Qərbi Azərbaycana Qayıdışa Dəstək Platformasının yaradıcısı Günay Ağamlı təltif olunub
Bununla bağlı Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri Günay Ağamalı şəxsi facebook hesabında paylaşım edib paylaşımı olduğu kimi təqdim edirik.
17 Mart 2023 - cü ildə Shine Awards mükafatlandırma mərasimi keçirildi. Qərbi Azərbaycana Qayıdışa Dəstək Platformasının yaradıcısı və admini, Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri olaraq mükafata layiq görüldüm. Təşkilatçılara təşəkkürümü bildirir, fəaliyyətlərində uğurlar diləyirəm.
Kanal4.az xəbər verir ki, sözügedən mükafata təltif olunanlar sırasında Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən, Qərbi Azərbaycana Qayıdışa Dəstək Platformasının yaradıcısı və admini Ana Vətən Partiyası Qadınlar Şurasının sədri Günay Ağamalı da yer alıb
Çox hörmətli Günay xanımı təbrik edirik.