Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır
Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır ki, bunun əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir, Bizim ordumuz güclüdür. Ordumuzun gücü günü-gündən artır. Ölkəmizin gözəl gələcəyi var. Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır. Müstəqil Azərbaycanda ordu quruculuğunun əsasını dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyev qoymuşdur. Ulu Öndərin bu sahədəki xidmətləri misilsizdir.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə, bu sahədə də mühüm irəliləyişlər əldə edildi.1994-cü ilin may ayının 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra, Azərbaycanda Milli Ordusunun formalaşdırılmasına start verildi. Ulu Öndərin rəhbərliyi ilə 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən parlaq nəticələrindən biri də, bu gün getdikcə artan və qüdrətlənən, gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur. Azərbaycan Ordusunun gücünə güc qatan bir sıra mühüm amillər mövcuddur ki, onlardan biri də xalqın yekdil birliyidir. Məhz Azərbaycan dövləti öz torpaqlarını xalq-Ali Baş Komandan-ordu birliyi sayəsində azad edərək ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ordumuz sübut etdi ki, Ulu Öndər Heydər Əliyevin “Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır
Xatirə Nəsibova
YAP Şəki rayon təşkilatının əməkdaşı