Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Qaradağda seminar - Ümummilli Lider Heydər Əliyev və milli-mədəni irsimiz

2023-04-20 12:47:28 203 baxış
Xəbər şəkil

Aprelin 19-da Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və milli-mədəni irsimiz” mövzusunda akademik seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Bakı Şəhər üzrə Təhsil İdarəsi rəisinin mavini Hüseyn Əsgərov, Qaradağ rayonu İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, rayon məktəblərinin direktorları və müəllim-şagird heyəti iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzi ilə tanış olan qonaqlara Ümummilli Lider Heydər Əliyevin həyatı və zəngin dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilib.
Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın birgə həyat və fəaliyyətlərindən bəhs edən videoçarx nümayiş edilib.
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev qonaqları salamlayaraq Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın 100 illiyi ərəfəsində təşkil edilən akademik seminarın təşkilinin əhəmiyyətini qeyd edib. Milli Məclisin komitə sədri Sadiq Qurbanova və Bakı Şəhər üzrə Təhsil İdarəsi rəisinin mavini Hüseyn Əsgərova YAP rayon təşkilatının dəvətini qəbul edərək akademik seminarın təşkilinə verdiyi razılığa görə minnətdarlığını bildirib. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin gənclərimiz, xüsusən də şagirdlərimiz tərəfindən daha dərindən mənimsənilməsində belə seminarların təşkili mühüm əhəmiyyətə malikdir.
Tədbirdə “Ulu Öndər Heydər Əliyev və milli-mədəni irsimiz” mövzusunda məruzə ilə çıxış edən Milli Məclisin komitə sədri Sadiq Qurbanov qeyd edib ki, Heydər Əliyev tərəfindən böyük fədakarlıqla qorunaraq hifz edilən milli-mədəni irsimizin gənc nəslə ötürülməsi böyük vəzifə kimi qarşıda durur. Komitə sədri vurğulayıb ki, bu istiqamətdə Ümummilli Liderin zəngin irsi ən yüksək qiymətə layiqdir və gənc nəsil onu xüsusi maraqla öyrənməlidir. Azərbaycan xalqı üçün xüsusi əhəmiyyətə malik olan bu irs bundan sonra da 100 illər ərzində öyrənilərək, gələcək nəsillərin yoluna Günəş kimi doğacaq.
Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətindən danışan S.Qurbanov bildirib ki, onun müəyyən etdiyi inkişaf xətti zəngin türk tarixinə əsaslanır və tarixi varislik, dil, adət və ənənələrin qorunması, mədəni irsimizə sadiqlik kimi prinsiplərə söykənir. Bu dəyərlərin qorunmasında və inkişafında ziyalıların xüsusi rolunu dərindən dərk edən Ümummilli Lider onların yaradıcılığının inkişafına lazımi şərait yaratmaqla yanaşı, həmin şəxslərin repressiyalardan qorunmasına da xüsusi diqqət yetirirdi. Məhz bu diqqət və qayğı nəticəsində həmin ziyalılar tərəfindən yaradılmış xalqımızın milli-mədəni irsi lazımi səviyyədə qorunaraq gələcək nəsillərə çatdırılmaqdadır.
Çıxışının sonunda Ulu Öndər Heydər Əliyevin irsinin gənc nəsil tərəfindən öyrənilməsinin mühüm önəm daşıdığını qeyd edən komitə sədri tədbirin təşkilinə görə Qaradağ rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirib.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, şagirdlərin Ümummilli Liderin zəngin fəaliyyəti ilə bağlı çoxsaylı sualları Milli Məclisin komitə sədri tərəfindən ətraflı cavablandırılıb.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03