Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan-Çin münasibətləri: ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq kontekstində... 

2023-07-28 15:36:27 17737 baxış
Xəbər şəkil

 Azərbaycanın Qədim İpək Yolunun mərkəzində yerləşməsi tarix boyu bu yolun üzərindəki digər ölkələrlə əməkdaşlığımıza və iqtisadiyyatımiza öz müsbət təsirini göstərmişdir.Müasir dövrdə də  bu proses yeni çalallarla  Azərbaycanın regionun və dünyanın mühüm logistik mərkəzlərindən birinə çevrilməsinin önəmini  getdikcə artırır.Ona görə də böyük potensiala malik olmaqla yanaşı həm də tranzit ölkə kimi Azərbaycana beynəlxalq maraq da çox böyükdür. Bu yöndə Qədim İpək Yolu üzərində yerləşən ölkələr ilə mövcud  əlaqələrimiz genişlənir və intensivləşir. Belə ölkələr arasında xüsusi yeri və əhəmiyyəti olanlardan biri də Çin Xalq Respublikasıdır. Dunyada çəkisi və nüfuz dairəsi sürətlə artan Çin ilə Azərbaycan arasında qarşılıqlı-faydalılıq prinsipinə əsaslanan əməkdaşlıq münasibətləri formalaşıb və son vaxtlar artan xəttlə inkişaf etməkdəir.Bu özünü Azərbaycan-Çin münasibətlərinin əksər istiqamətlərində göstərməkdədir.Azərbaycanla Çin arasındakı əlaqələr əhatəliyi,müsbət dinamizmi və intensivliyi ilə fərqlənir. İki ölkənin dövlət başçıları və  digər yüksək səviyyəli rəsmilərinin görüşləri,eləcə də beynəlxalq platformalarda görüşlər əməkdaşlığımızın genişlənməsi və dərinləşməsinə müsbət dinamizm verilməsində xüsusi rol oynayır.

Azərbaycanla Çin arasında dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da yetərincə uğurla inkişaf edir.Bu özünü son illərdəki ticarət əlaqələrindəki müsbət dinamizmin timsalında daha əyani göstərir.Azərbaycanla Çin arasında xarici ticarət dövriyyəsi 2015-ci ildə- 556 milyon dollar,2021-ci ildə 1781 milyon dollar olmuş,2022-ci ildə isə 2190 milyon dollara çataraq 2015-ci illə müqayisədə 4 dəfə,2021-ci ilə nisbətən isə 23 faiz  artmışdır.Çin Azərbaycanın xarici ticarət dövriyyəsində 4 faizə yaxın payla 4-cü, idxalımızda isə 14 fazdən artıq payla 3-cü pillədə durur. Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə əməkdaşlıq edir.Çinlə əməkdaşlıq sahələrinə qarşılıqlı marağa əsaslanan yaşıl enerji də əlavə edilir. 
Prezident İlham Əliyevin bu il,iyulun 22-də “China Global Television Network” televiziya kanalına verdiyi müsahibədə göstərildiyi kimi, biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və bu sahədə böyük potensial göz qabağındadır.Həmin müsahibədə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq kontekstində xüsusi vurğulanıb ki, bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür. Biz ölkələrimizi gələcəkdə daha da birləşdirəcək yeni nəqliyyat marşrutlarını görürük.İnkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başlanıb.“Bir kəmər, bir yol” layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu var idi.İndi sadəcə, texniki imkanları artırırıq. Ticarət limanımızı genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bizim dəniz ticarət limanımızın imkanlarını hazırda 25 milyon tona qədər çatdırırıq.Böyük yük axınına daha yaxşı hazır olmaq üçün çox işlər görülür.Hazırda mövcud dəmir yolunu müasirləşdiririk ki, qatarların sürəti artırılsın və daha çox yüklər nəql edilsin.Xüsusi vurğulanıb ki,Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək,o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq.
Rusiya-Ukrayna müharibəsi və Qərbin Moskvaya qarşı sanksiyaları Rusiyanın tranzit ölkə kimi, xüsusən də Çin ilə Avropa İttifaqı arasında quru əsaslı ticarət əlaqələrini məhdudlaşdırıb. Bu kontekstdə Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) dəmir yolu ticarəti üçün potensial alternativ marşrut kimi Çin, Avropa İttifaqı və daha geniş regionda diqqət çəkməyi bacarıb. Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Orta Dəhlizlə daşımaların həcmində  böyük artım müşahidə olunur. Orta Dəhlizin  rolunun artırılmasında marağı olan  ölkələr  bu dəhliz vasitəsilə daşımaları səmərəli şəkildə optimallaşdırmaq üçün birgə işləyirlər. Azərbaycan  da bu dəhlizin cəzibadarlığının artırılması fonunda loqistika imkanlarının genişləndirilməsi istiqamətində böyük sərmayələr qoyub, çox iş görüb və görməkdə davam edir.“Orta Dəhliz” layihəsi həm də Azərbaycan-Çin münasibətlərində vacib prioritetlərdən biridir.“Orta Dəhliz” layihəsinin daha geniş planda reallaşdırılması istiqamtində birgə səylər,eləcə də gələcəkdə həmin layihədə Zəngəzur dəhlizinin də yer alması daha çox yük həcminin Şimal Dəhlizindən Orta Dəhlizə, xüsusən də Çin-Avropa İttifaqı ticarəti xətti ilə yenidən istiqamətləndirilməsinə səbəb ola bilər. Bu isə həm Azərbaycanın unikal tranzit ölkəsi kimi önəmini artlracaq,həm Azərbaycan-Çin münasibətlərinin müsbət yüklü yeni keyfiyyət halına gətirilmısində mühüm rol oynayacaq və həm də  “Orta Dəhliz”in yükdaşımalardakı payını, iqtisadi səmərəliyi,regional və qlobal faydasını xeyli artıracaq və bütün bunlar regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır.
 Bütün bunlar göstərir ki,Azərbaycan-Çin münasibətləri ikitərəfli qarşılıqlı faydalılığı ilə yanaşı regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizliyə və sabitliyə da töhfə verir.

Milli Məclisin Deputatı Əli Məsimli.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03