"Azərbaycan xanımlarına dövlətimiz tərəfindən hər zaman böyük etimad və inam göstərilib"
Azərbaycanın ictimai – siyasi və idarəçilik sistemində fəal rol oynayan, önəmli yer tutan, ölkəmizin müstəqilliyinin qazanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində böyük fədakarlıq göstərən, ölkə prezidenti Cənab İlham Əliyevin daxili və xarici siyasətinin həyata keçirilməsində birgə addımlayan Azərbaycan xanımlarına dövlətimiz tərəfindən hər zaman böyük etimad və inam göstərilib.
Ölkəmizin birinci Xanımı, birinci Vitse – Prezidentimiz Mehriban Xanım Əliyevanının timsalında bütün xanımlarımızı, Vətənə qəhrəman oğullar yetişdirən fədəkar anaları - Şəhid analarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinə can sağlığı, səadət dolu günlər diləyirəm.
Dəyərli Xanımlar, Bayramımız Mübarək!
Sayqı və sevgilərimlə, Günay Ağamalı