Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

İRƏVAN ƏSL NİYYƏTİNİ ORTAYA QOYUR

2023-02-28 14:06:48 137 baxış
Xəbər şəkil

Ermənistan nəzarət-keçid məntəqəsinin yaranmasından imtina edir

Ermənistan regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığa imkanlar açan bütün təşəbbüslərə mane olmağa çalışır

 Prezident İlham Əliyevin Münhendə gündəmə gətirdiyi mühüm məsələlərdən biri də “Zəngəzur dəhlizinin, həm də Laçın yolunun giriş-çıxışında nəzarət-buraxılış postlarının qoyulması barədə təklif” idi. Dövlət başçısı bununla bağlı İrəvandan cavab gözlədiyini bildirmişdi. Prezident qeyd etmişdi ki, Ermənistan və Azərbaycanın öz keçid məntəqələrini yaratması yaxşı olardı: “Ermənistanla sərhəddə, Laçında və Zəngəzur dəhlizinin hər iki tərəfində olmalıdır. Bunun zərurətindən əvvəl də danışmışdıq”. Ölkə rəhbəri bu mövqeyin həm Avropada, həm də Amerikada məntiqli qəbul edildiyinə diqqət çəkmişdi. Dövlət başçısı vurğulamışdı ki, nəzarət-buraxılış məntəqələrini ikitərəfli qaydada Ermənistan-Azərbaycan sərhədində yaratmaq təklifini müzakirə etmək üçün onlara bir qədər vaxt lazımdır: “Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”. Lakin bir neçə gün sonra xarici işlər naziri Ceyhun Bayramov bildirdi ki, Ermənistan tərəfi dövlət başçısı İlham Əliyevin gündəmə gətirdiyi təklifi qəbul etməkdən boyun qaçırıb. Şübhəsiz, bu imtina İrəvanın əsl niyyətini bir daha ortaya qoyur. Çünki Ermənistan sərhəd məntəqələrinin mövcudluğunu özünün terror siyasətinə maneə kimi görür. Ermənistanın Azərbaycanla şərti sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılmasına “yox” deməsinin başlıca səbəbi erməni separatçılarının bölgədəki fəaliyyəti ilə bağlıdır. İrəvanın hakim siyasiləri yaxşı dərk edirlər ki, nəzərdə tutulan məsələnin reallaşması separatçılığı əngəlləyəcək, təxribatçı planlara zərbə vuracaq. İrəvanı qorxudan da məhz budur.

  Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Şərq”ə açıqlamasında bildirib ki, 2020-ci ilin 10 noyabrında bağlanmış, altında Baş nazir Nikol Paşinyanın imzası olan üçtərəfli bəyannamənin müddəaları İrəvan tərəfindən məqsədyönlü şəkildə yerinə yetirilmir. Deputatın sözlərinə görə, Ermənistan müxtəlif formalarda üçtərəfli sazişdə əksini tapmış müddəaların həyata keçməsinə maneçilik törədir: “Ermənistan sözdə sülh sazişinin bağlanmasının “tərəfdarı” kimi çıxış etsə də, əməldə buna mane olur. Əsassız bəhanələrlə manevr etməyə çalışır. İrəvan tərəfi bununla nə vaxtsa özü üçün əlverişli şəraitin yaranacağını düşünür. Daha üstün mövqe əldə edəcəyini zənn edərək Azərbaycanla bərabər statusda danışıqlar aparmaq niyyəti güdür. Digər yandan, içində Paşinyan olmaqla erməni cəmiyyəti Azərbaycana, Türkiyəyə, bütövlükdə türk xalqına düşmənçilik və nifrət düşüncəsiylə yaşayan bir etnosdur. Ermənilər Azərbaycana ərazi iddialarından hələ də imtina etməyiblər. Ermənistan tərəfi mövcud vəziyyəti “müvəqqəti” görür və bunu ümumi prosesdə bir fasilə kimi dəyərləndirir. Baxmayaraq ki, 44 günlük müharibədə erməni mifi darmadağın edildi, amma yenə də gecə-gündüz "Böyük Ermənistan" iddiaları ilə yaşayırlar. Bunun da səbəbini ermənilərin zəhərlənmiş düşüncəsində axtarmaq lazımdır. Ermənistanın dövlət siyasəti erməni xalqının xarakterinə, düşüncə sisteminə uyğunlaşıb. Bütün bunlar ermənilərə imkan vermir ki, onlar Azərbaycan və Türkiyə ilə normal münasibətlər qursun. Ermənistanın bu günu və gələcəyi iki dövlətdən - Azərbaycan və Türkiyədən asılıdır. İrəvan hökuməti bu iki ölkə ilə normal münasibət qurmağı bacarsa, ərazi iddialarından əl çəksə, özünü beynəlxalq hüquq normalarına söykənən qonşu ölkə kimi aparsa, Ermənistanın bütün problemləri, çətinlikləri aradan qalxacaq. Ancaq bunu etmək əvəzinə ya Fransanın, ya İranın, ya da Rusiyanın yanında yer alırlar. Özlərini bilə-bilə çıxılmaz “Bermud üçbucağına” salırlar”. 

  F.Ağamalı vurğulayıb ki, Ermənistan regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığa imkanlar açan bütün təşəbbüslərə mane olmağa çalışır: “İrəvanın mane olduğu təşəbbüslərdən biri də Münhendə dövlət başçısı İlham Əliyevin gündəmə gətirdiyi təklif idi. Həmin təklif Azərbaycan və Ermənistanın öz sərhədləri daxilində nəzarət-keçid məntəqəsi yaranmasını nəzərdə tuturdu. Ermənistan isə bundan imtina edir. Halbuki İrəvan hökuməti bunun gələcəkdə müzakirə oluna biləcəyini, indi buna hazır olmadıqlarını deyə bilərdi. Ancaq erməni tərəfi bunu da etmədi. Bu da onların dövlət siyasətindən irəli gəlir. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi Laçın yolunda, Ermənistanla sərhəddə özünün nəzarət-keçid məntəqəsini yaratmalı, orada sərhəd və gömrük xidmətlərinin, polisimizin nəzarəti təmin edilməlidir”.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03