Azərbaycanda təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir
Azərbaycanda təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Son illər ölkəmizdə müasir standartlara tam cavab verən, bir-birindən yaraşıqlı, modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, pedaqoji işçilərin maddi-məişət şəraitləri yaxşılaşdırılır.Bu gün Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrindən biri gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Bu sahədə təhsilin, ölkəmizin fədakar müəllim ordusunun rolu böyükdür.
Azərbaycan məktəbi çalışır ki, gənclərimiz xalqımızın millli-mənəvi, əxlaqi dəyərlərinə sədaqət ruhunda tərbiyə alaraq böyüsünlər. Çünki Vətənimizin, müstəqil Azərbaycanın gələcəyi bugünkü gənc nəslin düzgün təlim -tərbiyəsindən asılıdır. Gənclərimizin qarşısında dövlətimizi, xalqımızı daha da irəli aparmaq, Azərbaycanın istiqlal və istiqbalını gücləndirmək kimi şərəfli vəzifələr dayanır.Bu gün Azərbaycan dövlətinin, şəxsən müdrik Prezidentimiz İlham Əliyevin milli təhsilin inkişafına göstərdiyi böyük diqqət və qayğı öz bəhrəsini verməkdəir. Azərbaycan təhsili keyfiyyətcə yeni, daha yüksək səviyyəyə çatdıqca, ölkəmizin, xalqımızın tərəqqi və intibahı daha da sürətlənir.
Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir, Azərbaycan dövləti bu sahədə üzərinə düşən vəzifələri uğurla yerinə yetirir.
Sübhan Xəlilov.