Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Böyük Qayıdışla bağlı dövlətimizin başçısının qeyd etdiyi məqamlar olduqca önəmlidir

2023-07-25 18:38:40 237 baxış
Xəbər şəkil

Cari ilin iyul ayının 21-də mədəniyyət paytaxtımız Şuşa “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumuna ev sahibliyi etdi. “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən Forum Prezident İlham Əliyevin dərin məzmunlu çıxışı ilə yadda qaldı. Konfransda Azərbaycanın region və dünyadakı rolu vurğulandı, həmçinin dövlətimiz üçün prioritet olan istiqamətlər bir daha yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.  Prezident İlham Əliyevin çıxışının mahiyyətində daha çox gələcəklə bağlı hədəflər öz əksini tapdı. Dövlətimizin başçısı Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini belə ifadə etdi ki, prinsip etibarilə strateji inkişaf istiqamətləri bir çox illər bundan əvvəl müəyyən edilib. Yeganə məqam odur ki, həyat öz dəyişikliklərini əlavə edir və dəyişən reallıqları planlarımıza inteqrasiya etməli oluruq. İşğal altındakı ərazilərin azad olunmasından sonra sosial-iqtisadi məsələlər ön planda dayanır. Çünki Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir. Cəmiyyətdə gələcəyimizin əsas məsələləri üzrə həmrəylik var. Forumun məhz Şuşada keçirilməsi və Azərbaycan Prezidentinin bu mötəbər tədbirdən verdiyi mesajlar diqqət cəlb edir. Dövlətimizin başçısı ölkəmizdə və dünyada baş verənlərə strateji yanaşmasını nümayiş etdirdi, yerli və qlobal xarakterli problemlərin həlli yollarına dair fikirlərini səsləndirdi. Ölkəmiz bütün bu uğurlara Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində imza atıb. O, ölkəmizin dayanıqlı iqtisadi inkişafını təmin etdi, səmərəli layihələr həyata keçirdi, Azərbaycanı regionun lider dövlətinə çevirdi. Məhz onun rəhbərliyi ilə yenilməz Ordumuz 30 illik işğala son qoyaraq xalqımızı məğlubiyyət girdabından qurtardı, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olundu. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan layihələrin önəmi bu gün daha aydın görünür və Avropanın üzləşdiyi enerji böhranında xilaskar rolunu oynayır. Həmçinin Qoşulmama Hərəkatının sədri olaraq Prezident İlham Əliyevin gördüyü işlər, sərgilədiyi ədalətli mövqe beynəlxalq ictimaiyyətin gözündə onu lider şəxsiyyətə çevirib.  
Forumda dövlətimizin başçısı Azərbaycanın enerji sahəsində həyata keçirdiyi layihələr və gözləntilər haqqında da vacib məsələlərə toxundu. Prezident İlham Əliyev Cənub Qaz dəhlizinin uğurla icra edildiyini və artıq iki ildir ki, Azərbaycanın Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrildiyini, eləcə də Avropa Komissiyasının Prezidentinin Azərbaycanı etibarlı tərəfdaş adlandırdığını bildirdi. Həmçinin ölkə başçısı Transxəzər Qaz Boru Kəməri ilə əlaqədar olaraq, bunun Azərbaycanın təşəbbüsü ilə başlayacaq bir layihə olmadığını bir daha qeyd etdi. Azərbaycan enerji sahəsində beynəlxalq layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi dünyada tanınır və qəbul edilir. Bu sahədə Azərbaycan mühüm faktorlardan birinə çevrilmişdir. Xüsusən də Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu bütün dünya qəbul edir. Bu baxımdan TAP və TANAP boru kəmərlərinin genişləndirilməsi ilə bağlı gözləntilər ölkəmizin bu sahədə nə qədər etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirir. 
Prezident İlham Əliyev Azərbaycanın milli maraqları, prioritetləri ilə bağlı bir çox mühüm məsələlərə toxundu. Böyük Qayıdışla bağlı dövlətimizin başçısının qeyd etdiyi məqamlar olduqca önəmlidir. Belə ki, ölkə başçısı 30-dan çox şəhər və kəndin Baş planının təsdiqləndiyini, həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanın qayıdacağını bildirdi. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Bu rəqəmlər, əlbəttə, hər bir azərbaycanlının qəlbində sevinc və qürur hissi oyadır. Nəzərə almalıyıq ki, bu qədər genişmiqyaslı quruculuq işini Azərbaycan heç bir maliyyə yardımı almadan təkbaşına həyata keçirir. Şübhəsiz ki, bütün bunlar dünyada qibtə ilə qarşılanır. Ona görə ki, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması və orada həyata keçirilən Böyük Qayıdış proqramı Azərbaycanın hərbi, iqtisadi və siyasi gücünə güzgü tutur. Azərbaycanın real imkanlarını və potensialını nümayiş etdirir. Prezident İlham Əliyev Forumda təkcə öz xalqının deyil, bütövlükdə regionda yaşayan bütün xalqların daha yaxşı, daha təhlükəsiz yaşaması üçün zəruri olaraq atılacaq addımları göstərdi, ortaq hədəfləri nişan verdi. Azərbaycan Prezidentinin baxış bucağına görə, regionun heç bir dövləti və xalqı qarşılıqlı münasibətləri inkişaf etdirmədən, etibarlı münasibətlər sistemi formalaşdırmadan uzunmüddətli inkişafa və dayanıqlı sabitliyə nail ola bilməz. Problemlərin həlli yolu qarşılıqlı əməkdaşlıqda, problemlərin həlli istiqamətində birgə fəaliyyət göstərməkdədir.

Gülşən Əzizova,
Salyan şəhər 5 saylı uşaq bağçasının müdiri

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03