Erməni təcavüzkarları belə çirkin addım atmaqla regionda sülhün bərqərar olmasına mane olur
Məlum olduğu kimi bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutub.
Bu hadisə bir daha onu deməyə əsas verir ki, Ermənistan tərəfi öz mənfur siyasətini hər vəchlə nümayiş etdirir. Erməni təcavüzkarları belə çirkin addım atmaqla regionda sülhün bərqərar olmasına mane olur.
Azərbaycan humanizm prinsiplərinə əsaslanan siyasət aparır və regionda təhlükəsizliyin təmin edilməsi üçün sülh təklifi irəli sürüb. Buna baxmayaraq Ermənistan öz məkirli siyasətindən əl çəkmir. Bu addımlar Üçtərəfli Bəyanatın şərtlərinə və beynəlxalq normalara ziddir.
Xain havadarlarına arxalanan Ermənistan siyasi rəhbərliyi bilməlidir ki, “Dəmir Yumruq yerindədir. Və hər an ölkəmizin təhlükəsizliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı təhlükə törədib, riyakarcasına baş qaldıran qüvvələrin başı əziləcəkdir!
Şəhid hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirəm!