Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Millət Vəkili Sadiq Qurbanov: Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

2023-06-28 17:44:44 4081 baxış
Xəbər şəkil

Bu gün islam dünyasının ən müqəddəs bayramlarından sayılan Müqəddəs Qurban bayramıdır. Bu bayram münasibətilə Sizi ürəkdən təbrik edir, hər birinizə uzun ömür, firəvan həyat, bol ruzi bərəkət arzu edirəm. Kəsdiyiniz qurbanların Ulu Tanrı  dərgahında qəbul olunmasını diləyirəm.
Bildiyimiz kimi Müqəddəs Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycanda da bu bayram xalqımız tərəfindən həmişə keçirilmiş və ayinlər icra olunmuşdur. Belə ki, xalqımız neçə əsr əvvəl rus imperiyasının, sonra isə imperiya üzərində qurulmuş sovetlər birliyinin tərkibində yaşamağa məcbur edilmiş, onun milli mənəvi dəyərləri, bayramları, adət-ənənələri tapdalanmış, xüsusi ilə sovetlər dönəmində olduğumuz illərdə bu bayram və mərasimlərin keçirilməsi qadağan olunmuşdur. Lakin həmin zamanlarda belə xalqımız həm min illər boyu yaşatdığı dəyərlərə, həm də islam dininin əsas bayramlarından olan Qurban bayramına həmişə sahib çıxmışdır. 
Müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən, Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində bayram edilir. Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Qurban bayramı xeyirxahlıq və mərhəmət duyğularının təcəssümü olmaqla yanaşı, bərabərlik və dözümlülük ovqatını da insanlarda gücləndirir. Dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan bu müqəddəs bayramı Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımız da sevinclə qeyd edirlər. Bu, xalqımızın mənəvi dəyərlərinə dövlət qayğısının nəticəsidir. Ümumilikdə, dini-mənəvi dəyərlərə həssas münasibət, müxtəlif dinlərə və sivilizasiyalara hörmət, tolerantlıq demokratik Azərbaycan cəmiyyətinin mənəvi əsaslarını təşkil edir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrə ayrılan diqqət kimi, milli-mənəvi dəyərlərimizə də xüsüsi önəm verildi, xüsusi ilə də respublikamızın ərazi hüdudlarında yaşayan bütün xalqların mədəniyyətinə, adət-ənənəsinə, dini baxışlarına tolerant münasibətin  əsasını qoydu. 
Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsubları Azərbaycanda mehriban ailə kimi yaşayırlar. Bu gün isə ölkəmizdə tarixən mövcud olan və qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan nümunəvi birgəyaşayış mühiti Azərbaycan dövləti tərəfindən həyata keçirilən milli siyasət sayəsində daha da genişlənir, inkişaf edir və möhkəmlənir. Ölkəmizdə yaşayan çoxsaylı millətlərin etnik-mədəni müxtəlifliyinin qorunub saxlanmasına xidmət edən bu siyasət eyni zamanda da milli həmrəyliyin və birliyimizin ən yüksək səviyyədə mövcudluğunu təmin edir. Hər il ölkəmizdə rəsmi şəkildə qeyd edilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Məsələn, bu gün inamla deyə bilərik ki, Qurban  bayramı respublikamızda tolerantlığın təntənəsinə çevrilib. Müxtəlif dini konfessiyaların nümayəndələri Qurban bayramı günlərində vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Heç şübhəsiz ki, Azərbaycan xalqının mənəvi birliyinin ifadəsi olan bu ənənə bundan sonra da davam edəcək.
Prezident İlham Əliyev də bu siyasi kursu uğurla davam etdirərək tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə öz töhvəsini vermiş, xüsusən də dini ziyarətgahların əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırmışdır. Dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan Qurban bayramının Azərbaycanda hər il yüksək səviyyədə qeyd olunması dövlətimizin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqətin parlaq təzahürüdür. Ölkə Prezidenti İlham Əliyev Qurban bayramının fəzilətini, bu münasibətilə Azərbaycan xalqına təbriklərinin birində belə xarakterizə etmişdir: “Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Bu mübarək bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməli-saleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir”.
Üç səmavi dinin-yəhudilik, xristianlıq və islamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur. Lakin islamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Yaradana sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. 
Qurban bayramı islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır. Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Bu müqəddəs bayramın tarixçəsi İbrahim peyğəmbərin öz oğlu İsmayılı Allahın şərəfinə qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Tanrı öz sevimlisi İbrahim peyğəmbərin sadiqliyini sınamaq üçün ondan yeganə oğlu İsmayılı qurban kəsməyi tələb edir və İbrahim peyğəmbər gözünü qırpmadan oğlunu yerə yıxıb başını kəsərkən, Tanrının göndərdiyi mələk Cəbrayıl göydən enib onun əlini saxlayıb, Tanrının İbrahimdən  razı qaldığını bildirib və oğlu İsmayılın əvəzinə göndərdiyi qoyunu kəsməyi təklif edir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “#İsmayıl_qurbanı” da deyirlər. Çox sevdiyi balasını Tanrı yolunda qurban verməyə hazır olması Peyğəmbərin  Tanrı qarşısında imanının və səmimiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Tanrıya inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Tanrını sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar.
Dəyərli dostlar!
Bu gün cəmiyyətimizdə hökm sürən birlik və həmrəylik, dinclik və əminamanlıq, təhlükəsizlik və sabitlik əldə etdiyimiz əvəzsiz uğurumuzdur. Birlik və bərabərlik, xeyirxahlıq və mərhəmət Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın cəmiyyətimizə aşıladığı və bəxş etdiyi ən ali dəyərlərdir.
Xalqımız üçün 30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızın azad edilməsindən sonra bu bayramın keçirilməsi daha böyük mahiyyət kəsb etmişdir. Belə ki, 44 günlük Vətən müharibəsində Tanrı ədalətini qorumaq üçün bütün Azərbaycan_xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər.
Bu bayram günündə torpaqlarımızın azadlığı uğurunda şəhid olmuş bütün qardaşlarımızı dərin hörmətlə yad edirik.
Əziz həmvətənlər, başda Prezident cənab İlham_Əliyev və dəyərli Mehriban_xanım_Əliyeva olmaqla sizi bu müqəddəs Qurban bayramı münasibəti ilə bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və bol nailiyyətlər arzulayıram. Qurban_bayramı həyatınıza əmin-amanlıq, firavanlıq, süfrələrinizə xeyir-bərəkət gətirsin. Bir daha bayramınız mübarək!

Milli Məclisin Deputatı  Sadiq Qurbanov.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01