Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan Respublikası Milli Məclisi deputatlarının açıq məktubu

2023-08-01 23:17:22 243 baxış
Xəbər şəkil

 

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən 30 illik işğalının aradan qaldırılması və dövlətimizin ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra Laçın-Xankəndi yolundan sui-istifadə edilməsi ilə bağlı dəfələrlə aşkar edilmiş halların qarşısını  almaq üçün 2023-cü ilin aprel ayında Azərbaycan Respublikası öz suveren hüququnu həyata keçirərək, həmin yolun Ermənistanla sərhəddə olan girişində nəzarət-buraxılış məntəqəsi qurmuşdur. Qeyd edilməlidir ki, Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazidə yaşayan erməni sakinlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə bu yoldan maneəsiz istifadə etmək imkanına malikdirlər. Özlərini Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri kimi təqdim edən təxribatçıların və Ermənistan Respublikasının siyasi rəhbərliyinin yüklərin daşınması üçün yalnız Laçın yolunun üzərində dayanması məsələnin bilərəkdən siyasiləşdirilməsi və propaqanda kimi istifadəsi edilməsi məqsədi daşıyır. Əgər həqiqətən də söhbət humanitar yükdən gedirsə, yüklərin hansı yoldan istifadə edilməklə və haradan gəlməsinin nə əhəmiyyəti var?!

Azərbaycan hökuməti Qarabağın erməni sakinlərinin ehtiyaclarını operativ şəkildə qarşılamağa hazır olduğunu bəyan edib, o cümlədən ərzaq, dərmanlar və digər humanitar yüklərin daşınması üçün Azərbaycan Ağdam-Xankəndi yolunu təqdim etmişdir. Bu, həm də Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyası üçün zəruri və qaçılmaz addımdır.

Hesab edirik ki, beynəlxalq ictimaiyyət, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edən istənilən dövlət Azərbaycanın öz milli təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün gördüyü zəruri tədbirləri qəbul edir.

Xarici ölkələrdə bəzi həmkarlarımızın ifadə etdikləri narahatlığa gəlincə, biz onları obyektiv faktları nəzərə almağa çağırırıq. Qarabağda humanitar vəziyyət Ermənistan rəsmilərinin və onların təbliğatına aldananların təsvir etdiyi kimi deyildir, yaranan qıtlıq və ya çatışmamazlıq Ağdam-Xankəndi marşrutundan istifadə edilməsindən imtina olunması ilə bağlıdır.

Azərbaycanda yaşayan bütün milli azlıqların hüquqlarının və təhlükəsizliyinin qorunmasına Konstitusiya və qanunlar ilə təminat verilir. Etnik ermənilərə də Azərbaycanın qayda-qanunlarına tabe olmaq üçün seçim hüququ təklif olunmuşdur.

Biz Azərbaycanın suverenliyinə hörmət bəslənilməsi zərurətini anlayan xarici tərəfdaşların dəstəyini yüksək qiymətləndiririk.

Təəssüflər olsun ki, erməni lobbisinin təsiri və müdaxiləsi nəticəsində fransalı deputatlar mütəmadi olaraq məsələnin mahiyyətini təhrif edən mövqe tutaraq, Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdürlər. Onların qərəzli fəaliyyəti və açıqlamaları məqsədyönlü şəkildə Avropa siyasi məkanını çaşdırmağa yönəlmişdir.

Son 3 ilə yaxın dövrdə Fransanın dövlətimizin daxili işlərinə qanunsuz müdaxilə etmək üçün erməni milli azlığının hüquqları və təhlükəsizliyi məsələsindən dəfələrlə sui-istifadə etdiyini, o cümlədən budəfəki süni gərginlikdən yararlanmağa cəhd göstərdiyini nəzərə almaqla, biz Fransa hakimiyyət orqanlarının diqqətini özlərinin daxili problemlərinə, habelə ölkədə  hökm sürən ksenofobiya, islamofobiya, irqi və milli nifrət mühitinə, iyrənc müstəmləkə keçmişinin hələ də mövcud olan qalıqlarına cəlb etmək istərdik. Fransada qeyri millətlərdən olan şəxslərin insan hüquqlarına etinasızlığın hökm sürməsi məlum faktdır və bu baxımdan həmin ölkənin icra və qanunvericilik orqanları nümayəndələrinin Azərbaycanda yaşayan erməni sakinlərinin maraqları üçün canfəşanlıq göstərməsi siyasi riyakarlıqdan başqa bir şey deyildir.  

