Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

“Heydər Əliyevin milli dövlətçilik strategiyası”

2023-05-08 09:24:24 185 baxış
Xəbər şəkil

Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin milli dövlətçilik strategiyası” mövzusunda konfrans keçirilib. 

Konfransı giriş sözü ilə açan  Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Azərbaycan xalqının xilaskarı, dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılıq fəlsəfəsi hər zaman Azərbaycan dövlətinə, xalqına sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdıraraq dinamik inkişafını təmin etmək olub.  Heydər Əliyev irsini daim  öyrənmək, qorumaq, təbliğ etmək bu günkü, eləcə də gələcək nəsil üçün vacib məsələdir. Sədr minnətdarlıq hissi ilə Ümummilli Liderin Qərbi Azərbaycandan olan qaçqınlara göstərdiyi qayğı və bu mövzuya ayırdığı diqqət barədə geniş danışdı. 

Sonra Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun “Heydər Əliyevin milli dövlətçilik strategiyası" mövzusunda məruzəsi dinlənildi. Müşahidə Şurasının sədri vurğuladı ki, Ümummilli lider Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi Azərbaycan Respublikasına rəhbərliyə başladığı ilk gündən xalqına olan sevgisini və sədaqətini açıq şəkildə nümayiş etdirib. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulub, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başlayıb. 

Məruzəçi Heydər Əliyevin SSRİ dövründə Azərbaycan xalqının maraqlarını hər şeydən uca tutmasını xüsusilə vurğuladı. Heydər Əliyevin Mixail Qorbaçovun yeritdiyi səbatsız və anti-Azərbaycan siyasi xəttinə etiraz olaraq 1987-ci ildə tutduğu vəzifələrdən istefa verməsini, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qətliamı pisləyən bəyanat verməsini və az sonra SovİKP sıralarını tərk etməsini bu müstəvidə qeyd etdi.

İcmanın Nəzarət-Təftiş Komissiyasının sədri, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov öz çıxışında Heydər Əliyevin 20 Yanvar faciəsindən sonra böyük əngəllərə baxmayaraq Azərbaycana qayıtması, əvvəl Muxtar Respublikanın Ali Məclisinin sədri, sonra 1993-cü ildə isə xalqın təkidli tələbi ilə dövlət başçısı seçilməsi ilə ölkənin müstəqilliyi, sabitliyi, təhlükəsizliyini və rifahının təmin edilməsindən bəhs etdi.  

İcmanın  Ağsaqqallar Şurasının üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın həqiqi üzvü, kimya elmləri doktoru, professor Abel Məhərrəmov qeyd etdi ki, müstəqilliyimizin ilk on ili ərzində Ümummilli lider Heydər Əliyev uzaqgörən siyasəti sayəsində ölkənin müstəqilliyinin dönməz, əbədi və daimiliyi təmin edildi. Məhz Ümummilli Liderin səyləri nəticəsində müstəqil beynəlxalq ictimaiyyət Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə birmənalı dəstək ifadə etdi. 
Ziyalılar Şurasının sədri, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov bildirdi ki, Ulu öndərin Azərbaycana rəhbərliyi dövründə bütün sahələrdə nəhəng irəliləyişlər əldə olundu. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı,  ölkəmiz qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olmağa başladı. Ümummilli lider sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılmasına, mükəmməl qanunvericilik bazasının formalaşdırılmasına böyük diqqət ayırdı. 

İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət Həsənova bildirdi ki, bu günkü Azərbaycanın banisi olan ümummilli lider Heydər Əliyev daim xalqımızın tarixində və qəlbində əbədi yaşadacaq, Dahi şəxsiyyətin adı hər zaman sevgiylə və sayğıyla anılacaq. Azərbaycan dövləti və xalqı Ulu Öndərin siyasi kursunu davam etdirən möhtərəm Prezident, xalq və ordu vəhdəti ilə ərazi bütövlüyümüzü yenidən bizə bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin şanlı səhifələrini yazacaq, zirvələr fəth etməkdə davam edəcək. 

Sonra İcmanın Qadınlar Şurasının sədr müavini, Teleradio Akademiyasının rektoru, AzTV Yayım Şurasının üzvü, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, İcmanın İdarə Heyətinin üzvü, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılov və İcmanın Ağsaqqallar Şurasının üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim  Əvəz Ələkbərov Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə çıxışlar etdilər.  

Bütün çıxışçılar Prezident İlham Əliyevin ölkənin ərazi bütövlüyünü bərpa etməsi, ölkənin iqtisadi qüdrətini artırması və sosial-mədəni inkişafı təmin etməsini Ümummilli Liderin siyasi kursunun layiqli davamı kimi təqdir etdilər.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03