Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

“MÜNHEN TƏHLÜKƏSİZLİK KONFRANSI DİPLOMATİYAMIZIN NÖVBƏTİ BÖYÜK UĞURU OLDU”

2023-02-20 17:02:17 2365 baxış
Xəbər şəkil

 

Fəzail Ağamalı: “Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini cəsarət və qətiyyətlə dünya ictimaiyyətinin diqqətinə çatdırdı”


 
“Paşinyan unikal və beynəlxalq miqyaslı yalançıdır”
 
“Onun Ermənistanla Türkiyə arasında siyasi razılaşmaların əldə edildiyi ilə bağlı dedikləri də yalandan başqa bir şey deyil”
 
Millət vəkili Fəzail Ağamalı Moderator.az-a müsahibəsində Münhen Təhlükəsizlik Konfransı ilə bağlı sualları cavablandırıb. Müsahibəni oxucuların diqqətinə çatdırırıq:
 
- Fəzail bəy, öncə Münhen Təhlükəsizlik Konfransı ilə bağlı düşüncələrinizi bilmək istərdik. Sizcə bu konfrans daha çox nə ilə yadda qaldı?
 - Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev davamlı olaraq iştirak etməkdədir. Dövlət başçısı olduqca ciddi platforma olan Münhen Təhlükəsizlik Konfransında Azərbaycan həqiqətlərini həm platformanın təşkilatçılarına və onun auditoriyasında olan insanlara, həm də bütün dünyaya çatdırmaq üçün səmərəli şəkildə istifadə etməkdədir. 
 Sonuncu Münhen Təhlükəsizlik Konfransında cənab Prezidentin iştirakı kifayət qədər məhsuldar və zəngin oldu. Ilk növbədə gözələnilməz görüşün şahid olduq Münhen Təhlükəsizlik Konfransının başladığı birinci günündə ABŞ-ın dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərlərinin bir araya gəlməsi ciddi hadisə kimi dəyərləndirilməlidir. Cənab Prezident bu görüşdə bir daha Azərbaycanın Qarabağ və Ermənistanla münaibətlərin bərpası ilə bağlı prinsipial mövqeyini ortaya qoydu. Ermənistanın bütün bəhanələrədn əl çəkərək sülhə, təhlükəsizliyə hazır olduğunu nümayiş etdirmək üçün cəsarətli addım atmasının vacibliyi önə çəkildi. 
 Azərbaycan tərəfindən beynəlxalq hüquq normalarına söykənən sülh sazişinin bağlanması uzun müddətdir ki, irəli sürülüb. 5 maddədən ibarət təkliflər həm Ermənistan, həm də ABŞ-a göndərilib. Eyni zamanda, bu görüşdə Azərbaycanın haqqa, ədalətə söykənən mövqeyi cənab Prezident tərəfindən önə çəkildi. 
 Azərbaycanın dövlət başçısı tərəfindən atılan mühüm addımlardan  biri də  Ermənistanla Azərbaycan arsında nəzarət-buraxılış məntəqəsinin yaradılması təklifini irəli sürməsi oldu.
 Bildiyiniz kimi, Laçın yolu ətrafında manipulyasilyalar gedir. Həm Ermənistan, həm də onun yanında olan ayrı-ayrı dövlətlər guya Laçın yolunun bağlandığını önə çəkməyə çalışırlar. BMT-dən tutmuş ən müxtəlif platformalarda bu yalanı irəli sürürlər. Prezident İlham Əliyev Blinkenlə görüşündə də Laçın yolunun açıq olduğunu konkret faktlarla diqqətə çatdırdı. Təbii ki, bu həqiqət ABŞ-a da məlumdur. Onlar peyklər vasitəsi ilə ərazini müşahidə edərək heç bir blokadadan söhbət getmədiyini aydın şəkildə görürlər. Hər gün bu yoldan müxtəlif təyinatlı avtomobillər istifadə edir. Aydındır ki, Ermənistanın mənasız və əsassız fikirlərinə son qoymaq, Azərbaycana gələ biləcək yük və insanların süzcəkdən keçirilərək ölkə ərazinə buraxılmasına xidmət edən nəzarət-buraxılış məntəqəsinin yaradılması olduqca cəlbedici və beynəlxalq hüquq normalarına söykənən bir addım olar. Ölkə başçısının da dediyi kimi, həm Ermənistan-Azərbaycan sərhəddi boyu, həm də gələcəkdə Zəngəzurda  hər iki tərəfdən belə bir nəzarət-buraxılış məntəqəsinin yardılması bir çox baxımdan böyük önəm kəsb edər. Bu, son dərəcədə ciddi və əsaslandırılmış təklifdir.
  “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusundakı plenar iclasda Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərlərinin eyni platformada görüşməsi tarixi bir hadisədir. İlk dəfə olaraq müstəqillik qazandıqdan sonra belə bir platformada üç lider bir araya gəldi. Bu, üç dövlətin gələcək əməkdaşlığının təməlidir. Əgər Ermənistan özünü normal bir dövlət kimi aparsa, Paşinyan həm də öz xalqının gələcəyini nəzərə alsa, o zaman bu platformada faydalı əməkdaşlıq aparmaq olar.
