Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

İlqar Orucov: “Heydər Əliyev adına təqaüd” tələbələr arasında rəqabət mühiti yaradacaq

2023-06-28 18:20:28 3459 baxış
Xəbər şəkil

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 (yüz) nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib. Bu, dövlət büdcəsi hesabına veriləcək birdəfəlik təqaüddür və məbləğ kifayət qədər yüksəkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib. O bildirib ki, təqaüd tələbələri motivasiya edəcək və onların arasında yaxşı rəqabət mühiti yaradacaq.
Qeyd edib ki, təqaüdün Ulu Öndər Heydər Əliyevin 100 illiyində təsis edilməsi təsadüfi deyil.
“Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanda təhsilə, elmə və tələbələrə həssas münasibət bəsləyirdi. Ulu Öndər Azərbaycana rəhbərliyinin istər birinci dövründə, istərsə də dövlətimiz müstəqillik əldə etdikdən sonra hər zaman gənclərə, təhsilə böyük diqqət və qayğı ilə yanaşırdı. Təhsil, elm adamı olaraq düşünürəm ki, bu təqaüdün təsis edilməsi təhsil adına çox böyük addımdır. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Azərbaycanda universitetlərin inkişaf etdirilməsi, gənclərimizin ən yaxşı universitetlərdə təhsil alması onun adı ilə bağlıdır. O zaman bütün respublikalarda keçmiş SSRİ-nin nüfuzlu universitetlərində tələbələr təhsil almağa göndərilirdi. Ulu Öndərin sayəsində Azərbaycandan göndərilən tələbələrin sayı hər zaman çoxluq təşkil edirdi. O zaman ölkənin müstəqil olmamasına baxmayaraq, respublikanın inkişafına hədəflənmiş istiqamətlər və ixtisaslar üzrə tələbələrin göndərilməsi Azərbaycanın gələcəyinə, eyni zamanda, onun müstəqilliyinə hədəflənmiş addım idi. Təsadüfi deyil ki, Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi müstəqillik illərində göndərdiyi həmin tələbələr peşəkar kadrlar kimi respublikamızın kadr potensialının formalaşmasında müstəsna rol oynayıblar. Gənclərin birinci, ikinci forumlarının keçirilməsi və müstəqil Azərbaycanın gənclər siyasətinin formalaşdırılması birmənalı olaraq Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycanda gənclər siyasətini müəyyənləşdirərkən bir neçə parametr üzrə Azərbaycan gənclərinin obrazını yaradırdı. Hər zaman qeyd edirdi ki, Azərbaycan gəncləri təhsilli, savadlı, bilikli olmalıdırlar. Bunun üçün praktiki işlər görülürdü, müxtəlif proqramlar həyata keçirilirdi. Hətta o zaman belə gənclər üçün müxtəlif təqaüdlər təsis edilirdi. Bunlar Ulu Öndərin adı ilə bağlıdır. Sonrakı illərdə bu işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin “Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi ilə bağlı addımı həm də təməl prinsiplərinə sadiqlikdən irəli gəlir. Bu təqaüd Azərbaycan gənclərinin yaxşı oxumasına ünvanlanmış hüquqi sənəd kimi olduqca dəyərlidir. Müstəqil dövlətimizin ali təhsil alan gənclərinin bu təqaüd uğrunda təhsildə rəqabətə qoşulmasını gözləyirəm. Sərəncamda qeyd olunur ki, 100 tələbəyə 3000 manat məbləğində birdəfəlik təqaüd verilsin. Təqaüdün verilməsi Elm və Təhsil Nazirliyinə həvalə olundu. Təqaüdün həm də bir mənəvi stimulu var. Bu təqaüdü alan 100 gənc həm də Ulu Öndərin adına, arzularına, görmək istədiyi savadlı gəncliyə layiq təhsil almaq uğrunda çalışacaq. Onlar gələcəkdə Azərbaycan dövlətinə layiqincə xidmət edəcəklər”, – deyə İlqar Orucov fikrini yekunlaşdırıb.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03