Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

İki ildə yeddi ölkənin qazıntılarında elm axtaran azərbaycanlı qız... - MÜSAHİBƏ + FOTO

2023-07-29 07:18:26 200 baxış
Xəbər şəkil

 

 

Məncə, gedə bilmək bacarıqdır. Hətta deyərdim ki, xüsusi istedaddır insanda. Bəzilərində anadangəlmə olur, bəzilərində sonradan qazanılır. Bəzilərində kiçikmiqyaslı olur, ölkə içində haradansa haraya getməyə bəs edəcək qədər.

Amma bəzi adamlarda “getmək istedadı” daha böyükmiqyaslıdır. Ölkədən ölkəyə, hətta ölkələrə gedəcək qədər. Qarşımda, daha doğrusu, “WhatsApp”ın o tərəfində oturan bapbalaca, çəlimsiz qızın özündən bir neçə dəfə böyük “getmək istedadı” var. Bu yəqin ki, hədəflərini təyin edə bilməkdən, arzularına doğru düzgün yolla getməkdən irəli gəlir. Mən bu balaca qızı lap çoxdan tanıyıram, atası ilə yaxın dostuq. Amma budəfəki söhbətimizdən sonra mənə aydın oldu ki, tanımırmışam. Sadəcə belə bir insanın varlığından xəbərim varmış. Arabir atasından təhsili ilə bağlı suallara aldığım cavablar da yetəri qədər aydın təsəvvür yaratmırdı. Necə deyərlər, “ üzdən tanıyırmışam...”

 

Etiraf edim ki, onunla danışmaq mənim üçün çox çətindir. Heç bilmədiyim sahədən, arxeologiyadan və bu elmin adını heç vaxt eşitmədiyim tərəflərindən danışır. Sadəcə adını eşitdiyim, haqqında heç bir təsəvvürüm olmayan universitetlərdən, o universitetlərdə keçirilən, adı mənə heç nə ifadə etməyən dərslərdən, mövzulardan söhbət edir. Mənim beynim bu hadisənin sırf “gedə bilmək” tərəfindədir. Amma onu da bilirəm ki, bu qızcığazın öz doğma ölkəsində tanıdılması, onun dilində danışanların, onu başa düşən adamların bu adam haqqında məlumatlı olması çox vacibdir. Onun keçdiyi və hələ də davam elədiyi elm yolu, çoxlarına örnək ola bilər. Beləcə də, xahiş edirəm ki, əvvəlcə keçdiyi təqribən ikiillik yol barədə yazılı məlumat versin. Mən də sakit başla, bir neçə dəfə oxuyum, bəlkə nələrisə anladım. İndi beynimdə elə hey təkrarlanan “iki ildə yeddi ölkə...” səsindən heç nə anlaya bilmirəm.

“Bakupost.az” son iki ildə yeddi ölkənin fərqli universitetlərində tədris keçən və müxtəlif təlimlərə qatılan azərbaycanlı gənc xanımla müsahibəni təqdim edir:

“Adım Güneldir, Günel Nəbisoy. 2017-ci ildə Bakı Dövlət Universiteti, tarix fakültəsi, tarix ixtisasına 573 balla daxil olmuşam və 2021-ci ildə universiteti bitirib, bakalavr dərəcəsi almışam. Tarixin materiallar üzərindən öyrənilməsi və bunun üçün elmin müxtəlif sahələrindən istifadə edilməsi marağımı cəlb etdiyi üçün EMJMD maqistr proqramına müraciət etdim. Və qazandım. Üstəgəl, bu proqrama qəbul olmaqla yanaşı “Erasmus Mundus” tərəfindən 2 illik tam təqaüd qazandım. “Archeological Material Science” (ARCHMAT) proqramı ikiillik magistr proqramıdır. Və hər şey belə başladı. İlk semestrə başlamaq üçün 2021-ci ilin sentyabr ayında Portuqaliyaya Evora Universitetinə getdim. İlk semestrdə dərslər intensiv şəkildə həftənin 5 günü, 09:00-18:00 keçirilirdi. Dərslər əsasən kimya, biologiya, geologiyaya ilkin giriş kimi qiymətləndirilsə də, sonrakı semestrlər üçün güclü təməl qoyacaq şəkildə planlaşdırılmışdı. Bu müddət ərzində seminarlardan əlavə sahə səfərlərinə də çıxırdıq. Bu səfərlər xüsusilə geologiya sahəsində, daş tiplərini öyrənməyimiz üçün çox uğurlu vasitə idi. 2022-ci ilin fevral ayı Yunanıstana getdik, Aristotel Universitetində ikinci semestrə başlamaq üçün. Həmin ilin 11-17 iyulunda mən İspaniyanın Burgos şəhərində “Nathional Human Evolution Reseach Center”də arxeometriya üzrə 5 günlük təlimdə iştirak etdim. Bu təlim mənim üçün xüsusi önəmli idi. 14 avqust-15 sentyabr tarixlərində qardaş Türkiyənin Van şəhərində, qədim Urartu şəhəri olan Ayanis qazıntılarında iştirak etmək üçün Türkiyəyə yola düşdüm. Bu da çox maraqlı bir səfər və təcrübə idi. İxtisasım əsasən laboratoriya işlərindən ibarət olsa da, bu qazıntı təcrübəsi mənə laboratoriya işi və qazıntılarda iştirakın balanslı formada aparılmasının nə qədər mühüm olduğunu göstərdi.

