Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi

2023-07-25 18:40:58 252 baxış
Xəbər şəkil

İki ildən çoxdur ki, əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda bu istiqamətdə görülən sistemli işlərdən böyük qürurla bəhs etdi. Ölkə başçısının çıxışında səsləndirdiyi fikirlər təsdiq edir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası dövlətimizin əsas prioritetlərindəndir. 
Vətən müharibəsindəki parlaq zəfərindən sonra yeni tarixi mərhələyə qədəm qoyan Azərbaycanın əsas prioriteti işğaldan azad olunmuş ərazilərin bərpasıdır. Torpaqlarımızın 30 illik işğal dönəmində düşmənin viran qoyduğu torpaqlarımıza hər gün yeni nəfəs verilir, doğma yurd yerlərimiz gülüstana çevrilir. Qarabağ və Şərqi Zəngəzurda tarixi, mədəni, dini irsimiz bərpa olunur, burada yollar çəkilir, beynəlxalq hava limanları tikilir, “ağıllı kənd” layihəsi həyata keçirilir. Bütün azad olunmuş ərazilərimiz dövlətimizin maliyyə imkanları hesabına yenidən qurulur. 
İkinci Qarabağ müharibəsindən dərhal sonra erməni vandallarının viranə qoyduqları, xarabalığa çevirdikləri ərazilərimizin bərpası, inkişaf axarına qovuşması, sosial-iqtisadi dirçəlişi dövlətimizin qarşısında duran ən mühüm vəzifəyə çevrildi. Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzurun bərpasına başlanan ilk gündən bu istiqamətdə aydın planlar, strateji hədəflər müəyyənləşdirildi və quruculuq işləri getdikcə intensivləşdirildi. Dünya artıq Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin fonunda Azərbaycanın öz gücü və daxili imkanları hesabına necə böyük layihələri həyata keçirdiyinin şahidi olur. 
Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun qurulması üçün çox böyük işlər görülüb və bu işlər davam etdirilir. Bu ərazilərdə elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olunub. Bütün Qarabağ və Şərqi Zəngəzur vahid bir enerji şəbəkəsinə qoşulub. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilmişdir ki, onların generasiya gücü təqribən 55 meqavata yaxındır. Bundan əlavə, hazırda 7 stansiya inşa edilir. Bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 50-yə yaxın su elektrik stansiyası yaradılacaq. İşğaldan azad edilmiş ərazilərdə müasir standarlara əsaslanan yol infrastrukturu da yaradılır. Belə ki, iki min kilometrdən çox avtomobil yolu salınır, körpülər tikilir. Körpülərin sayı 100-dən çox olacaq. Təsdiq edilmiş layihələr çərçivəsində 50 kilometr uzunluğunda tunellər çəkilir. 
Ölkəmizin ərzaq təhlükəsizliyini təmin etmək üçün Qarabağ və Şərqi Zəngəzurda əkin işləri aparılaraq təqribən 60 min hektarda taxıl səpilmişdir. Bu ərazilərdə həmçinin sənaye parkları da yaradılır. Bu işlər çərçivəsində Ağdam Sənaye Parkında artıq 40 milyon manatlıq, Cəbrayıl Sənaye Parkında isə 10 milyonluq investisiya layihələri təsdiqlənmişdir. Həmin ərazilərdə investisiya mühitinin qurulması üçün növbəti mərhələ sayılan fiziki infrastrukturun böyük hissəsi artıq qurulub. 
İşğaldan azad olunmuş ərazilər elektrik enerjisi ilə tam təmin olunub. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkənin vahid enerji şəbəkəsinə qoşulub. Nəqliyyat infrastukturu tam sürətlə bərpa olunmaqla, ölkənin digər şəhər və rayonlarının yol infrastukturu ilə birləşdirilir. Region üçün xüsusi əhəmiyyət kəsb edən Tərtər‒Çaylı‒Suqovuşan-Talış, Əhmədbəyli‒Füzuli‒Şuşa avtomobil yolunun və Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun tikintisi artıq başa çatdırılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ilə təmin olunması məqsədilə dövlət proqramında su anbarlarının, suvarma və paylayıcı kanalların, nasos stansiyalarının, subartezian quyularının, hidroqovşaqların və digər su təsərrüfatı obyektlərinin mərhələli şəkildə təmiri, bərpası və yenilərinin tikintisinin 2026-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılıb. 
Bilirik ki, Qarabağ və Şərqi Zəngəzurun böyük iqtisadi potensialı var. Bu  potensial həmin rayonları ayrı-ayrı sahələr üzrə iqtisadi cəhətdən  ixtisaslaşdıra da bilir. Qeyd edim ki, Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə potensiala sahibdir. Məsələ odur ki, bu rayonlar inkişaf nəticəsində öz-özünü iqtisadi nöqteyi-nəzərdən təmin edən ərazilərə çevriləcək, zamanla kənar maliyyədən asılılıq azalmış olacaq.  
Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. “Böyük Qayıdış” proqramı qəbul edilib, proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. İnfrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təxminən 7 milyard ABŞ dollarına bərabər olacaq. Bəli, bu gün  maliyyə gücü kifayət qədər artan dövlətimiz artıq belə böyük həcmdə xərcləri qarşılamaq imkanlarına sahibdir. Azərbaycan heç bir xarici qüvvələrin köməyi olmadan Qarabağ və Şərqi Zəngəzura yeni nəfəs verir. Birinci mərhələdə əsas vəzifə 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. Artıq bir neçə yaşayış məntəqəsində də insanlar məskunlaşıb. Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi günümüzün reallıqlarında özünün təsdiqini tapır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu sahədə görüləcək işlər daim diqqət mərkəzində saxlanılır. Ölkə Prezidentinin gündəlik fəaliyyətində bu məsələ birinci yerdə dayanır. Göründüyü kimi, Dövlət Proqramında 2026-cı ilədək görüləcək işlərin miqyası kifayət qədər böyükdür. Bütün bu işlər ona görədir ki, “Böyüş Qayıdış”  planı uğurla yerinə yetirilsin və keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarında məskunlaşması dayanıqlı məskunlaşma olsun.

Ramil Hüseynov,
Salyan rayon gənci, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03