Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Ermənistanın Xocalı cəlladının müdafiəsinə qalxması təəccüblü deyil – Tahir Mirkişili

2023-07-31 14:26:06 181 baxış
Xəbər şəkil

Ermənistanın Xocalı cəlladlarından biri, əli günahsız azərbaycanlıların qanına batmış Vaqif Xaçaturyanın müdafiəsinə qalxması o qədər də təəccüblü deyil. Xocalı faciəsinin arxasında məhz Ermənistan dövlətinin durması bir daha təsdiqini tapır. Törətdiyi çox ağır əməllərə görə barəsində cinayət işi açılmış və 2013-cü ildən axtarışda olan bir şəxsin Azərbaycan dövlət sərhədini keçərkən saxlanılması qanun çərçivəsində həyata keçirildiyi halda, İrəvanın buna etiraz etməsi absurddur.

Bu sözləri AZƏRTAC-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycandan qaçmaq istəyərkən yaxalanan Əskəran sakini Vaqif Xaçaturyanın həbsinə etiraz olaraq yaydığı bəyanatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, Xocalı canisinin adı uzun illərdir Azərbaycanın hüquq-mühafizə orqanlarının axtarışında olan şəxslərin siyahısında olub: “Respublika Prokurorluğunun yaydığı məlumatdan da görünür ki, Xaçaturyan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı 25 nəfər azərbaycanlı öldürülüb, 14-ü yaralanıb, 358-i isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələr ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib, ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Ermənistana gedərkən Laçın sərhəd-buraxılış məntəqəsində həbs edilib. Xaçaturyanın cinayət əməllərinə dair Azərbaycan hüquq-mühafizə orqanlarının əlində təkzibolunmaz faktlar, şahid ifadələri var. Xaçaturyanı tanıyan Əskəranın azərbaycanlı sakinləri, əsirlərimiz onun əməlləri barədə vaxtilə ifadələr veriblər. Yəqin ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə şahidlərin ifadələri dinləniləcək və bütün beynəlxalq ictimaiyyət onun necə qəddar cani olduğunu görəcək. Xaçaturyanın sosial şəbəkələrdə paylaşılan şəhidimizi təhqir edən fotosu və Zori Balayan, Monte Melkonyan kimi terrorçularla birgə görüntüləri hər şeyi deyir. İndi Ermənistan XİN-in bəyanatından belə çıxır ki, Azərbaycan belə bir canini sərbəst buraxmalı idi. Ermənistandan fərqli olaraq, dünyanın heç bir ölkəsində cinayətkarın, xüsusilə də ağır cinayət törətmiş şəxsləri bəsləmirlər, dəstəkləmirlər. Rəsmi İrəvan növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırır və siyasi manipulyasiyalar ilə məşğul olur. Bu mənada düşünürəm ki, Ermənistan tərəfinin məsələ ilə bağlı ölkəmizə qarşı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur”.
Deputat qeyd edib ki, Azərbaycan humanizm prinsiplərinə əsaslanaraq Vaqif Xaçaturyanın Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, ona zəruri tibbi yardımın göstərilməsi təmin edib: “Azərbaycan tərəfindən atılan bütün bu addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyinə uyğundur. Bizim günahsız sıravi ermənilərə qarşı münasibətimiz bütün dünyaya bəllidir. Ötən ilin dekabr ayından etibarən BQXK vasitəçiliyi ilə 700-ə yaxın erməni əsilli şəxsin tibbi məqsədlə Azərbaycan ərazisindən Ermənistana aparılmasına və geri gətirilməsinə şərait yaradılıb. Bu günə qədər onlardan heç biri saxlanılmayıb, sorğu-sual edilməyib. Bunu ermənilər də təsdiqləyirlər. Amma Vaqif Xaçaturyanın həbsi üçün ciddi hüquqi əsaslar olub. Beynəlxalq humanitar hüquq müharibə cinayətkarlarının həbsini qadağan etmir. Ermənistanın Xocalıda, Malıbəylidə, Quşçularda, Ağdabanda, Ballıqayada, Başlıbeldə və digər şəhər və yaşayış məntəqələrində mülki əhaliyə qarşı soyqırımı və kütləvi qırğınlar törədən şəxslərin müdafiəsinə qalxması nə hüquqi, nə də etik baxımdan qəbuledilən deyil”.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03