Bu qazıntıdan sonra, üçüncü semestrə başlamaq üçün Romaya getdim. Əgər bundan əvvəlki iki universitetdə dərslərlə birlikdə, adaptasiya ilə bağlı çətinliklər yaşayırdımsa, İtalyaya gələndə artıq yaşadığım yeri tez-tez dəyişməyi öyrəşmişdim. Orada olduğum 6 ay ərzində Sapienza Universitetinin güclü və planlı dərslərində verilən məlumatlara yiyələnməklə yanaşı, bu dərslərdən zövq alırdım.

Keçirilən 3 əsas dərsdən (“Roman Archaeology”, “Enviormental and Experimental Archaeology”, “Pyhcical and Biologival methods in Archaeology”) əlavə, seçmə dərs olaraq “CİS və Statistikanın arxeologiyada tətbiqi” dərsini seçmişdim. Bu mənim üçün xüsusi maraqlı bir dərs idi. Hazırda diplom işim üçün bu metodu istifadə etməsəm də, Coğrafiya İnformasiya Sisteminin keçmiş ətraf mühitin yenidən qurulması, başa düşülməsi üçün mühüm bir vasitə olduğu düşüncəsindəyəm. Bu metod çox maraqlı və faydalıdır. Buna görə də gələcəkdə özümü bu sahə üzrə təkmilləşdirməyi və bu üsulu aktiv şəkildə istifadə etməyi planlayıram. Evora Universitetində keçirilən geologiya dərsləri, Sapienza Universitetində keçirilən “Ətraf Mühit Arxeologiyası” dərsləri mənə özümü daha dərindən tanımağı, metod olaraq geoarxeologiya və mikroarxeologiya sahələrində xüsusi olaraq maraqlı olduğumu kəşf etməyimə yardımçı oldu. Mövzu olaraq isə mən hələ bakalavr dövründən maraqlı gələn qədim və zəngin Levant ərazisi üzərində işləmək istəyirdim. Beləliklə də Ben-Gurion Universitetinə (Berşeva, İsrail) 6 aylıq təlim keçmək və magistr tezisi yazmaq üçün qəbul olundum. Diplom işi mövzum Ölü Dənizin sahilində, “Ein Gedi” eneolit arxeoloji abidəsindən olan nümunələr üzərində mikroarxeoloji analizlər aparmaqdan ibarətdir. Eneolit dövrü Levant ərazisində ilkin metal istehsalının və dini mərkəzlərin yaranmağa başladığı dövrdür. Bu ilin mart ayı İsrailə gəldim, hazırda 5 aydır buradayam, tezis üzərində işləməklə yanaşı, “Ein Gedi”nin müasiri olan başqa bir eneolit dövrü məskəni, Fazeldə qazıntılarında iştirak etmişəm.

Bu arada, 17 iyun-2 iyul tarixlərində Londonun Arxeologiya İnstitutu tərəfindən keçirilən Arxeo-metallurgiya yay məktəbində iştirak etdim. İki həftə müddətində metalların necə hazırlanması, metalın müxtəlif hazırlanma metodlarının arxeoloji kontekstdə təyini haqqında seminarlar keçirildi. Bu iki həftə də, mənim üçün çox maraqlı, yeni məlumat və informasiyalar almaq baxımından səmərəli və zövqverici idi.

İlk əvvəl tez-tez yeni yerə köçmək həm akademik həyatım, həm də şəxsi həyatım üçün çətinliklər yaradırdısa, sonradan buna öyrəşdim. Qazanılan təcrübələr buna dəydi. Düşünürəm ki, 4 müxtəlif ölkənin təhsil sistemini görmək və professorlardan dərs almaq məni gələcək akademik karyeranın çətinliklərinə kifayət qədər hazırladı. Yenə də öyrəniləcək və təcrübə ediləcək hələ çox şey var”.

Bax belə. Mən Günelin yazdığı bu mətndən qarışdırmayım deyə ardıcıllıqla ölkə adlarını seçib bir kənara yazıram. Sonra sayıram - düz yeddi ölkə. 2021-ci ilin sentyabrından 2023-cü ilin iyuluna kimi. Bax belə...

Sonra yazını bir dəfə də oxuyub, mənə qaranlıq qalan hissələri suallarla aydınlaşdırmağa çalışıram. Əsl istədiyim isə budur ki, getmək istəyənlər, gedə bilənlər xəbərdar olsunlar ki, bu heç də olmayacaq iş deyil. Yollar var imiş. Yetər ki, hədəfini bəlirləyib, yolunu seçəsən. Bax, o yollar mənim Günelə verdiyim sualların cavablarında gizlənib. Onda gələk, yazımızın “müsahibə” hissəsinə.

