Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan dünya mediasında

2023-07-25 18:49:43 254 baxış
Xəbər şəkil

Şuşada “4-cü sənaye inqilabı və yeni media” başlığı altında keçirilən Qlobal Media Forumu başa çatdı. Forumun yaratdığı əks-səda isə dünya mediasında hələ də izlənilməkdədir. Bu beynəlxalq tədbirə dünyanın 50-yə yaxın ölkəsindən 250 nəfər media təmsilçisinin qatılması Qlobal Media Forumuna beynəlxalq marağın kifayət qədər yüksək olduğunu göstərdi. Cənab Prezidentimizin qeyd etdiyi kimi, dünya miqyasında diqqət çəkən belə bir tədbirin məhz Şuşa şəhərində keçirilməsinin özü də mühüm bir hadisədir. 
Dünyanın aparıcı mətbuat vasitələrinin nümayəndələrini Şuşaya dəvət etməklə Azərbaycan Qarabağ və Şərqi Zəngəzur bölgələrində müharibədən sonrakı mövcud vəziyyət haqqında obyektiv informasiyaların beynəlxalq miqyasda yayılmasına şərait yaratdı. Nüfuzlu KİV-lərin nümayəndələri Laçın yolunun başlanğıcından reportajlar yayımladı və Qarabağ ərazisində yaşayan ermənilərin heç də iddia edildiyi kimi blokada şəraitində olmadığını öz auditoriyalarına çatdırdılar. Müxtəlif ölkələrin mətbuatında və bir sıra beynəlxalq siyasi platformalarda Ermənistan tərəfindən ölkəmiz haqqında məqsədli şəkildə yayımlanan saxta məlumatlar bu Forum çərçivəsində əyani şəkildə təkzib olundu. Bütün imkanlarını ölkəmiz haqqında saxta informasiyalar yaymaqla Azərbaycanın imicinə xələl gətirməyə çalışan Ermənistan siyasətçilərinin və jurnalistlərinin yalanları növbəti dəfə tutarlı dəlillərlə ifşa olundu.
Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Vətən müharibəsi dövründə Azərbaycan mətbuatının rolunu yüksək qiymətləndirərək bildirdi ki, işğal dövründə biz hamımız, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı bir məqsədə doğru yorulmadan gedirdi. Azərbaycan mediasının bu sahədəki fəaliyyəti ona görə qiymətlidir ki, üzləşdiyimiz problemi çatdırmaq üçün bizim birinci vasitəmiz media olmuşdur. 30 ilə yaxın bir müddət ərzində üzləşdiyimiz işğal faktı mətbuatımız tərəfindən daim diqqət mərkəzində saxlanılmışdır ki, mediamız gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında böyük rol oynayıb.
Qlobal KİV təmsilçilərinin Azərbaycan Prezidentinə sualları ilə davam edən tədbirdə dövlətimizin başçısının verdiyi açıqlamalar Forum iştirakçılarında bölgəmizdəki yeni reallıqlar haqqında dolğun təsəvvür yaratdı. Ölkə Prezidenti bölgəmizdə təhlükəsizlik məsələləri, qlobal təhlükəsizlik məsələləri, enerji diplomatiyası, Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi, eləcə də mövqelərin yaxınlaşdırılması üçün müxtəlif formatlarda göstərilən vasitəçilik səyləri haqqında dövlətimizin mövqeyini Forum iştirakçılarının diqqətinə çatdırdı. Prezident İlham Əliyev ABŞ, Rusiya və Avropa İttifaqının sülh prosesinə verdikləri dəstəyi yüksək qiymətləndirdiyini və dövlətimizin bu proseslərdə səmimiyyətlə iştirak etdiyini vurğuladı.
Keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı ilə bağlı verilən suallara aydınlıq gətirən cənab İlham Əliyev azad olunmuş ərazilərdə aparılan quruculuq-abadlıq işlərindən danışdı və bildirdi ki,Qarabağ və Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insan doğma yurduna qaytarılacaq. Otuzdan çox şəhər və kəndin Baş planı təsdiqlənib. Bir çox kəndlərin təməli qoyulub. Şəhərlərin Baş planları təsdiq olunanda həmin şəhərlərdə yaşamış insanların rəyi də nəzərə alınıb. 
Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair verilən sualı cavablandıran Prezident İlham Əliyev ölkəmizin Avropa üçün əhəmiyyətini səciyyələndirərək bildirdi ki, Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilmişdir və Avropa Komissiyasının Prezidenti Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Bizim sözsüz ki, Avropaya qaz tədarükümüzün coğrafiyası genişlənir və ilin sonuna qədər əlavə iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək.
Növbəti gün müxtəlif mövzularda keçirilən panel müzakirələri ilə davam edən Şuşa Qlobal Media Forumu öz işini başa çatdırdı. Forumda səslənən fikirlər Azərbaycanın apardığı beynəlxalq və regional siyasətin beynəlxalq media təmsilçiləri tərəfindən yüksək qiymətləndirildiyini bir daha göstərdi. 

Ülviyyə Ağalarova, 
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03