“Pilgrim Education Center” -in Gəncə filialının açılışı oldu -ÖZƏL+FOTOLAR
Kanal4.az xəbər verir ki , 18 aprel tarixində Pilgrim Education Tədris Mərkəzinin Gəncə filialının açılışı oldu. Filialımızın təqdimatında “Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi” Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Müşfiq Cəfərov , Azərbaycan Respublikasının Milli Məclisinin deputat köməkçisi Göyüş Şəfizadə , Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İ.B sədri Anar Sarıyev , Gənclər Mərkəzi İ.B sədri Kənan Qubadzadə ilə birliktə bir sıra ictimaiyyət nümayəndələri və tələbələr iştirak etdi. Mərkəzin daxilində fəaliyyət göstərəcək “Pilgrim Community” , “Pilgrim Academy” , “Pilgrim Proftest” sosial və tədrisyönümlü layihələr çərçivəsində istifadə olunacaq otaqların təqdimatı oldu . Avropanın bir sıra universitetləri və kolleclərində istifadə olunan dizayn üslubu ilə bəzədilən filial qonaqlar tərəfindən maraqla qarşılandı. Əziz Gəncə innovativ tədris üsulu , yeni layihələr və proqramlarla qarşınızda layiqli xidmət etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Ünvan: Gəncə şəhəri Nəriman Nərimanov parkının ətrafı





