Salyan rayon Qarabağlı kəndində yerləşən Nəsimi Xəlilov adına 1 saylı tam orta məktəbdə, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
Kanal4. az saytı xəbər verir ki, Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri ilə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3494 nömrəli Sərəncamı”ndan irəli gələn tədbirlərin icra edilməsi məqsədilə Salyan rayon Qarabağlı kənd 1 saylı tam orta məktəbində tədbir keçirilib.
Tədbirin aparıcısı məktəbin Tarix müəllimi Cəsur Qurbanov çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin həyatının bütün mərhələlərində daim Azərbaycanın inkişaf və tərəqqisi naminə çalışdığı, habelə onun əsasını qoyduğu dövlət siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Həmçinin bildirilib ki, Azərbaycanda Təhsilin inkişaf etməsinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin təhsil sahəsinə olan diqqəti bu sahənin inkişafını şərtləndirən əsas amillərdən biri olub.
Tədbirin yekununda Azərbaycanın üç rəngli bayrağı meydana gətirilmiş və Cəsur müəllim müəllifi olduğu "Bayrağım" şeirini səsləndirmişdir
Müəllif :Cavid Səfəroğlu