Baytar-həkim Təbriz Abdullazadə: Baytarlar da həkimlər kimi dolayısı yolla olsada, insan sağlamlığının keşiyində dayanır
Tibb təbabətində pediatriya ilə baytarlıq təbabəti arasında oxşarlıq vardır. Çünki, pediatr uşağın dərdini bilmir, körpələr bəzən problemini anlada bilmir, o cümlədən baytarlarda heyvanın dərdini, xəstəliyini bilməkdə çətinlik çəkir. Xəstə heyvanda kliniki əlamətlərə nəzərən bilmək olur. Baytarlar da həkimlər kimi dolayısı yolla olsada, insan sağlamlığının keşiyində dayanır. Çünki sağlam heyvan mənşəli qidalarla qidalanma hər bir insanın haqqıdır. Bu nöqteyi-nəzərdən, baytarlarda birbaşa olaraq qida təhlükəsizliyinə nəzarət edir. Ona görə baytarlıq çox məsuliyyətli və maraqlı peşədir.
29 aprel - Beynəlxalq Baytar Həkimi Günü münasibətilə bütün baytar həmkarlarımı ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayıram!
Hörmətlə, baytar-həkim Təbriz Abdullazadə.