Xəbər lenti
Elnur Allahverdiyev: "Azərbaycanla təhdid, hədə-qorxu dilində danışmaq əbəsdir" - Prezidentin Şuşa çıxışı, verilən mesajlar - TƏHLİL
2023-05-07 17:30:21
184 baxış
"Şuşada keçirilən konfransda Prezident İlham Əliyev hər zaman olduğu kimi, geniş spektr problemlərə toxundu. Azərbaycanın region sərhədlərini aşan siyasi və iqtisadi statusu, imkan və potensialımız, habelə dövlətimizin dünya birliyindəki nüfuzu baxımından iştirakçıların belə əhatəli məsələlərlə bağlı Prezidentə suallar ünvanlamaları təbiidir. Hazırda dünya geosiyasətinin əsas diqtəedici faktoru Rusiya ilə Ukrayna arasında davam edən müharibədir".
Bu fikirləri Faktmedia.az-a deputat Elnur Allahverdiyev deyib. Deputat bildirib ki, siyasi və hərbi gərginlik, iqtisadiyyatda və maliyyə bazarlarındakı qeyri-sabitlik və risklər kimi problemlərin əksəriyyətinin mənbəyi məhz bu müharibədir:
"Azərbaycan həm regional yaxınlığı, həm də hadisələrə təsir imkanları nöqteyi-nəzərdən bir çox məqamların çözümündə həlledici rollardan birini oynayır. Götürək enerji təchizatını. Dövlətimiz hazırda Avropanın 10 ölkəsinə enerji daşıyıcıları ixrac edir və bu ölkələrin sayı artmaqdadır. Azərbaycan Avropanın enerji daşıyıcılarını nəql edən kəmərlər arxitekturasında mühüm dəyişikliklər və yeni istiqamətlərin təkanverici və təminedici qüvvəsidir. Eyni zamanda, sözügedən müharibə ilə əlaqədar Cənubi Qafqazdan keçən Orta dəhliz adlandırdığımız xəttin aparıcı bəndi də Azərbaycandır. Cənab Prezidentin bu və bu mövzuya yaxın problemlərlə bağlı açıqlamaları ekspertlərin diqqətini xüsusilə cəlb edir. Şuşada Azərbaycan lideri dövlətimizin bu mövzuya yanaşmasını bir daha bəyan etdi".
E. Allahverdiyev qeyd edib ki, xalqımız üçün xüsusi maraq kəsb edən məsələlər Ermənistanla münasibətlər və Azərbaycanın təhlükəsizliyi ilə bağlı problemlərdir:
"Dövlət başçısı hazırda Vaşinqtonda XİN rəhbərlərinin davam edən görüşü fonunda çox ciddi bəyanatlar səsləndirdi. Bunlardan ikisini qeyd etməliyəm: Birincisi, Ermənistan sülh istəmirsə, sülh olmayacaq. İkincisi isə, sülh müqaviləsinin imzalanmasını gecikdirmək isətəsə, Ermənistan yeni dünya düzənində, yeni konfiqurasiyada özünə yer axtarmalı olacaq. Fikrimcə, cənab Prezidentin bəyanatları olduqca sərt və hədəfə yönəlikdir. Xatırlayırsınızsa, Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində də dövlət başçısı 2023-cü ilin Ermənistan üçün son şans olduğunu demişdi. Şuşada səslənən bəyanatlar isə onu göstərir ki, Yerevan sülh müqaviləsini imzalamasa, Ermənistanın dövlətçiliyi müzakirə mövzusu olacaq. Yeri gəlmişkən, dünən Nikol Paşinyan da çıxışında bu amilin üzərinə gəlib və bildirib ki, Ermənistan qonşularla sülh şəraitində yaşamasa, dövlətçiliyi təhlükə altında olacaq".
Deputat onu da əlavə edib ki, hər bir vətəndaş üçün Azərbaycanın yaxın ətrafında baş verən, bizə təhdid ola biləcək amillər ciddi əhəmiyyət kəsb edir:
"Bu baxımdan, Prezidentin İranla münasibətlərə dair fikirləri xüsusi maraq doğurur. Dövlət başçısı bu mövzu ilə bağlı kifayət qədər aydın görüşlərini səsləndirdi. Nə qədər ki, İran bir sıra tələblərimizi yerinə yetirməyib, münasibətlərin səviyyəsi hazırda olduğu kimi qalmaqda davam edəcək. Bizimlə təhdid, hədə-qorxu dilində danışmaq əbəsdir və bu cəhdlər nəticəsiz qalacaq. Necə ki, indiyədək qalır".

Oxşar xəbərlər
Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi