Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Digər dinlərə həmişə dözümlü olmaq və onlara hörmətlə yanaşmaq Azərbaycan xalqının milli xüsusiyyətidir

2023-05-03 17:45:49 318 baxış
Xəbər şəkil

Ulu öndər Heydər Əliyev  1999-cu il  fevral ayının 15-dəRus Pravoslav Kilsəsi Bakı-Xəzəryanı Yeparxiyasının başçısıyepiskop Aleksandr ilə Prezident sarayında görüşdə qeyd etmişdir ki, Azərbaycanda bütün dini konfessiyalar - müsəlman dini də, Pravoslav-xristian dini də, yəhudi dini dəöz vəzifələrini sərbəst surətdə həyata keçirir və bir-biri ilə xoş münasibətdədir, qarşılıqlı fəaliyyət göstərir və bununla bütün Azərbaycan vətəndaşlarının həmrəyliyinin möhkəmlənməsinə kömək edirlər.
     Milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları Azərbaycanın tam hüquqlu vətəndaşlarıdır. Bu, bugünkü Azərbaycanın reallığıdır.Azərbaycan xalqı tarixən digər dinlərə həmişə dözümlü olmuş və onlara hörmətlə yanaşmışdır. Bu, Azərbaycan xalqının milli xüsusiyyətidir. Bununla yanaşı, bu bəzən müxtəlif ictimai-siyasi və digər şəraitdə korroziyaya, dəyişikliklərə məruz qalır. 80-ci illərin axırlarında - 90-cı illərin əvvəllərində Azərbaycanda çox mürəkkəb ictimai-siyasi hadisələr baş vermiş və bunlar millətlərarası münasibətlərə müəyyən dərəcədə mənfi təsir göstərmişdi. Amma bunlar qısa müddət ərzində  aradan qaldırıldı.
Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də islam dinidir. Azərbaycan dövləti ölkəmizdə milli-mənəvi, dini dəyərlərin qorunması istiqamətində ciddi işlər görməkdədir. Dinə dövlət qayğısı göstərən müstəqil Azərbaycan Respublikası həm də demokratik dövlət olduğunu Konstitusiyamızda bəyan etmişdir.
Ulu öndər Heydər Əliyev İslam dininin Azərbaycan xalqının həyatında rolunu həmişə vurğulamışdır. O, Təzəpir məscidində dindarlarla görüşlərinin birində bu barədə demişdir: "Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu və eyni zamanda, İslam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz məsləkini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, İslam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır".
Dövlətin din siyasətinə aid olan məsələlərdə dinlə bağlı qanunvericilik aktlarında dini icmaların və dini təşkilatların dövlət siyasətinə müdaxilə etməsinə hüquqi cəhətdən imkan verilmir. Bu vəziyyət bir daha onu göstərir ki, Azərbaycan Respublikasında həm nəzəri, həm də əməli cəhətdən din dövlətdən, dövlət dindən ayrıdır və bu siyasətin formalaşması ulu öndər Heydər Əliyevin fəaliyyətinin nəticəsidir.
Azərbaycanda dövlət-din münasibətlərinin düzgün qurulmasında, dini əmin-amanlığın və sabitliyin yaranmasında Heydər Əliyevin mühüm rol oynadığını vurğulayan Moskvanın və Ümumrusiyanın sabiq Patriarxı II Aleksi demişdir: "Azərbaycan qədim dini ənənələrə və mədəniyyətə malik bir ölkədir. Bu gün Azərbaycan dini əmin-amanlığa və sabitliyə ilham verən örnəkdir. Bunun əsası ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində qoyulmuşdur. Dünyəvi hakimiyyət və ənənəvi dini icmaların konstruktiv fəaliyyəti və qarşılıqlı ünsiyyəti nəticəsində yaranmış dövlət-din münasibətlərinin nadir modeli Azərbaycan Respublikasında öz əksini tapmışdır
Dini dözümlülüyü, tolerantlığı daima dəstəkləyən Heydər Əliyev gənclərimizin bu ruhda tərbiyə olunmasını həmişə tövsiyə edirdi. Yeniyetmə və gənclərimizin başqa dinlərə qarşı dözümlülük ruhunda tərbiyə edilməsinin vacib məsələ olduğunu vurğulayan ümummilli lider, eyni zamanda bu işin mürəkkəb və çətin olduğunu da qeyd edirdi. Ulu öndər gənclərdə tolerantlıq mədəniyyətinin uşaqlıqdan tərbiyə edilməsini diqqətə çəkərək ünsiyyət mədəniyyətinin formalaşdırılması və Azərbaycan gənclərində bu xüsusiyyətlərin tərbiyə edilməsinin vacib şərt olduğunu tövsiyə etmişdir. O bu məsələlərdən bəhs edərək demişdir: "Məlumdur ki, yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin təzahürüdür. İnsanlarda belə bir mədəniyyətin formalaşdırılmasını uşaqlıq illərindən başlamaq lazımdır. Ölkəmizdə yetişməkdə olan nəslin təhsillənməsində müasir elmi-pedaqoji konfranslar daxilində biz ünsiyyət mədəniyyətini, dini dözümlülük və əməkdaşlıq mədəniyyətini formalaşdırmağa cəhd göstəririk və ümumən desək, buna nail oluruq. Bunu demək çox asandır, lakin gercəkləşdirmək kifayət qədər mürəkkəb bir prosesdir".

Taleh Ibrahimov, Salyan rayon Yuxarı Xalac-1 saylı kənd tam orta məktəbin direktoru,  YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03