Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Ermənistanın beynəlxalq ictimaiyyəti aldatma cəhdləri yenə də fiaskoya uğradı - Şərh

2023-08-17 20:09:01 186 baxış
Xəbər şəkil

Ermənistanın, separatçıların və erməni lobbisinin beynəlxalq ictimaiyyəti aldatma cəhdləri yenə fiaskoya uğradı. Açığı desək, çox həvəslə hazırlaşmışdılar və böyük gözləntiləri vardır. Erməni lobbisinin maliyyə dəstəyi ilə bəzi xarici media qurumlarında Azərbaycanın yaratdığı “blokada” və “soyqırımı” təhlükəsi ilə bağlı yazılar tirajlanırdı. Ermənilər məzlum xalq obrazı yaradaraq, ictimaiyyət və beynəlxalq təşkilatlar üçün rəy formalaşdırmağa çalışdılar. Amma məsələ budur ki, artıq 1990-cı illər deyil. İndi dünyaya informasiyanı, mövcud reallıqları müxtəlif formalarda çatdırmaq və göstərmək imkanları var. Əvvəllər erməni yalanlarını dünyaya çatdırmaq gücümüz və imkanımız olmasa da, indi həm diplomatik, həm də texniki göstəricilərimiz kifayət qədərdir. Azərbaycan regionda baş verən hadisələri izləyəcək texniki qurğulara və eyni zamanda, bu məlumatları çatdıra biləcək gücə sahibdir.
Bu sözləri AZƏRTAC-a açıqlmasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.
O qeyd edib ki, Ermənistan 1990-cı illərin əvvəlində də bu “taktikadan” istifadə edərək “aclıq çəkdiyini”, aclığa görə “soyqırımı” təhlükəsi ilə “üzləşdiyini” iddia edirdi. Həmin zaman da Qərb mediasında bu barədə böyük kampaniya aparılırdı. Avropa İttifaqı(Aİ) da Ermənistana təcili yardım etməyə çalışırdı. Ermənistanın Xocalıda soyqırımı törətməsindən, Şuşanı, Laçını və digər yerləri işğal və minlərlə insanları qətl etməsindən, yüz minlərlə sakinin öz yerlərindən məcburi köçürülmələrindən isə danışılmırdı. Sanki Azərbaycan işğala məruz qaldığına görə günahkar idi. Heç kim maraqlanmırdı ki, “aclıqdan yox olmaq təhlükəsi” yaşayan bir dövlət necə olur da qonşu ölkəyə hücum edir, onun torpaqlarını işğal edir. Bütün bunları görməzdən gələn Avropa İttifaqı, Rusiya, İran və bəzi ölkələr Ermənistana yardım edirdi. Silah, ərzaq və elektrik enerjisi və s. dəstəyi alan Ermənistan Azərbaycanın 20 faizə qədər torpaqlarını işğal edərək, 30 ilə yaxın “sülh danışıqları” imitasiyası yaratdı. BMT-nin işğalı pisləyən və ermənilərin Azərbaycan torpaqlarından çıxmasını tələb edən dörd qətnaməsi Ermənistan tərəfindən icra edilmədi. Eyni zamanda, beynəlxalq təşkilatlar və aktorlar da Ermənistana qarşı sanksiya və digər təzyiqlər göstərərək qətnamələrin icrasını tələb etmirdilər.
“Azərbaycan beynəlxalq hüququn, BMT Nizamnaməsinin verdiyi imkanlardan istifadə edərək 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə işğal altında olan torpaqlarını azad etdi. Bütün bunlar da onu göstərir ki, ədalət, beynəlxalq hüquq güclə təmin olunur. Bu gün regionda Azərbaycan siyasi, iqtisadi və hərbi gücə malikdir. Azərbaycan dövləti və xalqı bütün dünyaya sübut etdi ki, ərazisində separatizmin davam etməsinə imkan verməyəcək. Dövlətimiz bütün bu imkanlara malik olmasına baxmayaraq, regionda sülhün yaranmasında, çoxillik münaqişənin bitməsində maraqlıdır. Ona görə sülh danışıqlarını davam etdirir və ərazisində yaşayan erməni əsilli şəxslərin reinteqrasiyasına çalışır. Ermənistanın “humanitar” şousunun əksinə olaraq, erməni əsilli şəxslərin ehtiyaclarını təmin etməyə hazır olduğunu bildirir. Amma təəssüflər olsun ki, qarşı tərəf yenə yalan və saxta ittihamlarla çıxış edərək ölkəmizə qarşı beynəlxalq təzyiq formalaşdırmağa çalışır. Ərazimizdə separatizmin davam etməsində maraqlı olan Fransa, Rusiya və İranın dəstəyi ilə ermənilər yenidən təşkilatlanaraq, münaqişəni alovlandırmağa nail olmaq istəyirlər. Amma anlamırlar ki, daha hay-küy salmaqla reallığı dəyişə, diplomatiyanı və hərbi gücü üstələyə bilməzlər. Laçın dövlət sərhədindən buraxılış məntəqəsi qurmaq, orada keçid rejimi müəyyən etmək və tənzimləmək Azərbaycanın müstəsna hüququdur. Buna görə də dövlətimiz kimdənsə icazə almayaraq tədbirlər görməyə davam edir. Belə hallar ölkəmizin “sərhəd keçid rejimini” tənzimləyən daxili qanunvericiliyi ilə təmin edilir. Ona görə Azərbaycanın Ermənistandan gələn yüklərin və nəqliyyat vasitələrinin haradan keçməsinə icazə verməsini kimləsə müzakirə etmək fikri yoxdur. Əgər vəziyyət həqiqətən Ermənistanın bildirdiyi kimi “təhlükəli” həddədirsə, o zaman alternativ yoldan imtina etməməlidirlər”,-deyə politoloq bildirib.
Y.Hacızadə əlavə edib ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxardığı “məsələyə” görə dəstək ala bilməməsi Azərbaycan dövlətinin, diplomatiyasının və hərbi gücünün nəticəsidir. Azərbaycan hansısa dövlətin və beynəlxalq təşkilatın bəyanatından və qərarından asılı olmayaraq öz ərazisində separatizmin kökün kəsmək, ərazi bütövlüyünü təmin etmək gücündədir və bu istiqamətdə qarşısına qoyduğu məqsədə çatacaq.
Ermənistanın belə ziqzaqvari siyasi gedişi mümkün sülh variantlarını tükəndirməyə aparır. Ermənilər oturduğu budağı yenə baltalamaqla məşğuldurlar. Ermənistanın “Qarabağ Ermənistandır” və ya “yeni müharibə, yeni torpaqlar” iddiasının nəticələrini tez unutması “Dəmir yumruğun” yenidən hərəkətə keçməsi ilə nəticələnə bilər.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03