İşğal etdiyi Korsika adasında korsika xalqının dilini tanımayan, dənizaşırı ərazilərində müstəmləkəçilik siyasəti yürüdən, həmin xalqların hüquq və azadlıqlarına hörmət etməyən Fransa, yeni kolonializm təfəkküründən əl çəkmək istəmir. Son günlər Afrikada Fransa əleyhinə baş verən hadisələr də Fransanın yeni müstəmləkə siyasətinin iflasa uğradığını bir daha sübut edir. Etnik azlıq anlayışının Fransada qəbul edilməməsi fonunda digər regionlarda hansısa azlıq üçün xüsusi hüquqlar tələb etmək siyasi riyakarlıqdır.  

Fransanı qonşusu Almaniyadan nümunə götürərək törətdiyi qətliamları etiraf etməyə, həmin xalqlara kompensasiya verməyə çağırırıq. Fransalı deputatlar özlərində cəsarət taparaq, öz hökumətindən müstəmləkə altında saxladığı xalqlardan üzr istəməyi tələb etməlidirlər. Fransalı deputatları öz ölkələrinə aid olmayan siyasi məsələlərə deyil, Fransanın yürütdüyü yeni kolonializm siyasətinə qarşı mövqe nümayiş etdirməyə səsləyirik.

Müharibə cinayətləri törədən şəxsin Fransa deputatları və rəsmiləri tərəfindən müdafiə edilməsi, onun azad olunmasına çağırışlar etmək müharibə cinayətlərinə, insanlıq əleyhinə cinayətlərə bəraət qazandırmaqdır. Özünü hüquqi dövlət adlandıran Fransa rəsmilərinin belə tələblər irəli sürməsi insanlığa, mənəviyyata sığmayan çağırış, həmçinin beynəlxalq humanitar hüquqa hörmətsizlikdir.

Biz bildiririk ki, Ermənistandakı revanşist qüvvələrin köhnə təsəvvürlərdən və şovinist ideologiyadan əl çəkə bilməməsi heç də erməni xalqının xeyrinə deyildir. Fransanın da bu revanşizmi təşviq etməsi, ilk növbədə erməni sakinlərinə ziyan vurur. Onların yalan təbliğat yolu ilə Azərbaycanı beynəlxalq ictimaiyyətin gözündən salmaq üçün göstərdikləri cəhdlər uğursuzluğa məhkumdur.

Azərbaycan bölgədə sülh və sabitlik yaradılması üçün konstruktiv dialoqa sadiq olduğunu dəfələrlə nümayiş etdirmişdir. Hər kəs anlamalıdır ki, xalqların dinc gələcəyinin qurulması yolu suveren dövlətlərin daxili işlərinə müdaxilədən deyil, həqiqi əməkdaşlıqdan keçir.

 

Adil Əliyev – bitərəf
Əhliman Əmiraslanov - Yeni Azərbaycan Partiyası
Hicran Hüseynova - Yeni Azərbaycan Partiyası
Qənirə Paşayeva-bitərəf
Səməd Seyidov - Yeni Azərbaycan Partiyası
Eldar İbrahimov - Yeni Azərbaycan Partiyası
Eldar Quliyev – bitərəf
Qüdrət Həsənquliyev - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
Hikmət Məmmədov - Yeni Azərbaycan Partiyası
Tahir Kərimli - Vəhdət Partiyası
Asim Mollazadə - Demokratik İslahatlar Partiyası
Elşən Musayev - Azərbaycan Demokratik Maarifçilik Partiyası
Musa Qasımlı – bitərəf
Fazil Mustafa - Böyük Quruluş Partiyası
Fəzail Ağamalı - “Ana Vətən” Partiyası
Sevinc Fətəliyeva - Yeni Azərbaycan Partiyası
Ramin Məmmədov - Yeni Azərbaycan Partiyası
Kamal Cəfərov - Yeni Azərbaycan Partiyası
Nurlan Həsənov - Yeni Azərbaycan Partiyası
Sədaqət Vəliyeva - Yeni Azərbaycan Partiyası
Elnur Allahverdiyev - Yeni Azərbaycan Partiyası
Erkin Qədirli - Respublikaçı Alternativ Partiyası (REAL)
Sabir Rüstəmxanlı - Vətəndaş Həmrəyliyi Partiyası
Razi Nurullayev - Milli Cəbhə Partiyası
Kamran Bayramov - Yeni Azərbaycan Partiyası
Rauf Əliyev - Yeni Azərbaycan Partiyası
Elman Nəsirov - Yeni Azərbaycan Partiyası
Elman Məmmədov - Yeni Azərbaycan Partiyası
Arzu Nağıyev – bitərəf
Rasim Musabəyov – bitərəf
Cavanşir Feyziyev – bitərəf
Soltan Məmmədov – bitərəf
Nigar Arpadarai - bitərəf
Əminə Ağazadə - bitərəf
Sevil Mikayılova – bitərəf
 Könül Nurullayeva - bitərəf
Tural Gəncəliyev - bitərəf
Azər Kərimli - bitərəf
Azay Quliyev - bitərəf
Anatoliy Rafailov – bitərəf





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03