Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Fəzail Ağamalı:Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə  yeni güc mərkəzinə çevrilib

2023-07-07 15:25:06 247 baxış
Xəbər şəkil

İyulun 5-də Bakı Konqres Mərkəzində ölkəmizin sədrliyi ilə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirildi. Qoşulmama Hərəkatı, üzvlərinin sayına görə BMT-dən sonra dünyanın ən böyük təşkilatı ünvanına sahibdir və bu fakt qurumun beynəlxalq müstəvidə əhəmiyyətinin göstəricisidir. 

Ölkəmiz Qoşulmama Hərəkatına 2019-cu ildən rəhbərlik edir və təşkilat Azərbaycanın rəhbərliyi ilə yarandığı tarixdən özünün ən məhsuldar dövrünü yaşayır və qurum üzvlərinin yekdil qərarı ilə sədrlik daha bir il ölkəmiz tərəfindən icra olunmaqdadı. Azərbaycanın quruma sədirliyi dünya üzrə təhdid olan COVİD-19 pandemiyasının yayılması və onunla mübarizəyə təsadüf etsə də, irəli sürdüyü bütün təşəbbüslər yekdilliklə dəstəklənmişdir. COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması, 2020-ci il mayın 4-də sammit səviyyəli görüşün keçirilməsi, hərakatın sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasının pandemiyaya qarşı mübarizə üzrə xüsusi sessiyasının keçirilməsi, BMT-nin İnsan Hüquqları Şurasında, Baş Assambleyada COVİD-19 əlehinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi adlı qətnamə layihələrinin irəli sürülməsi və qəbul edilməsi təşkilatın beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə artırdı. Bütün bu nailiyyətlər isə məhz Azərbaycan Prezidenti, Beynəlxalq səviyyəli lider İlham Əliyevin səyləri nəticəsində baş verdi. Ölkə başçısının üstün keyfiyyətləri Qoşulmama Hərəkatını zəif, sönük bir qurumdan yeni bir güc mərkəzinə çevirdi. Azərbaycanın sədirliyi təşkilata yeni nəfəs verdi, onun sədrliyi dönəmində Qoşulmama Hərəkatı Dünyada baş verən hadisələrə daha fəal müdaxilə etməyə başladı, fəaliyyəti və təsisatlanması mütəşəkkil xarakter aldı. Cənab Prezidentin təşəbbüsü və hərəkata üzv dövlətlərin dəstəyi ilə 2021-ci ilin oktyabrın 4-5 də Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin, 2021-ci il noyabrın 28-də isə Parlament şəbəkəsinin əsası qoyuldu. Bütün bunlar bir daha  Azərbaycanın yüksək liderlik bacarığının, təşkilat daxilində inteqrasiyanın, əməkdaşlığın inkişafında, dünyada qlobal problemlərin həllində oynadığı rolun əyani nümayişidir.

Görüş çərçivəsində çıxış edən ölkə başçısı İlham Əliyev təşkilat üzvlərinin çoxluğ təşkil etdiyi coğrafiyada özünün eybəcər müstəmləkəçi siyasətini həyata keçirən Fransanı ciddi şəkildə tənqid etdi və törətdiyi bütün qanunsuz və iyrənc əməllərə, qətliamlara görə həmin ölkələrdən  üzr istəməsinin zəruriliyini önə çəkdi. Bəlli olduğu kimi, Fransa uzun illərdir ki, Afrika qitəsində insan hüquqlarını kobud şəkildə pozur, oradakı dövlətlərin əksəriyyətinin iqtisadi-mədəni sərvətlərini talan edir, ölkəsində yaşayan Afrikalıların fundamental insan hüquqlarını və təhlükəsizliklərini təmin etmir, onlara qarşı dini və irqi dözümsüzlük nümayiş etdirir. Son olaraq 17 yaşlı Əlcazir əsilli yeniyetmənin polis tərəfindən qətlə yetirilməsi və polisin Fransa cəmiyyəti tərəfindən müdafiə olunması, bu Avropa ölkəsinin bütün anti-insani keyfiyyətlərini ortaya qoyur. Hələ də Fransa dövləti Afrikada, xüsusilə Əlcazair və Cənubi şərqi Asiyada törətdiyi qətliamlara görə heç bir məsuliyyətə cəlb edilməyib. Hitler Almaniyasının yahudilərə qarşı törətdiyi "Holoks" soyqırımın eynisini dəfələrlə təkrarlayan Fransa dövləti Almaniya nümunəsində zərər çəkmiş ölkələrə təzminat ödəmir və bütün bunlara baxmayaraq yenidən Afrika qitəsində  neokolonializim siyasətini icra etməkdən çəkinmir. 

Fransanın Ermənistanın təcavüzkar siyasətinə dəstək verməsi, onu silahlandırması Cənubi Qafqaz regionunda kövrək sülhə əsaslı təhlükələr yaratmaqdadır. Dövlət başçımız toplantıda Qoşulmama Hərəkatının imkanlarından, onun coğrafi genişliyindən yararlanaraq Fransaya qarşı mübarizəni həm də bu baxımdan yeni müstəviyə çıxardı.

Ölkə rəhbərinin toxunduğu vacib məqamlardan biri də yeni dünya düzənin tələblərinə cavab verməyən, yaradılma məqsədi dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi olan BMT-nin 5 dövlətin geosiyasi məqsədlərinə xidmət göstərməsini təkzibolunmaz arqumentlərə əsaslandırdı və bunun yolverilməz olduğunu diqqətə çatdırdı. Heç kimə sirr deyil ki, Dünyada baş verən münaqişələrin arxasında BMT Təhlükəsizlik Şurasına daimi üzv olan dövlətlər dayanır və onların əksəriyyəti bir-biri ilə müharibə vəziyyətində olduğu üçün mövcud reallıqlar fonunda bu qurum dünya da sülhün və təhlükəsizliyin təminatçısı deyil, onun təşkilatçısı kimi çıxış edir. Cənab prezidentin nitqində BMT-nin strukturunun, xüsusilə Təhlükəsizlik Şurasının tərkibinin dəyişilməsinin, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməsinin, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədirlik edən ölkələrin BMT-də veto hüququna sahib olmasının vacibliyini qətiyyətli şəkildə bəyan etdi.

Fəzail Ağamalı,
Millət vəkili, Ana Vətən Partiyasının sədri
 
Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03