Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir

2023-06-13 13:15:27 393 baxış
Xəbər şəkil

31 may – 3 iyun 2023-cü il tarixlərində Bakı şəhəri Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsinə ev sahibliyi edir. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil & Gas", 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 28-ci Bakı Enerji Forumu keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil & Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılışında iştirak edib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və bu sahədə müəyyənləşdirilən yeni hədəflərlə bağlı fikirlərini bölüşmüşdür.
Ənənəvi olaraq hər il keçirilən bu tədbir qlobal enerji təhlükəsizliyinin təmini, alternativ və bərpaolunan enerji potensialı, o cümlədən "yaşıl enerji" layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir. Tanınmış beynəlxalq platforma və regionda neft-qaz sənayesinin əsas tədbiri olan "Xəzər Neft və Qaz" sərgisi hər il Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə və enerji təhlükəsizliyini təmin etmək üçün dünya dövlətlərinin rəhbərlərini bir araya gətirir. Azərbaycanın neft strategiyasında özünəməxsus yeri olan bu sərgi 1994-2003-cü illərdə, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründən keçirilməyə başlayıb. İlk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoyan "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində keçirilib. Həmin dövrdə Ümummilli Lider bu sərgini "dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma" hesab edərək sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib. O vaxtdan etibarən "Xəzər Neft və Qaz" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumlarının, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı platformaya çevrilib.
Burada neft-qaz hasilatı, maşınqayırma sənayesi, geologiya və digər müvafiq sahələr üzrə ixtisaslaşdırılmış şirkətlər öz pavilyonları ilə iştirak edir. Eyni zamanda sərgiyə elektroenergetika və alternativ enerji sahəsində fəaliyyət göstərən şirkətlər də qatılır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ardıcıl və sistemli şəkildə həyata keçirilən bu sərgilər sonrakı mərhələdə dövlət başçısı İlham Əliyevin neft-qaz siyasətində prioritetə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi dövründə ilk sərgi - XI Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" sərgisi 2004-cü il 2 iyun tarixində baş tutub. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu beynəlxalq tədbir ənənəvi hal alaraq hər il davamlı olaraq keçirilməkdədir.
30 il ərzində Azərbaycan dünya ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq etməkdə davam edir. Bu gün enerji təhlükəsizliyinin milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutduğunu vurğulayan cənab İlham Əliyev eyni zamanda qeyd edib ki, “Azərbaycan artıq nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb”. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının çox sayda ortaq maraqları var və bu sahədə potensial getdikcə daha da genişlənməkdədir. Ötən ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu uğurla icra edilir. Ölkəmiz Avropa İttifaqı ilə yanaşı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üzvü kimi bu istiqamətdə həyata keçirilən fəaliyyətə mühüm töhfələr verir.
Bu illər ərzində Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı həyata keçirilmiş, dünyada ən iri qaz yataqlarından biri sayılan "Şahdəniz" yatağının kəşfiyyatına başlanmışdır. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi- Ceyhan neft boru kəmərinin tikintisi başa çatmış və istismara verilmişdir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının ilk dəfə olaraq Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmasına başlanılmışdır. XXI əsrin boru kəməri - Cənub Qaz Dəhlizi 2020-ci ilin sonuncu günündə uğurla tamamlanmışdır. Bu il dünyanın aparıcı enerji şirkətləri olan Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri ilə birgə istehsal gücü 470 meqavat olacaq biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyasının təməlqoyma mərasimləri keçirilmişdir. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Elektrik enerjisi istehsalının bərpaolunan enerji mənbələri hesabına şaxələndirilməsi prioritet məsələlərdən biridir.
Gələcək perspektivlərlə bağlı düşüncələrini bölüşən Prezident İlham Əliyev bir sıra mühüm təkliflərlə də çıxış etmişdir. O, TANAP-ın və TAP-ın genişlənməsinin zəruriliyini önə çəkmiş və bizim digər Avropa boru kəmərlərinə də çıxışımızın təmin olunması ilə bağlı təklif irəli sürmüşdür: “Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir”.
Bu gün Azərbaycan ardıcıl enerji siyasətini uğurla həyata keçirir və regionda hökm sürən sabitlik və enerji təhlükəsizliyi məhz bu siyasətin nəticəsidir. Gələcəkdə işğaldan azad edilmiş ərazilər "yaşıl enerji" ilə təmin olunacaq, bununla da bərpa olunan enerji mənbələri üzrə investisiyalar və birgə layihələr sahəsində əməkdaşlıq imkanları genişlənəcəkdir.

Aqşin Babayev, 
YAP Salyan rayon təşkilatının sədr müavini

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03