Azərbaycan Parlamentinin fəaliyyətini şübhə altına almaq düzgün yanaşma deyil....
Hesab edirəm bütövlükdə Azərbaycan Parlamentinin fəaliyyətini şübhə altına almaq, eləcə də seçkilərin qeyri demokratik keçirildiyini söyləmək düzgün yanaşma deyil. Parlament Azərbaycan xalqını təmsil edən qanunverici orqandır və onun kifayət qədər səmərəli fəaliyyəti var. Bu da danılmaz faktdır ki, Milli Məclis bu gün parlament diplomatiyasını uğurla həyata keçirir.
Bu gün parlament Azərbaycan xalqının iradəsini ifadə edir və fəaliyyətini normal şəkildə davam etdirir. Parlamentdə deputatlar xalqı təmsil edir və üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirirlər. Bu gün Parlament xalqımızın inkişafı, dövlətimizin güclənməsi, müstəqilliyinin möhkəmlənməsi üçün mühüm addımlar atır.
Eyni zamanda hesab edirəm ki, hər kəs açıqlama və bəyanat verərkən diqqətli olmalı, yalnış açıqlamalardan uzaq olmalıdır. Əlbətdə hər kəs öz şəxsi fikrini bildirməkdə azaddır. Ancaq bu o demək deyil ki, bütövlükdə parlamentin fəaliyyəti şübhə altına alınmalıdır.
MilliMəclis Deputat Ceyhun Məmmədov