Şəhid Rəşid Mehdiyevin doğum günündə məzarı və ailəsi ziyarət olundu
26 iyul 2023-ci il tarixində Salyan rayonun xalac kəndində şəhid Rəşid Mehdiyevin doğum günündə Salyan rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən şəhidin ailəsi ziyarət edildi.
Öncə rayon icra hakimiyyətinin müavini Rəşhad Cəbralıyov YAP salyan rayon təşkilatının sədri Elmar Əhmədov Milli məclisin deputatı Fəzail Ağamalının köməkçisi Xidmət Orucov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Kənd sakinləri ilə birlikdə şəhidin məzarını, ziyarət edərək üzərinə gül dəstələri düzülüb, daha sonra Şəhid Rəşid Mehdiyevin əziz xatirəsinə inşa edilmiş bulaq kompleksini ziyarət edərək, üzərinə güllər düzüblər.
Sonra Salyan Rayon İcra Hakimiyyətinın müavini Rəşhad Cəbrayılov Deputatın Köməkçisi Xidmət Orucov və Elmar Əhmədov şəhidin ailəsini ziyarət edərək onların qayğı və problemləri ilə maraqlanıblar.
Şəhidin valideyinləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab Ilham Aliyev-ə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya xanıma minnətdarlıqlarını ifadə etdilər.
Kanal4.az







