2 Aprel - Dünya Autizm Məlumatlandırma Günüdür
Autizim təkcə bir ailənin deyil, bütün cəmiyyətin problemidir. Autizm yaş artımı ilə meydana gələn inkişaf əngəlləyən bir haldır. Autizm uşaqların sosiallaşmasına və onların cəmiyyətə uyğunlaşmasına böyük problemlər yaradır.
Təssüf ki, bir sıra hallarda onlar ictimaiyyətdə və cəmiyyət içərisində düzgün qəbul olunmurlar.
Dəyərli valideynlərin nəzərinə çatdırmaq istərdim ki, əgər onlar uşağın 2 yaşında fərqli davranış, psixoloji durumunda problem müşahidə edirlərsə mütləq ki, mütəxəssislərə müraciət etməlidirlər. Onu da qeyd edim ki, autizmin başlanğıcında onu aradan qaldırılması üçün məktəbəqədər təhsil müəssisələrinin çox böyük rolu var. Məktəbəqədər təhsil müəssisələrində təlim, tərbiyə prosesində iştrak edən autizm sindromlu uşaqlar cəmiyyətə daha tez uyğunlaşırlar. Şəxsi təcrübəmə söykənərək etiraf edim ki, məktəbəqədər təhsil müəssisəmizdə autizmli uşaqlar sosiallaşıb və onlar digər uşaqlar kimi məktəbə gediblər. Autizmə erkən müdaxilə olunarsa, düzgün seçim edilərsə, peşəkar mütəxəssis, yüksək səviyyəli məktəbəqədər təhsil muəssisəsi seçərsə çox müsbət nəticə əldə etmək mümkündür.
Bu gün inkluziv təhsilə çox böyük önəm verilməlidir. Bəzi hallarda valideynlər narahatçılıqla düşünürlər ki, onların övladının yanında autizmli uşaq olarsa, bu onların da uşaqlarına mənfi təsir edər. Bu, kökündən yalnış düşüncədir. Müşahidələrimiz sübut edir ki, digər uşaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara qayğı ilə yanaşır, onları sevirlər. Həm də bu, körpələrimizdə mərhəmət hissini formalaşdırır.
Onlar fərqlidirlər, lakin bütün uşaqlar kimi bərabər hüquqludurlar. Autizm sindromlu uşaqların sosiallaşması, öz yaşıdları ilə kompleks daşımadan ünsiyyətə girməsi üzrə işlər görən, yüksək təcrübəyə malik olan məktəbəqədər təhsil müəssisələri bu məsələdə valideynlərə yardımçı ola bilərlər.
Bu günün uşağı gələcəyin şəxsiyyətidir. Sabah o, şəxsiyyətlər kimdənsə asılı olmasınlar, özləri öz gündəlik həyatlarını təmin edə bilsinlər. Bunun üçün onlar sağlam böyüməlidirlər. Sağlam gələcəyimiz naminə psixoloji problemi olan fidanlarımızın davranış pozuntularının aradan qaldırılması üçün hər birimiz böyük məsuliyyət daşıyırıq.
Qoy heç bir uşaq xəstələnməsin!
Azərbaycana Qayıdışa Dəstək Platformasının yaradıcısı və admini Ana Vətən Partiyası Qadınlar Şurasının sədri
Günay Ağamalı