Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Azərbaycanın pul-kredit siyasətinin sərtləşdirilməsində fasilə elan ediləcək - 3 ƏSAS ARQUMENT + FOTO

2023-04-22 08:01:03 13731 baxış
Xəbər şəkil

Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 3-nə planlaşdırılan İdarə Heyətinin iclasında pul-kredit siyasətinin sərtləşdirilməsində fasilə elan edəcəyi və yenidən maliyyələşdirmə dərəcəsini 8,75 % səviyyəsində saxlayacağı gözlənilir.

“Report” xəbər verir ki, bunu Rusiyanın “Qazprombank”ının analitik qrupu proqnozlaşdırır.

“Qazprombank”ın Təhlil şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina belə bir qərarın lehinə üç arqumentin olduğunu qeyd edib: xarici inflyasiya təzyiqinin zəifləməsi fonunda inflyasiyanın ləngiməsi; əhalinin əmanətlərinin dollarlaşmasının sabit səviyyəsi; pul kütləsinin artımının dayanması.

“İqtisadiyyatda inflyasiya risklərinin qalmasını nəzərə alaraq, AMB-nin bəyanatında faiz dərəcələrinin azaldılmasının yeni dövrünə dair mümkün keçid əlamətləri olmadan ehtiyatlı tonun olacağını gözləyirik”, - o bildirib.

AMB martda keçirilən iclasda monetar şərtləri sərtləşdirməyə davam edib və yenidən maliyyələşdirmə dərəcəsini 25 baza bəndi artıraraq 8,75 %-ə çatdırıb. Üstəlik, monetar şərtlərin tənzimlənməsi məqsədilə Mərkəzi Bank faiz dəhlizinin aşağı və yuxarı həddini 25 baza bəndi artıraraq müvafiq olaraq 7 % və 9,75 %-ə çatdırıb. Nəticədə Azərbaycan Mərkəzi Bankı bununla iqtisadiyyatda kreditləşmə fəaliyyətini tənzimləmək imkanlarını genişləndirib.

Əvvəlki iclasın yekunlarına əsasən Mərkəzi Bank bəyan edib ki, uçot dərəcəsinin yenidən artırılması ilə bağlı qərar monetar amillərin inflyasiyaya doğru dəyişməsi ilə bağlıdır. AMB bunlardan biri stimullaşdırıcı fiskal siyasət fonunda məcmu tələbin genişlənməsini göstərib. Uçot dərəcəsinin sonrakı trayektoriyasını şərh edən AMB qeyd edib ki, əgər inflyasiya proqnozlara uyğun olaraq aşağı düşərsə, uçot dərəcəsinin artırılmasının dayandırılmasını, daha sonra onun azaldılmasına keçid edilməsinin mümkünlüyünü nəzərdən keçirəcək.

“Hesab edirik ki, uçot dərəcəsinin artırılması tsiklinin dayandırılması üçün şərait artıq formalaşıb”, - “Qazprombank”ın iqtisadçısı bildirib.

O, bunu onunla izah edib ki, xarici inflyasiya fonunun azalması şəraitində mart ayında Azərbaycanda inflyasiya aşağı düşməyə başlayıb: “Martda qiymət artımı yavaşlayıb və fevral ayı ilə müqayisədə 0,5 faiz bəndi azalıb. Yavaşlama bütün seqmentlərdə müşahidə olunub: ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlər”.

Bunu Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yavaşlaması ilə əlaqələndiririk. Xüsusilə, Rusiyada qiymət artımı illik müqayisədə fevral ayındakı 11 %-dən mart ayında 3,5 %-ə qədər səngiyib. Eyni zamanda, inflyasiya AMB-nin hədəf dəhlizindən kənarda qalır (4% +/-2 faiz bəndi). Belə ki, bu dəhlizin yuxarı həddini 760 baza bəndi, yenidən maliyyələşdirmə dərəcəsini isə 485 baza bəndi üstələyir”.

Martda ərzaq inflyasiyası 2022-ci ilin eyni dövrünə nisbətən 16,8 % təşkil edib (aylıq göstəricidə 0,3 faiz bəndi azalmaqla). Qarabaşaq, yumurta, çörək, un, günəbaxan və qarğıdalı yağınınn qiymətində artımın səngiməsi müşahidə olunub. Digər tərəfdən, ətin, sitrus meyvələrinin, kartofun, balıq və süd məhsullarının, o cümlədən şəkər və qənnadı məmulatlarının qiymətləri hələ də artmaqdadır.

