“ƏRDOĞANDAN ƏVVƏL TÜRKİYƏ İNDİKİ KİMİ MÖHTƏŞƏM, GÜCLÜ VƏ MÜSTƏQİL DEYİLDİ” - FƏZAİL AĞAMALI
Ərdoğana qədər, daha doğrusu 21-ci əsrin 10-cu ilinə qədər Türkiyə indiki qədər möhtəşəm, güclü və müstəqil deyildi. Atatürkdən sonra Türkiyə müstəqilliyini zaman-zaman Qərbin ayrı-ayrı dövlətlərinə, sonra Amerikaya təslim etmək yolunda qalmışdı”. Bu sözləri Milli Məclisin deputatı Fəzail Ağamalı Sonxeber.az-a müsahibəsində deyib.
Deputat Türkiyədəki prezident seçkisini təhlil edərkən qeyd edib ki, Qərb Türkiyəni öz təsiri altına almaq üçün Kılıçdaroğluna maddi və mənəvi dəstək verib:
“Ərdoğanın hakimiyyətə gəlməsi ona imkan verdi ki, müstəqil dövlətin prezidenti kimi hansısa dövlətin təsirini aradan qaldırsın. Türkiyəni də ərəb ölkələri kimi təsir altında saxlamaq istəyən Qərb, xüsusilə də ABŞ Ərdoğana qarşı vahid cəbhədə birləşdi. Kılıçdaroğlu, onun ətrafında olan partiyalar və Türkiyənin zəifliyinə maraqlı olan Fransa, ABŞ kimi ölkələr, erməni lobbisi, Ərdoğanın məğlubiyyətini hədəflədilər və Kılıçdaroğluna həm maddi, həm mənəvi cəhətdən yardım etdilər”.Fəzail Ağamalı həmçinin Azərbaycandakı təhsil sistemi, Azərbaycan-Ermənistan müansibətləri ilə bağlı sualları cavablandırıb.