Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Bakıda AHİK və TÜRK-İŞ-in birgə yığıncağı keçirilib

2023-07-29 07:09:40 312 baxış
Xəbər şəkil

Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası, Türkiyənin İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyası (TÜRK-İŞ), Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının rəhbərliyi və nümayəndələri Bakıda səfərdədir.

İyulun 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və Türkdilli dövlətlərin həmkarlar ittifaqlarının rəhbərləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər. Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad olunub. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.

Daha sonra Şəhidlər xiyabanına gələn nümayəndələr ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.

Bakının ən hündür zirvəsindən şəhərin mənzərəsini seyr edən qonaqlara paytaxtda aparılan quruculuq işləri barədə məlumat verilib.

Qonaqlar həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri qoyulub, türk şəhidlərinin xatirəsinə ehtiram göstərilib.

Sonra “Fairmont Baku” otelində TÜRK-İŞ Konfederasiyası İdarə Heyətinin Ərgün Atalayın sədrliyi ilə səyyar iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub. Həmçinin TÜRK-İŞ-ə üzv təşkilatların rəhbərlərinin ötən dövr ərzində görülən işlərlə bağlı hesabatları dinlənilib, gələcək fəaliyyət planı müzakirə edilib.

Ardınca həmin məkanda AHİK və TÜRK-İŞ-in birgə yığıncağı təşkil olunub.

Öncə Vətənimiz uğrunda şəhid olmuş oğul və qızlarımızın, həmçinin bu il Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirən insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən, həmçinin iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və perspektivlərdən danışıb.

Bildirib ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə bu qədər yaxın olan ölkə yoxdur və bu əlaqələr tamamilə qardaşlıq prinsiplərinə söykənir. Onun sözlərinə görə, Azərbaycan-Türkiyə qardaşlığının ən parlaq səhifəsi 44 günlük Vətən müharibəsi dövründə yazıldı, cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türkiyə xalqının Azərbaycanı dəstəkləməsi, sözün həqiqi mənasında, təmənnasız qardaşlıq nümunəsi idi.

AHİK sədri həmçinin Şuşa Bəyannaməsinin əhəmiyyətindən, genişlənməkdə olan ikitərəfli iqtisadi əlaqələrdən, işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan quruculuq işlərində Türkiyədən olan şirkətlərin fəal iştirakından, eləcə də münasibətlərimizi daha da möhkəmləndirməyə xidmət edən dövlət başçılarının qarşılıqlı səfərlərindən danışıb, qardaş ölkədə uğurla baş tutan seçkilərə toxunub. Qeyd edib ki, Türkiyə keçirilən parlament və prezident seçkiləri bu ölkədə dərin kök salan demokratiyanı bir daha göstərdi və bəyan etdi ki, Türkiyə vətəndaşları yüksək siyasi mədəniyyətə sahibdir.

Bundan başqa, AHİK sədri Türkiyədə baş verən dəhşətli zəlzələni xatırladıb və Azərbaycanın göstərdiyi dəstəyə diqqət çəkib.

Səttar Möhbalıyev çıxışında hər iki ölkənin həmkarlar ittifaqları arasında münasibətlərin mövcud vəziyyətindən də danışıb. Vurğulayıb ki, dostluğumuzun davamlılığı və yaranmış qarşılıqlı inam iki ölkənin həmkarlar ittifaqlarının və işçilərinin xeyrinə olmaqla yanaşı, sıx əlaqələrin qurulmasına xidmət edir. O, təklif edib ki, əlaqələrimiz təkcə konfederasiyalarımız arasında yox, həm də sahə həmkarlar ittifaqları arasında, hətta yerli həmkarlar ittifaqı səviyyəsində də təmin olunsun və inkişaf etdirilsin.

TÜRK-İŞ-in sədri Ərgün Atalay isə çıxışında öncə Azərbaycanla Türkiyə arasında bütün sahələrdə davam edən uğurlu əməkdaşlıqdan söz açıb, ölkələrimiz arasında həmrəyliyin əhəmiyyətindən bəhs edib. Bildirib ki, hər iki ölkənin niyyəti bölgədə sülh və sabitliyi təmin etmək, region ölkələri arasında əlaqələri, xüsusən iqtisadi əməkdaşlığı dərinləşdirməkdir. O həmçinin Zəngəzur dəhlizinin açılmasının bütün region dövlətləri üçün faydalı olacağına əminliyini ifadə edib.

Ə.Atalay Kahramanmaraşda baş verən zəlzələdən sonra Azərbaycan dövlətinin maddi və mənəvi dəstəyini qeyd edib: “Biz ilk olaraq yanımızda Azərbaycanı gördük, zəlzələ bölgəsinə xilasedicilər, tibbi heyət, yardım vasitələri, çadırlar, yataq dəstləri göndərdiniz. Bu missiyada Heydər Əliyev Fondunu xüsusi olaraq fərqləndi. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının da köməyini gördük. Evsiz-eşiksiz qalmış insanlar üçün modul tipli evlər göndərdiniz, 500 min manat maddi dəstək göstərdiniz. Bütün bunlar qardaşlıq hisslərindən irəli gələn məqamlardır”.

TÜRK-İŞ-in sədri sahə və yerli həmkarlar ittifaqları səviyyəsində əlaqələrin qurulması və inkişaf etdirilməsi ilə bağlı AHİK sədri Səttar Möhbalıyevin irəli sürdüyü təklifi dəstəklədiyini bildirib və bu istiqamətdə əməli addımların atılmasının vacibliyini vurğulayıb.

Tədbirdə digər çıxışlar da dinlənilib, fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03