"Cənab prezidentlə bərabər göstərdiyiniz fədəkarlıq Sizə ümumxalq məhəbbəti qazandırıb"
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ, HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, İSESCO-NUN XOŞMƏRAMLI SƏFİRİ, XANIM MEHRİBAN ƏLİYEVA
Hörmətli, Mehriban xanım!
Böyük məmnuniyyətlə, Sizi xalqımızın ən sevimli bayramı olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı və ailə xoşbəxtliyi arzulayıram.
Möhtərəm, cənab prezidentimiz İlham Əliyevin rəhbərliyilə ölkəmizin böyük uğurlara imza atmasında və dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrilməsində ictimai-siyasi və dövlət xadimi kimi Sizin danılmaz rolunuz və ciddi töhfələriniz var. Dövlətimizin güclənməsində göstərdiyiniz müstəsna xidmətlər və işğaldan azad edilmiş tarixi torpaqlarımızda böyük bərpa və quruculuq işlərinin aparılmasında cənab prezidentlə bərabər göstərdiyiniz fədəkarlıq Sizə misilsiz hörmət və ümumxalq məhəbbəti qazandırmışdır.
Sizi bir daha Novruz bayramı münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, Yaz ətrinin duyulduğu bu bayram günlərində sevinc dolu anlar, çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar və ailə həyatınızda xoşbəxtlik arzulayıram.
Uca Tanrı Sizi və ailənizi qorusun!
Dərin hörmət və ehtiramla,
Fəzail Ağamalı