Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

İçdiyimiz mineral sularla bağlı acı həqiqətlər: Süni qazlar vurulur, marketlərdə satılmamalıdır - FOTO

2023-07-30 07:47:00 210 baxış
Xəbər şəkil

İçdiyimiz mineral suların üzərində dağlardan gəldiyi qeyd edilsə də, onların filtr suyu olduğu aşkarlanıb. Mütəxəssislər isə bildirir ki, bu cür suların təbiiliyini müəyyən etmək üçün yalnız laborator nəticələr lazımdır.

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində satılan, mənbəyinin “mineral sular”dan biri ilə bağlı əsl həqiqəti üzə çıxarıb. Məlum olub ki, məhsulun üzərində "Böyük Qafqaz sıra dağları" və "təbii mineral süfrə suyu" qeyd olunsa da, reallıqda istehsal prosesi zamanı adi su müvafiq filtrdən keçirilir. Başqa sözlə desək, şirkət filtrdən keçirdiyi suyu təbii mineral süfrə suyu adı ilə istehlakçıya təqdim edib, onu aldadıb. Bu halda sual yaranır: istehlakçılar digər mineral su markalarının təbiiliyinə güvənə bilərlərmi?

“Kaspi” qəzetinin mövzu ilə bağlı dərc etdiyi məqaləni təqdim edirik:

Sulara süni qazlar vurulur

İstehsal meneceri Sayat Quliyeva deyir ki, əslində mineral sular haradan götürülürsə, orada da qablaşdırılmalıdır: “Hazırda ölkədə müxtəlif adda qablaşdırılmış su istehsalı ilə məşğul olan müəssisələr var. Bu müəssisələrin böyük əksəriyyəti Bakı və Abşeron ərazisində yerləşir. Suların etiket məlumatlarına nəzər yetirdikdə onların dağlardan və ya bulaqlardan gəldiyi, təbiiliyi qeyd edilir. Amma etiketdə “mineral su” qeyd edilibsə, su keyfiyyət baxımından mənbənin yaxınlığında qablaşdırılmalıdır. Çünki uzaq məsafəyə daşınanda həmin suların keyfiyyət göstəriciləri, xüsusilə də tərkibində olan qazlar dəyişir. Müşahidələr göstərir ki, bəzi müəssisələr suyu bulaqdan götürərək xeyli uzaq məsafəyə daşıyır, Bakı şəhəri və ətraf ərazilərə gətirib qablaşdırır. Onun göstəricilərini bərpa etmək məqsədilə sulara süni qazlar vurulur, “mineral su” və ya “təbii mineral süfrə suyu” adı ilə satışa çıxarılır. Bəzi müəssisələr isə xərclərin azaldılması məqsədilə “Oğuz-Qəbələ-Bakı su kəməri” və ya “Ceyranbatan su anbarı”ndan əldə etdikləri suları sənaye filtrlərindən keçirərək, tərkibindəki mineral və digər elementlərin miqdarını dəyişirlər. Yaxud tamamən sıfırlayaraq şirin dad əldə edib, süni qazlaşma ilə qablaşdırıb üzərində istənilən bulaq, dağlar və s. mənbələri göstərir, mineral su adı ilə istehlakçılara təqdim edirlər”.

Su mənbələri ekoloji çirklənməyə məruz qala bilər

Ekspertin sözlərinə görə, bu suların nə dərəcədə təmiz olmasına nəzarət gücləndirilməlidir: “Sular təyinatı baxımından bulaq, artezian, təmizlənmiş sular kimi qruplara bölünməlidir. Etiketlərində suyun növü və təyinatı, yəni, müalicəvi, yaxud içməli süfrə suyu və s. olması qeyd edilməlidir. Sular tək mineral tərkib baxımından yox, bakterioloji baxımdan da nəzarətdə saxlanılmalıdır”.

Marketlərdə satılması düzgün deyil

S.Quliyevanın fikrincə, bu cür suların marketlərdə satılması düzgün deyil: “Mineral sular növünə və tərkibindəki müxtəlif maddələrin miqdarına görə insan orqanizminə müəyyən fizioloji təsir göstərir. Ona görə də müalicəvi vasitə kimi təqdim edilməlidir. Bu sulardan bir sıra xəstəliklərin müalicəsində istifadə olunur. Onları məhdud miqdarda qəbul etmək lazımdır. Bu sular şüşə qablarda olmalı, tərkibindəki mineral və digər elementlər mütləq dəqiqliklə qeyd edilməli, müalicəvi mahiyyət daşıdığı üçün satışı marketlərdə deyil, apteklərdə həyata keçirilməlidir. Hazırda bazarlarda olan suların etiketlərində təyinatı, əldə edilən mənbələrlə bağlı düzgün olmayan məlumatlar var. Bazarda olan suların etiket məlumatları demək olar ki, bir-birindən köçürülmüş məlumatlardır. Markalanma qaydaları, suların istehsalına dair texniki normativ sənədlər nəzərə alınmır”.

İstehsalçılardan müvafiq sənədləri tələb edin

İstehsal meneceri qeyd etdi ki, bu sulara nəzarət etmək üçün istehsalçılardan müvafiq sənədlər tələb olunmalıdır: “Nəzarət ilk növbədə istehlakçılardan başlayır. Onların aldıqları suların keyfiyyətini təsdiq edən sənədləri tələb etmək hüquqları var. Buna tək yerli istehsal olunan sular deyil, idxal olunan sular da daxildir. Satış məntəqələri də istehsalçı və podratçı müəssisələrdən satış məqsədilə əldə etdiyi məhsulların keyfiyyətə uyğunluq sənədlərini tələb etməlidir. İstehlakçılarımız nəzərə alsınlar ki, əgər bir müəssisənin istehsal etdiyi məhsulun keyfiyyətə uyğunluq sənədləri mövcuddursa, bu onu göstərir ki, həmin məhsul qaydalara uyğun istehsal edilib”.

Dadına baxmaqla təbiiliyini bilmək olmaz

Qida eksperti Elsevər Fərzəliyev bildirir ki, mineral suların təbiiliyini yalnız laboratoriya analizləri ilə müəyyən etmək olar: “Mineral, müalicəvi, qazlaşdırılmış və ya qazlaşdırılmamış süfrə suları tərkib göstəricilərinə, mineralların faiz miqdarına görə bir-birindən fərqlənir. Dadına baxmaqla onun təbiiliyini anlamaq mümkün deyil. Çünki mineral duzların miqdarı o qədər kiçikdir ki, onları ancaq xromotoqrafik analizlər vasitəsilə müəyyən etmək mümkündür. Suların tərkibindəki mineral duzların, maddələrin miqdarı əsas amildir. Çünki bu sular minerallarına görə dəyərləndirilir”.

E.Fərzəliyevin sözlərinə görə, əgər şirkət məhsulun üzərinə təbii olduğunu qeyd edirsə, buna görə cavabdehlik daşıyır: “Elə sular var ki, onlar öncədən təsdiqlənmiş texnoloji sxemlərə uyğun olaraq qablaşdırılır”.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01