Rusiya bankının analitiki hesab edir ki, martda qeyri-ərzaq seqmentində qiymət artımı bərpa olunub və il ərzində 11,6 % səviyyəsində olub (aylıq göstəricidə 0,6 faiz bəndi azalma müşahidə olunub). Eyni zamanda, mebel, məişət texnikası, avtomobil hissələri və yuyucu vasitələr seqmentlərində qiymətlərə yuxarı təzyiq qalmaqdadır.

Xidmət sektorunda qiymətlərin artımı isə nəqliyyat və kommunal sahələrində inflyasiyanın yavaşlaması fonunda illik müqayisədə 0,6 faiz bəndi azalaraq 10,8 %-ə enib. Xidmət sektorunda inflyasiyanın azalması tendensiyası kirayə evlərin, ictimai iaşə xidmətlərinin və beynəlxalq aviabiletlərin qiymətinin artması ilə cilovlanıb.

Q.Xaydarşinanın sözlərinə görə, əhalinin Azərbaycan banklarındakı əmanətlərinin dollarlaşması sabit olaraq qalır: “AMB-nin məlumatına görə, fevralda fiziki şəxslərin manatla depozitlərinin həcmi ilin əvvəlindən 2,2 % artaraq yanvar ayı səviyyəsində sabit qalıb və illik müqayisədə 22 % artıb. Bu, noyabr-dekabr aylarındakı artımdan sonra əhalinin əmanətlərinin dollarlaşma səviyyəsinin azalmasına səbəb olub. Martın əvvəlində əhalinin xarici valyutada əmanətlərinin payı 2022-ci ilin sonundakı 39,2 %-dən 38,7 %-ə enərək sonuncu dəfə pandemiyanın əvvəlində müşahidə olunan minimuma qayıdıb.

Xatırladaq ki, aparıcı reytinq agentlikləri Azərbaycanın suveren reytinqlərinə potensial təzyiq amillərindən biri kimi əmanətlərin dollarlaşmasının əhəmiyyətli artımının olduğunu düşünür. Lakin uçot dərəcəsinin hazırkı səviyyəsi əmanətlərin dollarlaşmasını davamlı olaraq 40 %-dən aşağı səviyyədə saxlamaq üçün kifayət edir”.

Onun sözlərinə görə, bundan başqa, pul kütləsinin artımı dayanıb, həcmlər yanvar ayı səviyyəsində sabitləşib: “Stimullaşdırıcı fiskal siyasət pandemiyanın başlanmasından indiyədək pul kütləsinin 1,8 dəfə artaraq manat ifadəsində ÜDM-in 21,6 %-nə çatmasına səbəb olub. İllik ifadə də isə 26,1 %-lik güclü artım olub. Qeyd edək ki, bu il dövlət büdcəsinin kəsiri ÜDM-in 2,4 %-i səviyyəsində (bu göstərici ötən il 1 % olub) nəzərdə tutulub. İlin əvvəlində monetar şərtlərin sərtləşdirilməsi sayəsində geniş pul kütləsi yenidən azalmağa başlayıb. Fevralda bu tendensiya dayanıqlılığın ilk əlamətlərini göstərib, pul təklifi ilin əvvəlindən 1,9 % azalıb”.

Q.Xaydarşina vurğulayıb ki, ölkədə iqtisadi fəallıq müsbət trayektoriyada qaldığı müddətcə, dərəcələrin daha da artması halında risklər balansı iqtisadi artımın ləngiməsinə doğru dəyişə bilər. AMB mart iclasında fiskal stimulların dəstəklənməsi fonunda məcmu tələbin genişlənməsini, daxili bazara xarici valyutanın daxil olmasını və yüksək kredit aktivliyini əsas proinflyasiya amili kimi qeyd edib.

“Qeyri-neft-qaz sektorunun artımını şərtləndirən əlavə amil kimi Mərkəzi Bank dördüncü sosial islahatlar paketinin həyata keçirilməsini xüsusi qeyd edib. Amma birinci rübdə ÜDM artımı illik müqayisədə 0,4 % təşkil edib (2022-ci ilin birinci rübündə illik ifadədə 6,8 % ilə müqayisədə). Müsbət artıma fiskal stimul və turist axını ilə dəstəklənən qeyri-neft-qaz sektorunda illik 4,9 %-lik genişlənmə səbəb olub. Qeyri-neft-qaz sektorunun hazırda ÜDM-in artımına əsas töhfə verdiyini nəzərə alsaq, AMB iqtisadi fəaliyyətə hədsiz təzyiqdən qaçmaq üçün uçot dərəcəsinin artırılmasına fasilə verə bilər”, - “Qazprombank”ın iqtisadçısı sonda vurğulayıb.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01