Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

AMEA-da yeni komissiya yaradıldı

2023-07-28 12:48:32 2382 baxış
Xəbər şəkil

Qərbi Azərbaycanda yer adları ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) komissiya yaradılıb.

Bu barədə Kanal4.az -a AMEA-dan məlumat verilib.

Belə ki, AMEA-nın Rəyasət Heyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na dəyişiklik edilməsi haqqında” Qərarının icrasını təmin etmək məqsədilə komissiya yaradılıb.

Bu məqsədlə keçirilən iclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, eləcə də Akademiyada Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparan alimlər və aidiyyəti şəxslər iştirak ediblər.

Prezident İlham Əliyevin 2022-ci ilin dekabr ayından etibarən Qərbi Azərbaycan istiqamətində məqsədli, genişləndirilmiş və sistemli iş apardığını deyən akademik İsa Həbibbəyli Qərbi Azərbaycan İcmasının təşəbbüsü əsasında artıq BMT, UNESCO və dünyanın digər beynəlxalq təşkilatları səviyyəsində qərarların qəbul olunduğunu, hətta Avropa İttifaqı səviyyəsində müzakirələrin aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Qərbi Azərbaycan məsələsi ictimai-siyasi, tarixi, elmi əhəmiyyəti ilə bərabər, Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində artıq Ermənistanla danışıqlar prosesinin bir parçasına çevrilib və de-fakto beynəlxalq səviyyədə müzakirə mövzusudur.

AMEA-nın ölkə başçısının Qərbi Azərbaycanla bağlı çağırışlarına ilk gündən reaksiya verərək bu istiqamətdə sistematik qərarlar qəbul etdiyini bildirən akademik İsa Həbibbəyli artıq genişmiqyaslı işlərin həyata keçirildiyini, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə A.A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsinin yaradıldığını vurğulayıb. Eyni zamanda, AMEA-nın Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə Şurasının yaradıldığını və artıq bir neçə iclasının keçirildiyini, “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlanması ilə bağlı yaradılmış İşçi qrup tərəfindən isə ensiklopediyanın sözlüyü üzərində işlərin davam etdirildiyini, sözlüyün sentyabr ayında Rəyasət Heyətinin və Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə Şurasının müzakirəsinə çıxarılacağını bildirib.

Həmçinin Qərbi Azərbaycanla bağlı AMEA-nın Tarix və Şərqşünaslıq institutlarının, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyində mövcud olan xəritələrin müzakirə edilərək vahid qərara gəlinməsinin planlaşdırıldığını söyləyib. Bundan əlavə, Dilçilik İnstitutunun Toponimika şöbəsində ermənilər tərəfindən dəyişdirilmiş yer adlarının bərpasını əks etdirən “Toponimiya toplusu”nun hazırlanacağını diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli bu günlərdə AMEA-ya Qərbi Azərbaycanla bağlı daha bir məsələnin həvalə olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun imzaladığı 19 iyul 2023-cü il tarixli 232 nömrəli qərarı ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na dəyişiklik edilib və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na aşağıdakı məzmunda 1.5-1-ci bənd əlavə edilib: “Qeydiyyat şöbəsində və konsulluq idarəsində vətəndaşlıq vəziyyəti aktlarının, icra hakimiyyətinin nümayəndəliyində doğumun, nikahın bağlanmasının və ölümün dövlət qeydiyyatı aparılarkən yer adları mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılır. Ermənistan Respublikasındakı yer adları isə Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır.”

AMEA rəhbəri artıq bundan sonra Qeydiyyat şöbəsində və konsulluq idarəsində, vətəndaşlıq aktlarının, icra hakimiyyəti nümayəndəliyində doğumun, nikahın bağlanmasının və ölüm hallarının dövlət qeydiyyatı aparılarkən Ermənistan Respublikasındakı yer adlarının Azərbaycan tarixi toponimlərinə uyğun olaraq yazılmasının təmin edilməsi üçün AMEA tərəfindən rəy və tövsiyələrin veriləcəyini bildirib. Qeyd edib ki, yer adları ermənilər tərəfindən tarixi toponimlərimiz dəyişdirilməzdən öncə hansı adda olubsa, həmin formada da dəqiqləşdirilərək rəy veriləcəkdir.

Akademiya rəhbəri AMEA alimlərinin ölkə başçısının Qərbi Azərbaycanla bağlı tapşırıqlarının öhdəsindən layiqincə gələcəklərini söyləyib.

Sonra çıxış edən Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Akademiyada Qərbi Azərbaycanla bağlı aparılan sistematik tədqiqatlara görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. Qərbi Azərbaycanın Vedi rayonunun Qaralar kəndində doğulduğunu və Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Vedi rayonunun Ararat, Qaralar kəndinin isə Aralez adlandırıldığını deyən Əziz Ələkbərli Nazirlər Kabinetinin sözügedən qərarının Azərbaycanın tarixi toponimlərinin bərpasında mühüm rol oynayacağını söyləyib. Qeyd edib ki, 1935-ci ildən başlayaraq Qərbi Azərbaycanda xalqımıza məxsus tarixi toponimlər soyqırıma məruz qalıb və onlar ermənilər tərəfindən sistemli şəkildə dəyişdirilib. İcma sədri toponimlərlə bərabər, Qərbi Azərbaycanda xalqımıza məxsus mikrotoponimlərin də toplanmasının vacib faktorlardan olduğunu bildirib. O, Qərbi Azərbaycan İcmasının Nazirlər Kabinetinin sözügedən qərarının icrasında və aparılan tədqiqatlarda ortaya çıxan məsələlərin həllində AMEA-ya zəruri dəstəyi verəcəyini söyləyib.

Müzakirələrdə, həmçinin akademiklər Arif Həşimov, Gövhər Baxşəliyeva, professor Kərim Şükürov, coğrafiya elmləri doktoru Zakir Eminov, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Daha sonra AMEA-da sözügedən qərarın icrasının təmin edilməsi və operativ rəy və tövsiyələrin verilməsi məqsədilə akademik Gövhər Baxşəliyevanın sədrliyi, professor Nadir Məmmədlinin müavinliyi ilə komissiya yaradılıb.

Sonda çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, bu gün Akademiyanın başlıca işi Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu və Prezident İlham Əliyevin müasir dövrün çağırışlarını rəhbər tutaraq inkişaf etdirdiyi Azərbaycançılıq ideologiyasının cəmiyyətdə təbliğidir və Qərbi Azərbaycanla bağlı tədqiqatlar da bu ideologiyanın mühüm bir qolu olaraq alimlərimiz tərəfindən məsuliyyətlə aparılır.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01