İsraillə münasibətlərin inkişafı Zəngəzur dəhlizinin reallaşması ilə nəticələnəcək - RƏY
İsrail prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfərini iki ölkə arsındakı münasibətlərin daha yüksək bir mərhələyə qədəm qoymasının təzahürü kimi dəyərləndirmək olar.
Bunu açıqlamasında deputat İltizam Yusifov deyib.
Onun sözlərinə görə, tarixən Azərbaycan xalqı ilə yəhudi xalqı arasında münasibətlər çox yüksək səviyyədə olub. “Lakin 1991-ci ildə Azərbaycan müstəqilliyini yenidən bərpa etydikdən sonra bu əlaqələr dinamik inkişaf etməkdədir. Siyasi, iqtisadi-ticari, səhiyyə, kənd təsərrüfatı, texnologiya və müdafiə sənayesi sahəsində çox sıx əməkdaşlıq münasibətləri qurulub.
Beynəlxalq platformalarda İsrail və yəhudi lobbisi Azərbaycanın haqq səsinin dünya çatdırılmasıda xüsus rol oynayıb”, - o qeyd edib.
O əlavə edib ki, İsrail İkinci Qarabağ savaşında da Azərbaycanın yanında və onun haqq mübarizəsinə dəstək verən ölkələr sırasında olub. “İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın İsraildə səfriliyini açması isə bu münasibətlərin daha üst səviyyəyə qalxmasına təkan verib və qarşılıqlı əməkdaşlıq imkanlarını daha da genişləndirib. O baxmdan da İsrail prezidentinin Azərbaycana səfəri ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsinə öz töhfəsini verəcək.
Bu səfər indiyədək iki ölkə arasındakı etibarlı əməkdaşlıq münasibətləri gələcəkdə iqtisadi-ticari əlaqələrin, ticarət dövriyyəsinin, birgə layihələrin işlənməsinə, turizm, investisiya qoyuluşu, müdafiə sənayesi, kibertəhlükəsizlik, enerji, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə daha sıx əməkdşalıq üçün geniş imkanlar açacaq.
İsrail-Azərbaycan münasibətlərinin yeni bir mərhələyə qədəm qoyması Azərbaycanın Avrasiya coğrafiyasında rolunu və nüfuzunu daha da artıracaq. Bu, Azərbaycanın ixrac bazarının şaxələndirilməsinə, o cümlədən İkinci Qarabağ müharibəsindən sonra yaratdığı yeni reallığın həyat keçirilməsində, Orta Dəhlizin tranzit yükdaşıma imkanlarını genişləndirilməsi və logistik haba çevrilməsi baxımdan xüsusi rol oynayacaq. Çünki İsraildə Azərbaycandan keçən Orta Dəhlizin imkanlarının genişlənməsində ciddi maraqğı olan ölkədir. Bu da nəticə etibarı ilə Zəngəzur dəhlizinin reallaşması ilə bağlı Azərbaycanın mövqeyinin beynəlxalq müstəvidə möhkəmlənməsinə xidmət edir. Bir sözlə bu səfər regional əməkdaşlığın yaranıb, təhlükəsizliyin təmin olunub, sülhün əldə edilməsində xüsusi rol oynayacaq. Çünki səfər zamanı iki ölkənin lideri arasında ən ciddi müzakirə olunan məsələlərdən biri regional təhlüksəzilik məsələləri olub. Liderləri bunu yekun bəyanatda dilə gətiriblər”