Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

YAP Mərkəzi Aparatında Əjdər İsmayılovla bağlı konfrans keçirilib - YENİLƏNİB - FOTOLAR

2023-04-22 14:27:30 212 baxış
Xəbər şəkil

Aprelin 15-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının təşkilatçılığı ilə “91-lər”dən olan, filologiya elmləri doktoru, tarixçi alim, professor Əjdər İsmayılovun anadan olmasının 85-ci ildönümünə həsr olunan konfrans keçirilib. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə Əjdər İslamyılovun həyat və fəaliyyəti haqqında danışaraq onun şərəfli ömür yolu keçdiyini bildirib. Əjdər İsmayılovun görkəmli elm xadimi, nüfuzlu ziyalı olduğunu deyən A.Rəhimzadə diqqətə çatdırıb ki, o, həyatının sonuna qədər ulu öndər Heydər Əliyev ideyalarına sadiq qalıb, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib. Əjdər İsmayılov bütün fəaliyyətində dövlətçiliyə sadiq olub və xalqımıza şərəflə xidmət göstərib.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxışında Əjdər İsmayılovun Azərbaycan elmində böyük iz qoyduğunu deyib. Bildirib ki, həm filologiya, həm də tarix sahəsində mərhum professorun mühüm elmi əsərləri və araşdırmaları var. S.Qurbanov qeyd edib ki, 1990-cı illərin əvvəlində mövcud olan böhran şəraitində Azərbaycanın gələcəyini düşünən ziyalılar kimi Əjdər İsmayılov da xalqımızın üzləşdiyi çətinliklərdən xilas yolunu ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Bu səbəbdən də, görkəmli ziyalımız həm 1992-ci ildə yaş senzinin ləğv olunması tələbi ilə keçirilən mitinqlərdə fəal iştirak edib, həm də Ulu Öndərə müraciət etmiş “91-lər”dən biridir. S.Qurbanov Əjdər İsmayılovun həyat və fəaliyyətini sədaqət və cəsarət nümunəsi kimi səciyyələndirib.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü, Əməkdar elm xadimi Şahlar Əsgərov isə Əjdər İsmayılovu möhkəm əqidəli və prinsipial şəxs kimi dəyərləndirib. Məhz bu mövqeyinin nəticəsidir ki, o, “91-lər”in müraciətinə imza atıb. Çünki o zaman Heydər Əliyevi müdafiə edənlər ovaxtkı hakimiyyət tərəfindən təzyiqlərə, təhdidlərə məruz qalırdılar. Amma Əjdər İsmayılov heç vaxt öz prinsipial mövqeyindən dönmədi. Ş.Əsgərov həmçinin Ə.İsmayılovun Azərbaycan elminə böyük töhfələr verdiyini vurğulayıb.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli çıxışında professor Əjdər İsmayılovun Azərbaycan elmi qarşısında xidmətlərindən, Hüseyn Cavid yaradıcılığı ilə bağlı araşdırmalarından, ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri ilə mübarizəsindən ətraflı bəhs edib. Vurğulayıb ki, Əjdər İsmayılov həm də böyük türkçü alim idi.

Konfransda daha sonra YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeyf İmamverdiyev, YAP Veteranlar Şurasının üzvü, professor Ədalət Fərəcov və digərləri çıxış edərək mərhum professor Əjdər İsmayılovun cəsarətli, qətiyyətli mövqeyindən, ulu öndər Heydər Əliyev yoluna sadiqliyindən ətraflı bəhs ediblər. Mərhum professorun elmi yaradıcılığından danışan natiqlər vurğulayıblar ki, Əjdər İsmayılov "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları", "Moisey Xorenatsi anonim keşiş müəllifdir", "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir", "Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir" tarixi əsərlər və bir sıra elmi məqalələr yazaraq bizə miras qoyub. Bildirilib ki, professor Əjdər İsmayılovun həyat və fəaliyyəti gənc nəsl üçün nümunədir.

Sonda çıxış edən professor Əjdər İsmayılovun oğlu, iqtisadçı alim Cavid İsmayıl atası haqqında xatirələrini bölüşüb, onun ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyi, dövlətçiliyə xidmətləri ilə qürur duyduğunu vurğulayıb. C.İsmayılov atasının xatirəsinə göstərilən ehtirama, bu konfransın təşkil edilməsinə görə öz təşəkkürünü bildirib.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03