Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Dünyaya öz haqqını qəbul etdirən güclü Azərbaycan!

2023-08-17 20:01:48 161 baxış
Xəbər şəkil

Azərbaycanın tam hərbi qələbəsi ilə başa çatan 44 günlük savaşdan, baş nazir Nikol Paşinyanın imzaladığı kapitulyasiya aktından sonra üçtərəfli Bəyanatın şərtlərinə əməl etməyən Ermənistanin  bütün diplomatik və hərbi separatçılığı uğursuzluqla nəticələnir və ermənilər istədiklərinə nail ola bilmirlər, fiasko ilə üzləşməli olurlar. Azərbaycanın yaratdığı yeni reallıqları bütün dünyanın qəbul etmək məcburiyyətində olduğuna Ermənistan tərəfi hər dəfə şahid olur, amma görünür ermənilər hər dəfə uğradıqları uğursuzluqdan, fiaskodan dərs ala bilmirlər.  Son olaraq avqustun 16-da Ermənistanın təşəbbüsü ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın haqlı olduğu bir daha sübut olundu. Beynəlxalq ictimaiyyət ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəklədi. Ermənistanın və havadarlarının hay-küyü, yalan, əsassız iddiaları, dünya ictimaiyyətini aldatmaq cəhdi yenidən uğursuzluğa düçar olmaqla yanaşı rəsmi İrəvanın ikiüzlülüyü də isbatlandı. 2022-ci il dekabrın 20-də də Ermənistan oxşar məsələ ilə BMT Təhlükəsizlik Şurasına müraciət etmişdi. Onda da Şura ermənilərin təklifini müzakirə etmiş, ancaq onların iddialarını yetərli saymamışdı. Bundan dərs götürməyən, haqsız mövqeyini dəyişməyən erməni diplomatiyası Laçın yolu ətrafında əsassız ajiotaj yaratmağa cəhd göstərdi. Ondan siyasi şou düzəltməyə çalışdı. Ancaq BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndələr məsələyə daha məntiqli yanaşdı. Müzakirələrə qədər də bəlli idi ki, Ermənistanın hamilərinin dəstəyi ilə Azərbaycana müxtəlif istiqamətlərdə "hücum" planı nəticəsiz qalacaq. Baxmayaraq ki, Laçın yolunun başlanğıcına yaxın ərazidə Ermənistana məxsus yüklə dolu nəqliyyat vasitələrinin gözləmə mövqeyində dayanması, Qarabağda separatçıların hərbi texnikanı bir məntəqədən başqasına daşıması, səngərlərin qazılması, erməni diasporunun müxtəlif ölkələrdə başlatdıqları "etiraz aksiyaları", ermənipərəst konqresmenlərinin təxribatçı açıqlama və müraciətləri, nəhayət bu təxribatların ən piki - BMT Təhlükəsizlik Şurasında təşkil edilən müzakirələr vahid ssenarinin tərkib hissəsi kimi rəsmi Bakını geri orurtmaq məqsədi daşıyırdı. "Azərbaycanı necə geri addım atmağa məcbur edə bilərik" mövzusunda fəaliyyət planı hazırlamış Ermənistan və hamilərinin məqsədi təbii ki, faktiki erməniləri Azərbaycanla növbəti qarşıdurmaya və itkilərə sürükləmək məqsədi güdürdü. Lakin Azərbaycan bir daha hərb meydanında olduğu kimi diplomatik müstəvidə də erməniləri və erməni sevdalılarını geri oturtmağı bacardı.
 Erməni şovinizmi dünya birliyinin 30 il Azərbaycanın haqq davasına susqunluğunu hələ də xəyalında saxlayıb yenə öz  ampulasında qalır. Ancaq bölgədəki geopolitik durum, tərəflərin güc balansı və beynəlxalq güclərin baxış bucağı xeyli dəyişib. Regionda Azərbaycanın təhlükəsizlik, dünyanın enerji təchizatındakı rolu, əməkdaşlıq və sülh istiqamətində atdığı addımlar fərqli situasiya yaradıb. Bu gün birmənalı şəkildə bölgənin söz sahibi Azərbaycandır. ABŞ, Böyük Britaniya, Rusiya, Çin kimi dünya gücləri, Avropa İttifaqı kimi beynəlxalq təşkilat,  BMT-dən sonra ən çox dövləti özündə birləşdirən Qoşulmama Hərəkatı nəinki Ermənistanın yalan və hiylə dolu bəyanatlarına, dezinformasiyalarına, məzlum görüntülərinə inanmır, həm də açıq şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir. Artıq beynəlxalq ictimaiyyət ermənilərin “yazıq, məzlum” sifətini görməkdən bezib. Odur ki, ermənilərin və havadarlarının bu “klassik” roldan çıxması zamanıdır. Çünki riyakarlıq maskası tamam yırtılıb. BMT Təhlükəsizlik Şurasının son iclasında beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını bir daha nümayiş etdirdi. Nəticə etibarı ilə BMT Təhlükəsizlik Şurasının müzakirələri çərçivəsində Ermənistanın Qarabağda "aclıq reality şou" təqdimatı ilə çağırdığı fövqəladə iclası nəticəsiz bitdi. Ermənistanı belə geniş ictimayyətə bu qədər riyakar, manipulyator və təcavüzkar ölkə kimi təqdim etmək üçün rəsmi Bakı bütün imkanlarından istifadə etdi. İkinci Qarabağ müharibəsində üzləşdikləri ağır məğlubiyyət ermənilərin əskəriyyətini ağıllandırmadısa, özlərinin istəyi ilə BMT Təhlükəsizlik Şurasında təşkil edilən toplantının nəticələri ermənilər üçün növbəti siqnal olmalıdır. Bu günkü reallığı qəbul etmək istəməyərək Azərbaycana qarşı təzyiqlə nəsə əldə edəcəklərini düşünən Ermənistan hakimiyyəti, lobbi təşkilatları və havadarları gec də olsa dərk etməlidirlər ki, rəsmi İrəvan daha böyük fiasko ilə qarşı-qarşıya qala bilər. Bu müzakirələrin yekunu həm də onu təsdiqlədi ki, rəsmi Bakı açdığı Laçın yolu ilə ermənilərə humanist jest edir. Bundan siyasi məqsəd üçün istifadə etmək qəbuledilməzdir. Bununla Ermənistanın və separatçıların tör-töküntülərinin diqqətinə çatdırılır ki, ermənilərin Laçın yolunu “dünya birliyi ilə əlaqə yolu” sayması səhvdir. Ərazi Azərbaycanındır. Yolu da o müəyyən edir. Dünya Qafqaz və bütövlükdə bölgə ilə bağlı Azərbaycanla hesablaşır və diktə edən tərəf rəsmi Bakıdır.

Fəzail İbrahimli
Milli Məclis Sədrinin müavini

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03