Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

"5 ildir yaşadığımız kompleks layihəyə uyğun hazırlanmayıb" - FOTO

2023-04-23 21:41:28 183 baxış
Xəbər şəkil
  •  

"5 ildir yaşadığımız binada bizə qarşı qanun pozuntuları törədilir. Yaşayış kompleksinin həyəti və qarajlarına giriş-çıxış layihəyə uyğun şəkildə təmin olunmayıb. Müraciət etdiyimiz qurumlardan da bizə sadəcə səbirli olmağı məsləhət görürlər".

Milli.Az bildirir ki, bu şikayətlə "qafqazinfo"ya Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 və Nizami küçəsi, ev 4 kəsişməsi ünvanında "Pilot Residence" MTK tərəfindən inşa edilmiş binada yaşayan sakinlər müraciət edib.

Vətəndaşların sözlərinə görə, layihəyə uyğun olaraq "Pilot Residence" MTK yaşayış binasının tərkibində ümumi istirahət parkı və yeraltı qaraj mərtəbəsi inşa etməklə, mənzillərlə birgə 2020-ci ilin sonunadək sahiblərinə tam təhvil verməyi öhdəliyinə götürsə də, vəd yerinə yetirilməyib: "Binanın sakinləri ilə "Pilot Residence" MTK arasında yaşayış binası, onun tərkibindəki mənzil və yeraltı qaraj yerlərinin istismarının təmin edilməsi və sakinlərin xüsusi mülkiyyətinə verilməsi istiqamətində bizimlə müvafiq alqı-satqı müqavilələri imzalanmışdı. Lakin 2019-cu ildən bu günədək yaşayış binasının, istirahət zonasının və qaraj mərtəbəsinin inşaatı və təmiri, mənzil və qaraj yerlərinin təhvili və sahiblərin istifadəsinə verilməsi gecikdirilir".

Yaşayış kompleksi layihəyə uyğun olaraq belə olmalı idi:

Sakinlər iddia edirlər ki, yaşayış kompleksində inşaat-təmir işləri MTK tərəfindən dəfələrlə dondurulub, təsdiqlənmiş layihədən saysız-hesabsız kənarlaşma və ciddi reviziyalar baş verib: "Belə ki, çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında tikilən, "Pilot Residence" MTK tərəfindən təxminən 700-800 kv.m. sahəni əhatə edən ərazidə həmin binanın dövlət orqanı tərəfindən təsdiq edilmiş layihəsində göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikili inşa edilib. Faktiki etibarsız olan icarə müqaviləsi əsasında fəaliyyət göstərən supermarket bina sakinlərinin binadan və binanın layihə üzrə göstərilən həyətindən normal istifadəsi üçün problem yaradır. Həm "Pilot Residence" MTK, həm də supermarket faktiki sakinlərə məxsus olan, onların layihəyə əsasən istifadə edə biləcəyi binanın həyətini qanunsuz şəkildə istifadə edirlər.

Yaşayış kompleksi sakinlərindən mənzil və yeraltı qarajlar üçün külli miqdarda vəsait toplayan "Pilot Residence" MTK-nın təsisçisi Babək İsmayılov Layihənin yekunlaşdırmaması ilə bağlı məsuliyyəti hazırda müvafiq dövlət icra hakimiyyəti orqanlarının üzərinə yıxmağa çalışır. Belə ki, o,  yaşayış binasının və yeraltı qarajların istismara təhvil verilməməsi, həyət ərazisindəki sakinlərin həyatına birbaşa təhlükə yaradan bərbad vəziyyət, yaşayış binasının istismara qəbulunun mümkünsüzlüyü və binada yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulmasını "Pilot Residence" Yaşayış Kompleksinə dövlət tərəfindən giriş-çıxışın ayrılmaması ilə əlaqələndirir. Halbuki layihəyə uyğun olaraq kompleksə giriş-çıxış təmin olunub və yaşayış binasının infrastruktur təminatına, o cümlədən nəzərdə tutulan həyət və qarajlarına giriş-çıxış üçün yol infrastrukturu təminatı verilib". 

Yaşayış kompleksi hazırda belədir:

Vətəndaşlar deyir ki, binanın həyətində qanunsuz tikili də var: "Həyətinin ərazisində isə qeyri-qanuni şəkildə iri kommersiya obyektinin tikilməsi azmış kimi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin sağ tərəfində heç bir rəsmi icazəsi olmayan 2 mərtəbəni əhatə edən qanunsuz dəmir tikili var. Qeyd olunan qanunsuz tikilinin binanın həyətində mövcud olması və fəaliyyət göstərməsi kobud qanun pozuntusu deməkdir. Eyni zamanda "Pilot Residence" MTK çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişini bağlayıb, həmin hissəyə binanın bütün mülkiyyətçilərinin pilləkən vasitəsilə girişini qadağan edib". 

Vətəndaşlar məsələ ilə bağlı dəfələrlə həm MTK-ya, həm də aidiyyəti qurumlara müraciət etdiklərini də bildirirlər. Lakin nə problem həllini tapıb, nə də binada layihəyə uyğun olaraq dəyişiklik olub.

Məsələ ilə bağlı "Pilot Residence" MTK-nın təsisçisi Babək İsmayılovla əlaqə saxladıq. Təsisçi bildirdi ki, bu layihə üzərindən bütün tikinti-quraşdırılma işləri yekunlaşdırılıb: "Artıq binanın 70 faizində yaşayış var. Sakinlərimiz çox razıdırlar. Çünki bizim tikinti işlərimiz çox yüksək keyfiyyətlə və zövqlə yekunlaşdırılıb. Əmlak komitəsindən çıxarış məsələsi ilə bağlı artıq bütün sənədlərin hamısı yığılıb, müəyyən idarələrdən keçirilib. Yaxın müddətdə sakinlər gedib əmlak komitəsindən öz çıxarışlarını əldə edə biləcəklər". 

Şikayətlə bağlı Səbail rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi:

"Yaşayış binasının tikintisinin başa çatması ilə əlaqədar istismara icazə aktının verilməsi barədə "Pilot Residence" MTK tərəfindən Rayon İcra Hakimiyyətinə rəsmi müraciət olunub. 

Qaldırılan məsələ ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilib və hazırda MTK tərəfindən təqdim olunan sənədlər Rayon İcra Hakimiyyəti tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi barədə MTK-ya rəsmi məlumat veriləcək". 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01