Sədaqət Vəliyeva: Ermənistan sülh sazişi imzalamağa məcburdur
Ötən həftə Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirildi. Görüş zamanı xarici işlər nazirləri Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim edərək “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ilə bağlı işi davam etdirdilər. Ümumulikdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşü iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülhə doğru müsbət addım kimi dəyərləndirmək olar. Baş verən bütün proseslər bir daha göstərir ki, Azərbaycan qarşıya qoyduğu bütün məqsədlərinə ən yüksək səviyyədə nail olur. Eyni zamanda artıq regionda sülh yetişib möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi sülh müqaviləsi qaçılmazdır. Düşməni dosta çevirməyə qadir olan müdrik İlham Əliyev siyasəti nəticəsində Ermənistan mövcud reallıqları qəbul etməyə və yekun sülh sazişi imzalamağa məcburdur.