Niyə oğlanlar evlənməzdən öncə cinsəl həyat yaşaya bilərlər, amma qızlarımız... - Röbvşanə mentalitetimizdən GİLEYLƏNDİ
Azərbaycan mentalitetindən gileylənən aparıcı Rövşanə Ağasəfqızını fikirlərinə görə qınayıblar.
Bakıvaxtı.az xəbər verir ki, öz verilişində qız uşaqlarının həm yaşam tərzindən, həm də cinsəl həyatından söz açan aparıcı fikirləri ilə diqqət çəkib: "Bilirəm, indi çoxu məni sözlərimə görə qınayacaq. Başa düşürəm. Bizim mentalitet var. Ancaq bu nə dərəcədə doğrudur? Kişiyə hər şey olar. Oğlan uşaqları məktəbi bitirdi, istədiklərini edə bilərlər. Evlənməzdən öncə cinsəl həyat yaşaya bilərlər. Ancaq qızlarımıza yalnız evləndikdən sonra olar. Mən bunu anlaya bilmirəm. Doğrudur, cəmiyyətin düşüncəsinə görə hər kəs, elə mən də övladımı bu düşüncə ilə böyüdürəm. Ancaq nə zamana kimi belə davam edəcək?"
"Bu, mənim fikrimdir. Əvvəl qaş almağa da qoymurdular. Biz məktəbdə oxuyanda qızlar qaş ala bilməzdi. Son 5-10 ildə qızlar başlayıb yavaş-yavaş özünə baxmağa, qaşını səliqəyə salmağa. Hələ baxırsan 30 yaşlı qız uşağıdır. Evlənməyib. Heç bir cinsi həyatı da olmayıb. İndi bu nə etməlidir? Oturub gözləməlidir ki, kimsə bunu alacaq? Min hoqqa verib sonradan qırmızı lent bağlayır. Demirəm elə olsunlar. Ancaq evlənməmiş cinsəl həyat yaşamağı əxlaqsızlıq hesab edirlər",- deyə o, fikrini tamamlayıb.
Rövşanə Ağasəfqızının bu sözlərini tamaşaçılar arasında dəstəkləyənlər olsa da, qınayanlar da az olmayıb.