Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur
Müasir Azərbaycan dövlətinin banisi,xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri
respublikamızın hər bir vətəndaşının həyatında xüsusi rol oynayır.Azərbaycanın inkişafı,böyük uğurlar qazanması məhz ulu öndərimizin adı,xalq qarşısındakı tarixi xidmətləri,əməli fəaliyyəti ilə
bağlıdır.Heydər Əliyev Azərbaycanın inkişafı, çiçəklənməsi naminə ömrünü xalqına həsr etmiş nadir tarixi şəxsiyyətlərdəndir.Bir-birindən qiymətli günlərini şam kimi əridərək xalqını, Azərbaycanı xoşbəxt gələcəyə aparan yola işıq saçdı Ulu Öndər!Bütün sahələri paralel şəkildə inkişaf etdirmək,eyni
zamanda dünyaya inteqrasiya olunmaq üçün düşünülmüş siyasət yürüdən Heydər Əliyev tarixi
baxımdan o qədər də böyük olmayan vaxt ərzində böyük uğurlara imza atdı.Müəllifi olduğu inkişaf
strategiyası qısa zaman ərzində bəhrəsini verdi. Heydər Əliyev layiq olduğu zirvələri fəth etdi və
Azərbaycanı da ucaldığı zirvəyə yüksəltdi.İndi dünyanın hər yerində Azərbaycan deyiləndə Heydər
Əliyev,Heydər Əliyev deyiləndə Azərbaycan yada düşür.Ümummilli liderimizin rəhbərliyi ilə müstəqil dövlətimiz 10 il ərzində böyük inkişaf yolu keçdi. Bütün sahələrdə gözlənilənlərdən,nəzərdə tutulanlardan daha artıq nəticələr əldə olundu. 2003-cü ildəölkəmizdə keçirilən Prezident seçkilərində xalqın Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirəbiləcək şəxsə səs verməsi təsadüfi deyildi.Çünki,bu uğurlu siyasətin davamçısı yalnız İlham Əliyev ola bilərdi.Heydər Əliyevin rəhbərliyi ilə sovet imperiyasının,ermənilərin çirkin siyasətinə son qoyuldu.Ümummilli liderimizin polad iradəsi, qətiyyəti,xalqına olan məhəbbəti qarşısında şər qüvvələr aciz qaldılar.Qısa zaman ərzində sürətlə inkişaf edən Azərbaycan intibah dövrünə qədəm qoydu. Bu gün həyatımıza,ölkəmizə nur saçan ümummilli liderimizin ömrünün işığıdır.Bu işıq sönməzdir vəəsrlər boyu zülmətləri,qaranlıqları nura qərq edəcək.
Səadət Qaffarova
Şəki Regional Kollecin müəllimi, YAP fəalı