- Günel, sən qazandığın proqramı və təqaüdü dünya üzrə neçə nəfər qazanmışdı?

- Elmi metodların arxeologiya tətbiqi üzrə olan bu magistr proqramında hər il dünyadan 30 nəfərə yer ayrılır.

- Bəs Azərbaycandan səndən başqa kimsə var idimi?

- Mən oxuduğum müddətdə yox, amma bir neçə il əvvəl bir azərbaycanlı həmin proqramdan məzun olub.

 

- Sən yazında 4 ölkə deyirsən, amma Türkiyəni də sayanda 7 ölkə çıxır. Məsələn, Türkiyədəki qazıntılarda iştirakın, eyni proqram çərçivəsində deyildimi?

- Xeyr, Türkiyədə qazıntıda iştirakım öz seçimim idi. Bakalavr dərəcəm Tarix üzrə olduğu üçün, özümdə arxeoloji qazıntı təcrübəsi əskikliyi hiss edirdim. Bunun üçün də həmin qazıntıda iştirak üçün müraciət etdim. Eləcə də, Londondakı 14 günlük təlim.

- Yazının başında qeyd edirsən ki, həm magistr proqramını, həm də təqaüdü qazanmısan. Bunlar, yəni konkret olaraq EMJMD magistr proqramı və “Erasmus Mundus” təqaüdü ikisi də paralel qazanılırmı? Yox, əgər ikisi ayrı-ayrıdırsa, bunlardan birini qazanıb digərini qazanmadan, məsələn təqaüdü qazanmadan necə getmək olardı?

- Bəli, bunlar ayrıdır. Siz müraciət zamanı bir müraciət edirsiniz, onlar sizi həm proqramın özü, həm də təqaüd üçün nəzərdən keçirirlər. Əgər proqramı qazanıb, təqaüdə düşməsəniz, həm sadaladığım universitetlərin təhsil haqqını, həm də özünüzün yaşam xərclərini özünüz qarşılamalı olursunuz. Bu isə çox böyük maddi çətinliklər yarada bilər.

- O zaman bəlkə sirri açasan, proqramı və təqaüdü birlikdə qazanmaq üçün nə etmək lazımdır. Nələr əsas götürülür?

- Dil biliyi, yaxşı bakalavr ortalaması kimi ümumi şeylərdən başqa, əsas amil məncə motivasiya məktubu idi. Eyni zamanda müsahibə mərhələsində nə üçün orada təhsil almaq istədiyinizi yaxşı izah etməlisiniz, güclü motivləriniz olmalıdır.

- Qazandığın bilikləri Azərbaycanda necəsə tətbiq edə biləcəksənmi? Başqa sözlə, bir az bədii desək, bizdəki arxeologiya sənin aldığın təhsildən geri qalmır ki?

- Azərbaycanda arxeologiya üzrə müəyyən işlər görülsə də, təəssüf ki, güclü arxeologiya laboratoriyası əskikliyi var. Eyni zamanda, fizika, kimya, geologiya, biologiya kimi fənlərin arxeologiya əlaqləndirilməsi, müxtəlif elmi metodların və texnologiyanın bu sahədə tətbiqinin inkişaf etdirilməsi lazımdır. Qədim insanların yaşayış tərzlərini öyrənmək sadəcə tapılan materialların dəqiq ölcülərini bilməklə edilə bilməz, hazırda keçmiş ətraf mühitin yenidən qurulması üçün daha inkişaf etmiş metodlar var. Bunlardan yararlanmaq üçün isə çox ciddi maddi texniki baza, kurslar keçmiş, xüsusi təhsil almış mütəxəssislərə ehtiyac var.

- Günel, indi nə düşünürsən? Diplom işini də yazdın, proqram bitdi deyək, bəs sonra?

- Doktoranturanı da davam etmək istəyirəm. Həm də məhz burada, İsraildə. Açığını deyim, İsrailin təhsil sistemi, universitetləri və əsasən də insanlarının bizə münasibətini çox bəyənirəm. Odur ki, burada davam etməyi düşünürəm.

Bax beləcə, suallarıma da cavab aldım. Birindən başqa. Amma o sualı verməmişdim, necə cavab alardım ki?! Cavabından qorxduğum sual isə, əlbəttə ki, təhsilini tam başa vurduqdan sonra ölkəyə dönüb-dönməyəcəyi ilə bağlı idi.

Ən başda dediyim kimi, getmək, getməyi bacarmaq çox yaxşıdır. Bir şərtlə ki, dönməyi də bacarasan. Di gəl, dönmək məsələsi təkcə bacarıqla bağlı deyil axı. Gərək geri döndükdə öyrəndiklərini tətbiq edə biləcəyinə, sənə o meydanın verilib, lazımi şəraitin yaradılacağına və əlbəttə ki, sənin öz ölkəndə başqa ölkələrdən daha yaxşı təminatın olacağına və burda demək mümkün olmayan bir çox şeyə inamın, özünün gələcəyinə ümidin ola. 

 

 





Oxşar xəbərlər


Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
2026-11-02
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
2026-11-02
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib
2026-11-01