Lavrov: ABŞ səfirinə zəng etdik ki, Priqojini siz ‘yoldan çıxarmısınız’?
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Vaqner” özəl hərbi şirkətinin silahlı qiyamında Qərbin əlinin olduğunu istisna etmədiyini bildirib.
O, bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazirin sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları artıq məsələni araşdırmağa başlayıblar.
S.Lavrov bildirib ki, qiyamdan sonra ABŞ-ın Rusiyadakı səfirliyi ilə əlaqə saxlanılıb. ABŞ səfiri isə Vaşinqtonun bu işdə əlinin olmadığını söyləyib.
XİN başçısının fikrincə, iyunun 24-də baş verənlər Rusiya ilə onun dostları arasındakı münasibətlərə təsir etməyəcək.
Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: “Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir”.