Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Qanundakı dəyişiklik Azərbaycanda yaşayan xarici vətəndaşlığı olan soydaşlarımıza necə təsir edəcək? - FOTO

2023-04-10 08:12:41 124 baxış
Xəbər şəkil

Miqrasiya Məcəlləsinə dəyişikliklər Milli Məclisdə müzakirəyə çıxarılaraq üçüncü oxunuşda təsdiqlənib. Əsas dəyişikliklərdən biri də odur ki, əcnəbilərə ölkə ərazisində uzun müddət yaşamaq icazəsi almadan haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq, gələcəkdə Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciət etmək və digər geniş imkanlar tanınıb.

Dəyişikliyə görə, əcnəbilər yüksək ixtisaslı mütəxəssis və ya ərazisində olduğu ölkənin vətəndaşı ilə birinci dərəcəli yaxın qohum olarsa, yəni atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan vətəndaşıdırsa, həmin əcnəbiyə ölkəmiz ərazisində daimi yaşamaq icazəsi almaq imkanı verilir.

Bu dəyişiklik hazırda Azərbaycanda yaşayan Gürcüstan və Rusiya vətəndaşlığı daşıyan soydaşlarımızın həyatına necə təsir edəcək?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov mövzu ilə bağlı açıqlamasında bildirib ki, dünyanın bütün ölkələrində miqrasiya prosesləri kifayət qədər dinamikdir, dəyişkəndir. Bu prosesdə ictimai-siyasi, sosial-iqtisadi və digər səbəblər təsiredici rola malikdir:

“Azərbaycanda da qonşu ölkələrlə, xüsusən də Rusiya ilə çox sıx, intensiv miqrasiya mübadiləsi var. Azərbaycan-Rusiya miqrasiya mübadiləsi qonşu ölkələrlə ümumi miqrasiya mübadiləsinin 80-85 faizini təşkil edir. Bu səbəbdən miqrasiya qanunvericiliyi miqrasiya mübadiləsini düzgün və faydalı şəkildə tənzimləməlidir. Zaman-zaman baş verən proseslər, kənar amillər Miqrasiya Məcəlləsinin ayrı-ayrı müddəaları üzərində yenidən işləməyi, qanunvericiliyi daha da təkmilləşdirməyi zəruri edir. Bu zərurətdən irəli gələrək atılan addımlardan biri də daimi yaşamaq hüququnun alınması məsələsinin günün tələbinə uyğun şərtlərlə tənzimlənməsidir. Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən dəyişiklik məhz buna xidmət edir. Azərbaycanda fasiləsiz olaraq son 2 il ərzində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daimi yaşamaq hüququ əldə etmək üçün vəsatət verə bilərlər. Burada birinci dərəcəli qohumluq əlaqəsinin əsas götürülməsi, qohumluq dərəcəsinin əhatəsi konkret olaraq göstərilib”.

A.Allahverənov deyib ki, Miqrasiya Məcəlləsindəki bu dəyişiklik ölkə ərazisində müvəqqəti yaşamaq istəyənlər üçün əlavə imkanlar yaradır. Onun qənaətincə, bu dəyişiklik xarici vətəndaşlığı olan mütəxəssislərin ölkəyə cəlb olunmasına da kömək edəcək:

“Daimi yaşamaq hüququ əldə edən şəxsin əmək fəaliyyəti göstərməsi üçün əlavə icazə almasına ehtiyac yaranmır. Həmin şəxslər siyasi hüquqlar istisna olmaqla, Azərbaycan vətəndaşlarının sahib olduğu digər bütün hüquqlardan istifadə edə bilərlər. Daimi yaşamaq hüququ olan şəxslər seçki yolu ilə bələdiyyələrin idarəolunmasında da yaxından iştirak imkanı qazanır. Onlar Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak edə, digər vətəndaşlar kimi pulsuz ali təhsil almaq hüququndan yararlana bilərlər. Göründüyü kimi üstünlüklər çoxdur və bu, Azərbaycanda daimi yaşamaq hüququ əldə edənlər üçün daha geniş imkanlar, hüquqlar deməkdir. Müsbət haldır ki, Azərbaycanda daimi yaşamaq istəyənlərin sayı ildən-ilə artır. Əgər 2021-ci ildə 2397 nəfər daimi yaşamaq icazəsi almışdısa, 2022-ci ildə belə şəxslərin sayı 2869 nəfər olub”.  

“Sadaxlı Eli” İctimai Birliyinin sədr müavini, Gürcüstan azərbaycanlısı Rasim Dəmirçəlli də Miqrasiya Məcəlləsinə edilən dəyişikliyi təqdirəlayiq hal kimi qiymətləndirib.

O, Gürcüstan azərbaycanlılarının illərdir qanunun mövcud tələbindən dolayı müxtəlif çətinliklərlə üzləşdiklərini deyib:

“Mən 1988-ci ildən Bakıda yaşayıram, burada bağçaya getmişəm, orta məktəb və ali təhsilimi də Azərbaycanda almışam. Amma bir kağız parçası sıravi Azərbaycan vətəndaşı ilə mənim aramda fərq yaradıb. Mən də Azərbaycan üçün faydalı olmaq istəmişəm. Təəssüf ki, “sən Azərbaycan vətəndaşı deyilsən”, “qanunla burada daimi yaşamaq hüququn yoxdur” və sair bu kimi maneələr mənim kimi neçə-neçə soyadaşımızın qarşısını kəsib. Belə yanaşma Gürcüstan azərbaycanlılarını üçüncü, dördüncü ölkələrə üz tutmağa məcbur edib. Soydaşlarımız vətəndaşı olduğu Gürcüstanda da o dövrlərdə “sən dövlət dilini bilmirsən, diplomun burada keçərli deyil” və sair kimi məsələlərlə qarşılaşıb daha ağır vəziyyətdə yaşamaqdansa, Azərbaycanda və digər ölkələrdə müxtəlif sahələrdə çalışmağı seçiblər. Azərbaycanın Milli Məclisində müzakirəyə çıxarılan və təsdiqlənən, qəbul olunmasını səbirsizliklə gözlədiyimiz yeni qanun ümidvarıq ki, bundan sonra soydaşlarımızın həyata daha nikbin və inamlı baxmasına vəsilə olacaq, indiyə qədər üzləşdiyimiz çətinlikləri aradan qaldıracaq”.

Mövzu ilə bağlı Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, miqrasiya qanunvericilikdəki dəyişikliklərlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01