‘Kurtlar Vadisi’ndə hamını ‘yakan’ aktyor bu hala düşdü – Foto
“Kurtlar Vadisi Pusu” serialındakı Cevat Akarsu rolu ilə məşhurlaşan aktyor Şekip Taşpınar yerləşdirildiyi xəstəxanadan evə buraxılıb.
O, bu barədə sosial şəbəkə hesabında bildirib:
“Əziz dostlar. Bildiyiniz kimi, iyunun 8-də axşam saatlarında reanimasiyaya yerləşdirildim. Bu həm mənim, həm də sevimli həyat yoldaşım Berna üçün olduqca çətin bir dövr idi. Cavab verə bilməsəm də, dəstəyiniz, dualarınız, xoş arzularınız mənim üçün çox dəyərlidir. Yaxşı ki, varsınız. Sizə çox minnətdaram, mətbuatda çalışan, ictimaiyyəti məlumatlandıran və mən xəstəxanda olan zaman verdiyi xəbərləri ilə dəstəyini əsirgəməyən jurnalist dostlarım- sizə təşəkkürümü bildirirəm. İndi evimdəyəm və bir az daha istirahət etməliyəm. Zənglərinizə və mesajlarınıza cavab verə bilməsəm ruhdan düşməyin, dostlar. Hər birniniz mənim üçün çox dəyərlisiniz. Birlikdə daha yaxşı günlər keçirməyimiz üçün çoxlu güc-qüvvət yığacam”.
Qeyd edək ki, aktyor təxminən bir ay əvvəl saxta içkidən zəhərlərək xəstəxanaya yerləşdirilmişdi. Onun vəziyyəti ağır olduğundan süni tənəffüs aparatına qoşulmuşdu.
Şekip Taşpınar “Kurtlar Vadisi Pusu” ilə yanaşı “Beyaz Gelincik”, “Behzat Ç”, “Karadayı”, “Cesur Yürek”, “Arıza”, “Kanunsuz Topraklar” kimi maraqlı ekran işlərində də rol alıb.