Obyektiv həqiqətin təntənəsi
Mən bu iclası "Azərbaycanın Diplomatik qalibiyyəti" adlandırardım. BMT-nin TŞ-nın 16 avqust növbədənkənar iclasında Ermənistan beynəlxalq gücdən istifadə edərək, Laçın dəhlizinin açılmasına çalışsa da, məğlubiyyətə uğradı. Çünki, ağılasığmaz, yolverilməz iddiaları olan Ermənistan hər zamanki kimi məğlub olmalı idi. Ermənistanın bu çıxışını dəstəkləməyən dövlətlər, Azərbaycanın uğurlu xarici siyasətini hər zaman dəstəkləyir və bəyənirlər. Prezident Cənab İlham Əliyevin mahir, uzaqgörən diplomatiyası beynəlxalq təşkilatların da, ölkələrin də dərin rəğbətini qazanmışdır.
Rəsmi İrəvanın siyasi məsuliyyətsizliyi illərdir özünü bütün yerlərdə dəfələrlə sübut edib. Buna bariz nümunə 30 ilə yaxın BMT TŞ -nın 4 qətnaməsini və TŞ sədrinin bir sıra bəyənatlarını açıq-aşkar yerinə yetirməyib, indi isə bu təşkilatdan kömək dilənməyidir. Rəsmi İrəvanın hərəkətləri hər zaman düşünülmüş manipulyasiya edici, siyasi riyakarlıq nümunəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən xarici siyasəti qonşu dövlətlərlə balanslı münasibətləri, davamlı siyasi əlaqələri Azərbaycanın dünya arenasında sözünü deyən bir ölkəyə çevirmişdir. Odurki Ermənistanın bu təklifi TŞ-nin bəzi üzvlərinin fəal iştirakı ilə rədd edildi. Bu da Azərbaycanın diplomatiyasının növbəti uğurdur.
Rəsmi İrəvanın TŞ-nın iclasında bəyan etdiyi fikirlər absurddur.Ona görə ki, o siyasi məqsədlər üçün Laçın dəhlizinin açılmasını tələb edir. Onlar Laçın dəhlizində Sərhəd-Buraxılış məntəqəsinin ləğvini tələb edib, öz mənfur niyyətlərini həyata keçirmək yolundadırlar. TŞ-nın iclasında məruzəçi dövlətlər səsi heç İrəvandan kənara çıxmayan Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Ocamponun qərəzli və faktlara əsaslanmayan hesabatını dilə belə gətirmədilər. Çünki, heç bir faktlara əsaslanmayan hesabatı səsləndirmək özü bir ağılsızlıqdır. Onların əsassız hesabatında Azərbaycanın Dağlıq Qarabağda yaşayan ermənilərə təzyiq göstərməsi, aclıq siyasəti yürütməsi kimi əsassız çıxışlar mövcud idi. Xarici jurnalistlərin, telekanalların Dağlıq Qarabağda olan ermənilərin yaşayış vəziyyətlərini, həyatını işıqlandırması bu hesabatın yalanlaması üçün tutarlı faktlardan idi. TŞ-nın iclasıda olan müzakirələrdə Ermənistanın istədiyi nəticələrin alınmaması onu göstərir ki, Ermənistanla Diaspora arasında ciddi narazılıq və anlaşılmazlıqlar var. Bu vəziyyət günü gündən isə artırmaq yolundadır. Bunun əksinə olaraq Azərbaycana dəstək artır. İclasda müzarikələrdə çıxış edən dövlətlərin Azərbaycanın mövqeyini müdafiyə edən balanslı çıxışları buna bariz nümunəsidir və bu da Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi. Azərbaycanın bütün siyasi atdığı addımların hər biri qanunidir. Hesabatlarında göstərdikləri əsassız faktlar onu göstərirdiki, Ermənistana Dağlıq Qarabağda yaşayan erməni sakinlərin həyatı ilə ümumən maraqlı deyil. Amma Azərbaycan dövləti Multikultural dövləddir. Ölkəmizdə müxtəlif millətlərin etnik qrupları, müxtəlif dövlətlərin, dillərin, dinlərin mənsubları tam təhlükəsiz və suveren yaşayırlar. Azərbaycan dövlətinin yürütdüyü humanitar siyasətin nəticəsidir ki, Dağlıq Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşlığını qəbul edib, bərabər yaşayış hüququnu təmin edir.
Ermənistanın Laçın-Xankəndi yolu ilə bağlı iddiaların BMT müstəvisində qəbul etdirmək cəhdi bunu göstərir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmiş Ermənistanın reallıqda buna zidd davranışlar sərgiləyir. Odurki Ermənistanın bu sərgilədiyi davranış onun sonunu hazırlayır. Hətta onlar mənfur əməllərindən də əl çəkmirlər. Müharibədən sonra onlar təxribatlardan əl çəkmir, hərbi silah-sursat,partlayıcı vasitələri gizlin yollarla Dağlıq Qarabağa keçirərək, yenidən erməniəsilli niyyətlərini həyata keçirirdilər. Bu təbiiki, ağızdan-ağıza deyilən əsassız fakt deyil. İşğaldan azad olunmuş ərazidə 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların tapılması buna əyani sübutdur. Bütün bunlara baxmayaraq Azərbaycan hər zaman əməkdaşlığa hazırdır.
Gülnaz Məmmədova,
Salyan Qadın Resurs Mərkəzinin koordinatoru