Milli Məclisin Deputatı Fəzail Ağamalı Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib
Milli Majlis -in Deputatı Fəzail Ağamalı sosial media hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib.
Kanal4.az paylaşımı təqdim edir
Bu gün qəhrəman və igid Silahlı Qüvvələrimizin dogum tarixidir.İstər 1918-1920-ci, istərsə də müstəqillik əldə etdiyimiz çagdaş illərimizdə Silahlı Qüvvələrimiz milli dövlətçiliyimizin və ərazi bütövlüyümüzün qorunub saxlanılmasında müstəsna rol oynamış, misilsiz qəhrəmanlıq nümayiş etdirmişdir.
44 günlük zəfərimizlə Silahlı Qüvvələrin Ali Baş Komandanı,Müzəffər sərkərdə İlham Əliyev yaratdıgı müasir, modern ordu ilə Dünya hərb tarixinə qızıl həriflərlə həkk olundu.
Böyük məmuniyyətlə Ali Baş komandan, möhtərəm, cənab prezident İlham Əliyev başda olmaqla Silahlı Qüvvələrimizin bütün əsgər və zabitlərini təbrik edir,çətin və şərəfli misiyalarında yeni-yeni zirvələr diləyirəm.
Fəzail Agamalı
Millət Vəkili,
Ana Vətən Partiyasının sədri