 - Paşinyan Münhen Təhlükəsizlik Konfransındakı çıxşında Türkiyə ilə Ermənistan arasında bəzi siyasi razılaşmalaırn əldə olunduğunu vurğuladı. Sizcə Paşinyanın bu barədə dediklərinə inanmaq, etibar etmək olarmı?
 - Paşinyan unikal və beynəlxalq miqyaslı yalançıdır. Bu, moderator tərəfindən verilən suallara cavabında da özünü göstərdi. Sualı bir kənara qoyub mənasız, məntiqsiz fikirlər səsləndirdi. Paşinyan platformanın, ora qatılan insanların səviyyəsinə hörmət qoymadan açıq aşkar yalan danışdı. Paşinyanın guya Ermənistanla Türkiyə arasıdna hansısa siyasi razılaşmanın əldə edilməsi ilə bağlı dedikləri də yalana söykənir. 
 İki dövlət arasında münasibətlərin nprmallaşması üçün nümayəndələr müəyyənəşib. Bu nümayəndələrin bir neçə görüşü keçirilib. Sərhədlərin açılması ilə bağlı hər hansı sənəd imzalanmayıb. Trükiyədə baş verən zəlzələdən istifadə edən Ermənistan qardaş ölkəyə müraciət etdi. Türkiyə isə ciddi bir dövlət kimi bu müraciəti normal qarşıladı. Bütövlükdə isə, aydındır ki, Türkiyənin Ermənistanın nə yarıdımına, nə də xilasedicilərinə ehtiyacı yoxdur. 
 Mətbuatda erməni xialsedicilərin zəlzələ bölgəsində soyğunçuluqla məşğul olması ilə bağlı məlumatlar yer aldı. Bu məlumatlar təkzib edilmədi. Deməli, bu barədə yazılanlar doğrudur.
Daha sonra Ermənistanın xarici işlər naziri Türkiyəyə səfər etdi. Türkiyənın xarici işlər naziri ilə görüşdü. Münasibətlərin normallaşması üçün gərəkli addımların atılması qeyd olundu. Türkiyə tərəfindən bir daha Çavuşoğlu səviyyəsində qeryd olundu ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq, sərhədlərin açılmasına nail olmaq istəyirsə, Azərbaycanla münasibətləri normalaşdırmalıdır. Başsqa sözlkıə desək, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmadan, Türkiyə ilə hər hansı münasibətlər yaratması, diplomatik münasibətlər qurması mümkün olmayacaq.
 - Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransındakı iştirakı və səsləndirdiyi fikirlər həm də Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından önəmli oldu. 
 - Şübhəsiz.  Konfransın sonuncu plenar iclasların birində üç dövlət başçısnın iştirakı gələck münasibətlərin bu formatda inkişafı baxımından atılan mühüm addım idi. Moderatorun özü hər halda gözlədiyimiz səviyyədə bu platformanı apara bilmədi. O, daha çox Cənubi Qafqazın təhlükəsizliyinin qorunması ilə bağlı suallar ünvanlamalı idi. Lakin o bunu etmədi. Saakaşvilinin məsələsini qoydu, Azərbaycanla bağlı fərqli sual ünvanladı, Ermənistanın yanında olduğunu nümayiş etdirdi. Paşinyanın dolaşıq, qeyri-müəyyən, məntiqsiz, sualların mahiyyətindən kənar cavablarına reaksiya vermədi. Ancaq buna baxmayaraq, cənab Prezident bir daha Azərbaycanın haqqa, ədalətə söykənən mövqeyini ortaya qoydu. Aparmış olduğumuz 44 günlük Vətən müharibəsinin ədalətli müharibə olduğunu, işğaldakı torpaqların azadlığına xidmət etdiyini konkret faktlarla diqqətə çatdırdı. Eyni zamanda, Ermənistanın sürüşkən mövqeyinə toxunaraq 28 il sülh danışqıalrının bir nəticə vermədiyini, indi də bu nəticənin verilməsində Ermənistanın lazımi iradə göstərmədiyini Paşinyanın üzünə dedi. Dövlət  başçısı Ermənistanın sülh sazişi imzlamaqdan yayındığını, Azərbaycanın daxili işlərinə qarışmağa cəhd etdiyini, onun ərazi bütövlüyünüə bu gün də hörmət qoymaq istəmədiyini auditoriyanın diqqətinə çatdırdı. 
 Azərbaycanın dövlət maraqlarına, strateji və milli maraqlarına söykənərək cəsarətli, qətiyyətli, bütün auditoriyaya qəbul etdirə biləcəyi fikirlər səsləndirdi. 
 Cənab Prezidentin Münhen Təhlükəsizlik Konfransında iştirakı vacib idi. Necə ki, dövlət başçısı da bunu dəfələrlə qeyd etdi. Keçirilən bütün görüşlər Azərbaycan həqiqətlərinin dünyanın diqqətinə çatdırılması son dərəcə əhəmiyyətli idi. Əminliklə bildirirəm ki, cənab Prezidentin Münhen Təhlükəsizlik Konfransında iştirakı və səsləndirdiyi fikirlər Azərbaycan diplomatiyasının növbəti uğuru oldu.
 





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03