanyan və digərləri arasında didişmə, çəkişmə, mübarizə nə qədər şiddətlənərsə, bu, ancaq bizim xeyrimizə ola bilər.

- İstisna olunmur ki. Rusiyanın hansısa yeni ssenarisimi var. Siz də hesab edirsinizmi ki, Moskva müxtəlif planları işə salmaqla öz hərbi kontingentini 2025-dən sonra da Qarabağda saxlamağı hədəfləyib? Bu, realdırmı?

- Rusiya planlasa da, o, alınmayacaq. Tam əminəm ki, 2025-ci ilə qədər artıq bütün problemlərimizin həllinə nail olacağıq və Rusiya sülhməramlı kontingentin orada qalmasına ehtiyac olmayacaq.

- Fəzail bəy, Ermənistanın Qafan hava aerodromunu işə salmaqda əsas məqsədi nə ola bilər? Beynəlxalq qanunlara görə, belə hava limanları sərhəddən ən azı 12 km içəridə yerləşməlidir. Qafan aeroportu isə sərhədimizin cəmi bir neçə yüz metrliyindədir. Bəllidir ki, Naxçıvana təyyarələr Ermənistan üzərindən uçur. Eyni qaydada İrəvan da Qafana uçan təyyarələr üçün Bakıdan icazə istəyə bilərmi? 

- Ola bilsin Qafan aeroportu daxili uçuşlar üçün müəyyən rol oynaya bilər. Bunun adı beynəlxalq aeroport qoyulsa da, oraya hər hansı beynəlxalq uçuşlar olmayacaq. Ayrı-ayrı ölkələrin insanları, fərqli status sahibləri ağılsız adam deyillər ki, Azərbaycanın sərhədinin bir neçə yüz metrliyində görüntü yaratmaq istəsinlər, iş qursunlar, investisiya qoysunlar. Bunların hamısı perspektivsiz addımlardır və Paşinyanın yaratmış olduğu ciddi əhəmiyyət kəsb etməyən görüntülərdir. Amma, dediyiniz kimi, gələcəkdə eyni qaydada İrəvan da Qafana uçan təyyarələr üçün Bakıdan icazə istəyə bilər. Ermənistan təyyarəsi Qafana enən zaman Azərbaycanla sərhədi keçirsə, birmənalı olaraq Bakının razılığı olmalıdır. Əks halda Azərbaycan tərəfindən bu məsələyə ciddi təpki göstərilə bilər. 

- Ukrayna prezidenti Zelenski Danimarkada səfəri çərçivəsində bildirib ki, Rusiyaya Ukraynadan hər hansı ərazi güzəşti edilərsə, ardınca Rusiyanın bütün qonşuları təhlükə altına düşəcək. Bu, belədirmi? Rusiyanın qonşularının real təhlükə ilə üz-üzə olduğunu düşünürsünüzmü?

- O variant mümkün deyil. Hesab edirəm ki, bir nəfərin fikri ciddi qəbul olunmalı deyil. Ukrayna torpaqlarından Rusiyaya güzəşt edilməyəcək!

Ana Vətən Partiyasının sədri Milli Majlis -in Deputatı
 Fəzail Ağamalı.





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03